Bu məqaləböyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlımüzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələrəlavə edərək təkmilləşdirə bilərsiniz.
HP LaserJet 5 printerOyun Boy Pocket Printeri
Printer –kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür.
Kompüter üçün ilk printer 1834-cü ildəÇarl Bebbic tərəfindən ixtira edilmiş mexaniki “Fərqlər aparatı” üçün dizayn olunub. Hal-hazırda printerlərdən geniş istifadə olunur. MüasirİBM tipli kompüterlərə printerlər əsasənLPT (ing.Line Printer Terminal) və yaUSB portu vasitəsilə qoşulur. LPT portu vasitəsilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsilə də printerləri qoşmaq mümkündür. Bir kompüterə qoşulan printer şəbəkədə olan digər kompüterlərdən alınan məlumatı çap edə bilər.
Printerlərin işləmə prinspilərinə və tətbiq sahələrinə görə bir neçə növləri vardır:
Bu, 220 mm × 360 mm kağız ilə göstərilən 360 mm geniş kağız üçün nəzərdə tutulmuş geniş matris printerinin nümunəsidir. Geniş daşıyıcı yazılar, 280 mm × 360 mm kağız üzərində mühasibat uçotunun çap edilməsi üçün müəssisələrində tez-tez istifadə olunur. Onlar da "132 sütunlu printerlər" adlandırılıblar.
1964-cü ildə “Seiko Epson” şirkətində matris tipli çap texnologiyası yaradılmışdır. Lakin “Model 101” adlı ilk matris tipli zərbəli printer 1970-ci ildə “Centronics Data Computer” şirkətində istehsal edilmişdir. Bu printerdə çap zamanı 7 iynədən istifadə edilirdi (hər simvol 5х7 nöqtədən ibarət idi) və o, dəqiqədə 165 simvol çap edirdi. Fərdi istifadə üçün nəzərdə tutulmuş ilk printer isə 1983-cü ildə “C.ltoh Electonics” şirkətinin istehsal etdiyi Image Writer adlı printer olmuşdur.
1953-cü ildəRemington Rand şirkəti tərəfindənUNİVAC kompüterləri üçün yaradılmışdır. Bu printerdə çap baraban vasitəsilə həyata keçirilir. Məlumat ötürüldükdən sonra printer sətri “götürür” və sətrdə simvolları ardıcıl olaraq düzür. Yəni üzərində simvolların təsvir olunan kiçik çəkicciklər sıra ilə barabanın ətrafında, sətrimizə uyğun düzülür. Sonra həmin düzülmüş simvollar ardıcıllığı – sətr kiçik çəkicciklər vasitəsilə kağızın üzərinə vurulur, çəkicciklərin üzərində olan mürəkkəb kağızın üzərinə keçir. Bu proses sətrlər qurtarana kimi davam edir. Hal hazırda bu tip printerlər istifadə olunmur.
Bu növ printerlər iş prinsipinə görə barabanlı printerlərə oxşayır. Burada simvollar kiçik ləçəklər üzərində yerləşdirilib. Çap edərkən ləçək fırlanıb lazımlı simvol seçilir və kağız üzərinə vurulur. Lakin bu tip printerlər barabanlı printerlərlə müqayisədə daha gec işləyirdi.
Bu printerin iş mexanizmi1964-cü ildəYaponiyanınSeiko Epson şirkəti tərəfindən ixtira edilib. Çap iynəciklərdən ibarətmatrislər vasitəsilə həyata keçirilir. İynələr lazım olan simvola uyğun şəkildə düzülür və rəngli lent vasitəsilə simvollar kağızın üzərinə vurulur. Çap olunan məlumatın keyfiyyəti matrisdə olan iynələrin sayından asılıdır. Standart olaraq 9,12,14,18 və 24 iynəli matrikslər mövcuddur. Bu printerlər maddi cəhətdən sərfəli olduğuna görə hal-hazırda da işlədilir.
Bu növ printerlərin iş prinsipi bizim adi mürəkkəbli qələmlə yazmağımıza bənzəyir. İş prinsipi azacıq iynəli printerə oxşayır. Lakin burada iynəli matris əvəzinə katriclər var. Katriclərin içərisində mürəkkəb olur və katricin aşağı hissəsində matrisə bənzər deşiklər olur. Mürəkkəb bu deşik vasitəsilə tökülür. Mürəkkəbin kağız üzərinə vurulması üçün bir neçə üsul vardır.
Mürəkkəbli printerlərdə mürəkkəbi katricdən çıxarmaq üçün tətbiq olunan ilk texnologiyadır. Deşiklərin üzərindədiafraqmalı pyezokristall yerləşir. Pyezoelementə cərəyan verildikdə o sıxılır və diafraqmanı özünə çəkir nəticədə damcı əmələ gəlir. Sonra həmin damcı kağızın üzərində əks olunur. Bu texnologiyaEpson şirkətinin printerlərində tətbiq olunmaqdadır.
Bu texnologiya1970-ci illərin sonlarındaCanon şirkəti tərəfindən ixtira edilib. Lakin bu texnologiyanı tətbiq etmək1981-ci ildə mümkün olmuşdur. 1981-ci ildəCanon şirkətinin təşkil etdiyi "Canon Grand Fair" sərgisində bu texnologiya təqdim edildi və bir çox mütəxəssislərin diqqətini cəlb etmişdir. Burada katrincin deşiklər olan hissəsinə kiçik kanal gedir. Kanalın içərisində mikroskopik qızdırıcı element vardır. Elektrik cərəyanı gələn zaman həmin element 500 °C temperatura qədər qızır. Qızma zamanı orada qaz köpükcüyü əmələ gəlir və həmin köpük mürrəkkəb damcısını itələyib çıxarır.
HP şikəti tərəfindən ixtira edilən bu texnologiya1970-ci illərin sonlarında ixtira edilib və1985 ildə işıq üzü görüb. Bu texnologiya köpük texnologiyasına bənzəyir lakin proses daha aşağı temperaturda gedir və köpük əvəzinə buxar çıxır.
Bu texnologiya çoxdan yəni1938-ci ildəÇester Karlson tərəfindən ixtira edilib. Çap lazer vasitəsilə həyata keçirilir. Nəticədə təsvir daha dəqiq olur və printerin daha sürətli işləyir. Bu texnologiyanı1972-ci ildəXerox şirkəti tətbiq edə bildi. EARS adlanan bu printer ilk lazer printeri oldu.