Ostin Riçard Post4 iyul1995-ci il tarixindəABŞ-ninNyu-York ştatında yerləşənSirakuz şəhərində anadan olmuşdur.[7][8] Post atası Riç Post və ögey anası Cudi Post tərəfindən böyüdülmüşdür. Postun atasıdisk-cokey idi və onu musiqininhip-hop,kantri vərok kimi fərqli-fərqli janrlarıyla tanışdırmışdır.[9]
Postun 9 yaşı olanda ailəsi ilə birlikdəTexas ştatında yerləşənQreypvayn şəhərinə köçmüşdür.[10][11][12] Postgitara ifa etməyə başlamış və 2010-cu ildə "Crown the Empire" adlı musiqi qrupuna qoşulmaq üçün qeydiyyatdan keçmiş, ancaq ifa etdiyi zaman gitarasının simləri qırılmış, bunun nəticəsində qəbul edilməmişdir. Post gitaraya olan marağını ilk dəfə məşhur videooyun "Guitar Hero"dan aldığını demişdir.[13] Postun dediyinə görə peşəkar musiqiçiliyəmetal musiqi qrupuna qoşulduğunda daxil olmuşdur.[14] Bundan çox vaxt keçməmiş, ohip-hop kimi daha yumşaq roka keçmişdir.[15] Post 16 yaşında olanda "Audacity"dən istifadə edərək ilk miksteypi, "Young and After Them Riches"i yaratmışdır.[16] O bunuQreypvayn Orta Məktəbindəki bəzi sinif yoldaşlarını dinlətmişdir.[13][17] Post musiqiyə sevigisini atası Riçdən aldığını demişdir. Yeniyetmə yaşlarında "Chicken Express"də işləmişdir.[13]
PostTarrant Dairəsi Kollecinə qeydiyyatdan keçmiş, ancaq daha sonra çıxmışdır.[18] Kolleci tərk etdikdən sonra Post peşəkar oyun strimeri olan dostu Ceyson Probst iləKaliforniyanınLos-Anceles şəhərinə köçmüşdür.[19][20][21]Los-Ancelesə köçdükdən sonra, Post, Probst və bir neçə prodüserlər və sənətkarlar "BLCKVRD" adlı bir musiqi qrupu qurub, birlikdə musiqi yaradırlar.[22]
Postun dediyinə görə o, "Post Malone" təxəllüsünü 14 və ya 15 yaşında olanda seçmişdir.[23] Təxəllüsün peşəkarbasketbolçuKarl Malona istinad olması barədə dedi-qodu yayılmışdır,[24] ancaq o daha sonra "Post"un onun soyadı olduğunu və "Malone" adı üçün "rep adı generatoru"ndan istifadə etdiyini demişdir.[25] O "FKi"dən 1st, Rich və "White Iverson" daxil olmaqla Postun bir neçə trekinin prodüserliyini edən Rex Kudo ilə tanışmışdır.[7] "White Iverson" mahnısı peşəkar basketbolçu olanAllen Ayversona bir istinaddır.[24][26][27]2015-ci ilinfevral ayında, mahnının istehsalı başa çatdıqdan sonra mahnı PostunSoundCloud hesabına yüklənmişdi.[28]19 iyul2015-ci il tarixində "White Iverson" mahnısı üçün bir video hazırlamış və "YouTube"da paylaşmışdır. Həmin video yükləndiyi gündən bəri 400 milyon izlənmə qazanmışdır. SinqlMak Miller vəWiz Khalifa tərəfindən təriflənmişdir,[13][29][30] lakinErl Svetşot kimi musiqiçilər tərəfindən pislənmişdir.[31][32][33]
"White Iverson" mahnısının buraxılışından bir ay sonra videonun bir milyon izlənmə alması, bir neçə albom leybllarının diqqətini çəkmişdir.[27]2015-ci ilinavqust ayında o "Republic Records"la bir müqavilə imzalamışdır.[34][35] Post sonradan50 Cent,Young Thug vəKanye Vest kimi görkəmli repperlərlə işləmişdir.[36][37]2015-ci ilinavqust ayında PostKayli Cennerin 18-ci yaş günündə ifa etmişdir.[38] Post oradaKanye Vest ilə tanışmışdır. Vest Postun musiqisini sevdiyini demişdir, bunun nəticəsində Post "Fade" mahnısı üzərində Kanye Vest ilə birlikdə işləmişdir.[39] Post daha sonraKanada muğənnisi və söz yazarıCastin Biberlə dost olmuşdur. Post Biberin "Purpose World Tour"unun açılışında çıxış etmişdir.[40][41]20 aprel2016-cı il tarixində Post "Go Flex" mahnısını buraxmışdır.[42]12 may2016-cı il tarixində o ilk tammetrajlı layihəsini, "August 26'" adlımiks-teypini buraxmışdır.[43] Miks-tepyin adı Postun ilk albomunun çıxış tarixinə bir istinad idi.9 iyun2016-cı il tarixində Post ilk dəfə milli televiziyada "Jimmy Kimmel Live!" şounda "Go Flex" mahnısıyla çıxış etmişdir.[44]
