Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Psevdomembranoz kolit

Vikipediya, azad ensiklopediya
Psevdomembranoz kolit
Psevdomembranoz kolit zamanı bağırsaq divarında baş vermiş dəyişkənliklər.
Psevdomembranoz kolit zamanı bağırsaq divarında baş vermiş dəyişkənliklər.
XBT-10A04.7
XBT-10-KMA04.7
XBT-9008.45
DiseasesDB2820
MedlinePlus000259
eMedicinemed/1942 
MeSHD004761
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Psevdomembranoz kolit bağırsaq florasının müvazinətininyatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsindəlat.Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır.

Törədicisi

[redaktə |vikimətni redaktə et]

lat.Clostridium difficile qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə dəPenicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər.lat.Clostridium difficile tərəfindən ifraz olunan toksinlər bağırsaq divarınınselikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər.

Diaqnostikası

[redaktə |vikimətni redaktə et]

Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur.

Dioqnostik müayinələr
Psevdomembranoz kolit zamanı kompyutertomoqrafiya.
Endoskopik şəkil: kolonoskopiya zamanı müşahidə olunan "küçə daş örtüyü" mənzərəsi
Ultrasəs müayinəsi zamanı Psevdomembranoz kolitə məxsus qeyd olunan dağırsaq divarının qlınlaşmaları.

Ultrasəs və kompyutertomoqrafiya müayinəsindəyoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir. Endoskopik müayinədə yoğun bağırsağınselikli qişasının fibrinlə örtüldüyünü görmək mümkündür. Nəcis materialılat.Clostridium difficile bakteriyasına və onun toksinə görə müayinə olunur. Bağırsaq divarından götürülmüş materialın biopsiya müayinəsində selikli qişanın kəskin iltihabını görmək mümkündür. Qanda iltihab göstəricisi C-reaktiv zülal (CRP) artmış olur.

Müalicəsi

[redaktə |vikimətni redaktə et]

Su-duz müvazinətini nizamlamaq üçün elektrolit məhlulların infuziyası ilə yanaşı metronodazol və ya rifaksimin preparatlarının daxilə qəbulu təyin edilir. Digər antibiotiklərin təyinatı ləğv edilməlidir. Bunlardan əlavə qida rasionunda bağırsaq florasını bərpa etmək üçün yoğurt ya qatıq qida məhsulundan istifadə edilə bilinər.

Fəsadlar

[redaktə |vikimətni redaktə et]

Psevdomembranoz kolit maye itirilməsi hesabınaHipovolemik şok,lat.Clostridium difficile toksininin orqanizmi zəhərlənməsindənseptik şok,böyrək çatışmazlığı, bağırsaq divarının deşilməsi hesabınaperitonit kimi hallarla fəsadlaşa bilir.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Psevdomembranoz_kolit&oldid=8006306"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp