Portuqal İndoneziyası (port.Insulíndia portuguesa) — Portuqaliyaya məxsus olan əsasənZond adalarının böyük hissəsini özündə birləşdirən müstəmləkə. Həmin müstəmləkənin böyük hissəsi hazırdaİndoneziyaya məxsusdur. Müstəmləkə faktiki olaraq1512—1859 illərdə mövcud olmuşdur.
20 aprel1859 anlaşmasına görəNiderland Ost-Hindi ilə sərhədlərin müəyyənləşdirilməsi haqqındaPortuqaliya iləNiderland arasında anlaşma imzalanır. Portuqalların əlinndə bircəŞərqi Timor[1] əraziləri qalır.1975-ci ildə ərazi İndoneziyaya verilsədə2002-ci ildəŞərqi Timor müstəqillik əldə edir. ÖlkədəPortuqal vəTetun dilləri rəsmi dil elan edilir.
Portuqalların koloniyaları demək olar ki, dünyanın bir çox bölgələrində rast gəlinirdi. İlk koloniyalar əsasən sahil ərazilərində kiçik hərbi-tiçarı obyetlərdən ibarət idi. Hollanların bölgəni ələ keçirməsinə qədər portuqslların əsas şəhəriMakassar olur (1512—1665 Makassar,1526—1609Ambon olur. Makassar şəhəriSulavesi adasında yerləşir. Portuqalların bölgədə ilk məskən saldıqları əraziTimor adası olmuşdur.
Burada istehsal edilən məhsullar, ekzotik meyvələr[2] portuqallar tərəfindən avropaya daşınırdı. Portuqallarİslam dinindən yaxşı anlasalarda digər şərq xalqlarının mədəniyyəti araşdırılırdı. Bundan sonra isə avropa mədəniyyətini bölgəjə inteqrasiya edirdilər. Portuqallarla yerli əhalinin qarışması nəticəsində —Avroasiyalılar,Kristanqlar,Topassllar,Metislər və digər xalqlar ortaya çıxmışdır.
Onun tərkibinə daxil olan ərazilər (1850):
Müstəmləkənin qərb hissəsində baş qaldıran üsyanlarvsəbəbindən Portuqalların bölgədə zəyifləməsi müşahidə edilirdi. Əsasən müsəlmanların yaşadığı bölgələdə başlanan müqavimətdən istifadə edən hollandlar bölgədə mövqelərini gücləndirməyə başlayırlar. Bundan sonra iki ölkə arasında Lissabon anlaşması imzalanır. İnzalanmış müqaviləyə görə bölgənin ⅔ hollanların ərazisinə keçir (Niderland Ost-Hindi). Bircə onların əlində Şərqi timor qalır.
Dörd əsrlik hakimiyyət dönəmində (1512—1975) portuqal mədəniyyəti yerli əhaliyə öz təsirini göstərmişdir. Portuqaliyanın dəstəyi sayəsindəŞərqi Timor müstəqil dövlətə çevrilmişdir. Bu ölkədə portuqa dili dövlət qili elan edilmişdir. Flores adasındada bu dildən ünsiyyət vastəsi kimi istifadə edilir.Flores adasında 1,5 miliyon, Şərqi timorda isə 1,2 milyon insanKatolik mənsəbindədir. Bu isə portuqalların mirasıdır.