2016-cı ilin iyun ayında "XXL" jurnalının baş redaktoru Vanessa Satten Postun "2016 Freshmen Class" jurnalının cildində olacağını, ancaq "iş yoldaşları Postunhip-hopa diqqət yetirmədiyini, daha çoxrok,pop,kantri yolunda getdiyini deyiblər."[45] Halbuki, Post bu iddiaların yalan olduğunu, özünün son miks-teypinin və gələcək musiqi albomunun ikisinin dəhip-hop janrında olacağını demişdir.[46]2016-cı ilinavqust ayında "Stoney" musiqi albomunun gec yayımlanmasına görə üzr istəmişdir.[47] Musiqi albomu4 noyabr tarixində ön-sifariş üçün hazır idi. Musiqi albomu9 dekabr tarixində satışa çıxarılmışdır. Post daha sonra "Congratulations" sinqlının uğuruna baxmayaraq,[48][49] albomu "babat" adlandırmışdır.[11] "Stoney" albomunda "I Fall Apart" və "Deja Vu" mahnıları da var idi.[50]
2017-ci ilinfevral ayında Post yeni layihəsi "Beerbongs & Bentleys"[51] musiqi albomunundekabr ayında yayımlanacağını demişdir, ancaq albomun çıxış tarixi2018-ci ilə çəkilmişdir.[52] Postsentyabr ayında albomdakı ilk sinqlını, "21 Savage"i ehtiva edən "Rockstar" mahnısını buraxmışdır.[53] Mahnının müvəffəqiyyəti nəticəsində "Rolling Stone" Postu "2017-ci ilin ölkədəki ən məşhur musiqiçilərindən biri" adlandırmışdır.. Postnoyabr ayında "Rockstar" mahnısı üçün bir video hazırlamışdır.[54][55][56][57]
Postun musiqi stili "Pop-Rock,qranj,hip-hop vəR&B janrlarının ərimə qazanı",[58] Postun özü isə çevik olaraq təsvir edilmişdir.[59] Onun vokal stili lakonik olaraq təsvir edilmişdir.[60] "The New York Times" qəzetinin işçisi Con Karamanika Postu "oxumaq, reppinq, hip-hop və qorxulu elektro-xalq musiqisi arasında sərhəd çəkə bilən bir sənətkar" olaraq təsvir etmişdir.[61] Post öz musiqi stilini "janrsız" adlandırmışdır.
Postun musiqi stilinə ən çox təsir göstərən sənətkarBob Dilandır. Post onu "dahi" və "tanrı" adlandırmışdır. Post "Subterranean Homesick Blues" mahnısını "ilk rep mahnısı" adlandırmışdır. Postun bir Bob Dilantatuirovkası var.[11]
Post2017-ci ilinnoyabr ayındaPolşa media qurumu olan "NewOnce" ilə bir müsahibə keçirmişdir. Post müsahibədə "müasir hip-hopda gerçək zibildən danışan insanlar yoxdur" və "həyat haqda düşünmək istəyirsinizsə, hip-hop dinləməyin" demişdir.[62][63] Post bu sözlərinə görə sosial şəbəkədə mənfi reaksiya almışdır.[64][65] Post "Twitter" sosial şəbəkə platformasında paylaşılan bir videoda bu qalmaqal haqda danışmışdır.[66] Post videoda müsahibədən öncə çox pivə içib sərxoş olduğunu[67] və əslində hip-hopu çox sevdiyini açıqlamışdır.[68] "NewOnce" media qurumu Postun iddialarını inkar etmişdir.[69]
2017-ci ilindekabr ayında "Rolling Stone" jurnalı ilə olan bir müsahibədə PostDonald Trampı xoşlamadığını demişdir. Həmin müsahibədə Postun çoxsaylı silahı olduğunu öyrənilmişdir. Post silah sahibi olmaq və işlətmək "amerikan" bir xüsusiyyət olduğunu demişdir. Postkonspirasiya nəzəriyyələri ilə çox maraqlanır. Post bu barədə "Bizim açıqlaya bilmədiyimiz zibillər baş verir." demişdir.[13]
↑Şxonberqer, Kris."Hot Ones: Post Malone". First We Feast. Complex Media, Inc. 8 dekabr 2017.2022-07-08 tarixindəarxivləşdirilib.İstifadə tarixi:21 dekabr 2017.