| Psycho-Pass 2 | |
|---|---|
Anime serialının posteri. | |
| Ölkə | |
| Seriya sayı | 11 |
| Ekranlaşdırma | |
| Orijinal kanal | Fuji TV |
| Orijinal efir | 10 oktyabr 2014 (2014-10-10) – 19 dekabr 2014 (2014-12-19) |
| Mövsüm xronologiyası | |
← Əvvəlki Psycho-Pass Sonrakı → — | |
Psycho-Pass 2 (サイコパス2, Saiko Pasu Tsu?,azərb.Psixopasport 2) Naoyaşi Şiotaninin rejissorluğu vəTo Ubukatanın ssenaristliyi iləTatsunoko Production studiyası tərəfindən istehsal olunmuş anime serialı.Psycho-Pass animesininsikvel mövsümüdür. Anime serialında hadisələr avtoritarantiutopik gələcəkdə baş verir. Bu dünyada hər yerdə mövcud olan ictimai sensorlar fasiləsiz olaraq hər keçən vətəndaşın zehni vəziyyətini analiz edir. Hazırkı zehni vəziyyətinə və ümumi şəxsiyyətinə əsaslanaraq cinayət törətmə potensialına malik vətəndaşlar müəyyənləşdirilir. Bu göstəricilərə vətəndaşın psixopasportu deyilir. İkinci mövsümdə Akane bərpa olunmuş bir nömrəli birliyin lideridir. Birliyə bu dəfə yeni inspektor Mika Şimotsuki, indi icraçı olan Qinoza, Yayoy və iki yeni icraçı – Sakuya Toqane və Şo Hinakava daxildirlər. Birlik bu dəfə yeni cinayətkar Kirito Kamui ilə qarşılaşır. Anime serialı 10 oktyabr 2014-cü ildən 19 dekabr 2014-cü ilə kimiFuji TV kanalınınNoitaminA veriliş blokunda yayımlanmış və 11 seriya davam etmişdir.
Davam mövsümü 6 iyul 2013-cü ildəProduction I.G prezidenti Mitsuhisa İşikava tərəfindən anons edilmişdir.[1] Rejissorları Kiyotaka Suzuki və Naoyaşi Şiotani, ssenaristləri To Ubukata və Cun Kumaqaydır.[2] Personajları dizayn edənAkira Amano, onları animeyə adaptasiya edən Kyoci Asanodur. Anime serialı 5DVD və Blu-ray cildi şəklində17 dekabr2014-cü ildən15 aprel2015-ci ilə kimi buraxılmışdır.[3] Anime serialı Şimali AmerikadaFunimation, AvstraliyadaMadman Entertainment, Böyük BritaniyadaAnime Limited tərəfindən lisenziyalaşdırılmışdır.
Musiqisi Yuqo Kannodur. Serialın açılış mahnısıLing Tosite Sigure qrupu tərəfindən ifa olunan"Enigmatic Feeling" mahnısı, bağlanış mahnısı isə Egoist qrupu tərəfindən ifa olunmuş"Fallen" mahnısıdır.[4]
| № | Azərbaycanca başlıq Yaponca başlıq | Yayım tarixi[5] |
|---|---|---|
| 1 | "Ədalət tərəzisi <299/300>" "Seigi no Tenbin <299/300>"(正義の天秤〈299/300〉) | 10 oktyabr 2014 |
| 2 | "Sürünən bilinməzlik" "Shinobiyoru Kyojitsu"(忍び寄る虚実) | 17 oktyabr 2014 |
| 3 | "Şeytanın sübutu" "Akuma no Shōmei"(悪魔の証明) | 24 oktyabr 2014 |
| 4 | "İşin xilası" "Yobu no Kyūsai"(ヨブの救済) | 31 oktyabr 2014 |
| 5 | "Unforbidden Games" "Kinjirarenai Asobi"(禁じられない遊び) | 7 noyabr 2014 |
| 6 | "Those Who Cast Stones" "Ishi o Nageutsu Hitobito"(石を擲つ人々) | 14 noyabr 2014 |
| 7 | "Tapılmayan uşaqlar" "Mitsukaranai Kodomo-tachi"(見つからない子供たち) | 21 noyabr 2014 |
| 8 | "Peyğəmbərlik konsepsiyası <AA>" "Miko no Kaitai <AA>"(巫女の懐胎<AA>) | 28 noyabr 2014 |
| 9 | "Hər şeyə qadirlik paradoksu" "Zen'nō-sha no Paradokusu"(全能者のパラドクス) | 5 dekabr 2014 |
| 10 | "Ölçmə ruhu" "Tamashī no Kijun"(魂の基準) | 12 dekabr 2014 |
| 11 | "HANSI RƏNG?" (WHAT COLOR?) | 19 dekabr 2014 |