Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Polistirol

Vikipediya, azad ensiklopediya
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Polistirolun strukturu

Polistirolbenzoletilenin birləşməsindən əmələ gələnstirolun xəttipolimeri [—CH2—CH (C6H5)—]n olub, şüşəyəbənzər maddədir. Emal zamanı etilen aluminiumxloridin köməyi ilə katalizator kimi benzola daxil etdirilir.

Polistirol ucuz böyük həcmli termoplastdır, yüksək bərkliyi, yaxşı dielektrik xassələri, nəmliyə davamlığı ilə fərqlənir, asanlıqla rənglənir və deformasiya olunur, ətraf mühit üçün təhlükəli deyil. Onun istiyə davamsızlığı və nisbi kövrəkliyi çatışmayan cəhətlərindəndir. Sənayedə polistirollar kütlədə və ya su emulsiyasında polimerləşmə ilə alınaraq basma, ştamplama üsullarının tətbiqi ilə lazımi fomaya salınır.

Polistirol (EPS) parçası

Polistirol kütlə və ya köpüklü plastik kimi istifadə olunur. Ondan tökmə sənayesində modellər hazırlanır, üyüdülmüş halda içlik materiallarına da daxil edilir. Bundan əlavə polistiroldan avtomobil, radiotexnika, məişət texnikasının hazırlanmasında geniş istifadə olunur. Həmçinin kauçuk və digər plastik kütlələrlə qarışıq şəklində də tətbiq olunur.[1]

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Şükürov R. İ. Metalşünaslıq. Dərslik. Bakı. "Çaşıoğlu", 2002. 484s.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Penopolistirol yaratmaq üçün polistiroldan istifadə".2020-10-24 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2020-09-17.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Polistirol&oldid=8050319"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp