Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Pol Sezan

Vikipediya, azad ensiklopediya
Pol Sezan
fr.Paul Cézanne[1]
Doğum tarixi19 yanvar1839(1839-01-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi22 oktyabr1906(1906-10-22)[1][2][…](67 yaşında)
Vəfat yeri
Vəfat səbəbiağciyər iltihabı
Dəfn yeri
  • Sen-Pyer qəbiristanlığı (Eks-an-Provans)[d][4]
Həyat yoldaşı
Fəaliyyətirəssam, rəssam-qravürçü[d], litoqraf, boyakar[d]
Janrlarnatürmort[5][3], janr rəssamlığı[3], peyzaj[3], portret[3]
Stilpostimpressionizm[5][3]
İmza
paul-cezanne.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Sezan (fr.Paul Cézanne) (tələffüz:pɔl sezan) (19 yanvar1839[1][2][…],Eks-an-Provans[d][1][3]22 oktyabr1906[1][2][…],Eks-an-Provans[d][1][3]) — fransız rəssamı,postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi. Belə demək mümkündürsə, Pol Sezanimpressionizm iləkubizm arasında körpü rolu oynamışdır. O, öz əsərlərindədizayn,rəng, ton və kompozisiya ustalığı nümayiş etdirir.

Həyatı

[redaktə |vikimətni redaktə et]
Pol Sezan (təq.1861)
Pol Sezan (1874)

Pol Sezan 1839-cu il 19 yanvarFransada yerləşən Eks-an-Provansda anadan olub.[6] Onun soyadı Şimali İtalyanın Pyemont əyalətində yerləşən Çezena şəhərindən götürülmüşdür. Bunun əsasında bir sıra mütəxəssislər onun italyan əsilli olduğu fikrini irəli sürmüşlər.[7] Rəssamın atası Lui-Ogüst Sezan şlyapa taciri olmuş, daha sonra isə bankirliklə məşğul omuşdur.[8] Eksdə Burbon Kollecində sonradan yaxın dostu olacaq Emil Zolya ilə birlikdə eyni kollecdə təhsil almışdır. Emil Zolya ilə aralarında olan bu dostluq uzun müddət davam etmişdir. Az yaşlarından etibarən sənətə maraq göstərmiş, lakin oğlunun rəssam olmasını istəməyən atasının təkidi ilə hüquqşünas peşəsinə yiyələnmişdir.

İkinci Paris dövrü

[redaktə |vikimətni redaktə et]

Daha sonra Eks şəhərinə qayıdaraq atasının bankında çalışmağa başlamış, lakin burada çox davam gətirməyərək, 1862-ci ilin noyabrında yenidənParisə getmişdir.Parisdə yerləşən Zərif Sənətlər Məktəbinə qəbul imtahanı versə də, kəsilmiş və yenidən Süisa Akademiyasına qayıtmışdır. Bu dövrdə ilk sərgisini keçirməyə cəhd etmiş, lakin uğursuzluğa düçar olmuşdur.

1869-cu ildə rəssamlar üçün modellik edənMari-Qortenziey Fike adlı 19 yaşlı gənc qızla tanış olmuş, az sonra onunla birgə yaşamağa başlamışdır. Atasının etiraz edəcəyini bildiyindən bu əlaqəni onlara bildirməmişdir. 1872-ci ildə Pol adı qoyulmuş bir oğlu dünyaya gəlmişdir.

Tanınması

[redaktə |vikimətni redaktə et]

Təxminən elə bu vaxtlar Kamil Pisarronun məsləhəti ilə, Pontuaza, oradan Overə köçmüş, daha sonra isə Parisə qayıtmışdır. Bu illərdən başlayaraq, Pol Sezan rəssamlar arasında tanınmağa başlamış, impressionistlərin keçirdikləri 1874-cü və 1877-ci il sərgilərində iştirak etmişdir. Onun ilk pərəstişkarları peyda olmuşdur. Onların arasında onun əsərlərini kolleksiyaçısı olan Viktor Şoke xüsusilə seçilmişdir.

Rəssamlıq həyatını diqqətlə izləyir, rəssamların tez-tez toplaşdığı məşhur Qerbua kafesinə baş çəkir. Öz dövrünün kumirləri sayılanEjen DelakruaQustav Kurbe ilə birlikdə olurdu.Luvr muzeyində köhnə rəssamların əsərlərinin surətini çıxardırdı. Veronezeyə,Tintorettoya, Karavadjoya və Krespiyə üstünlük verirdi. Sezanın xüsusi rəssamlıq təhsili yox idi, o özü öyrənirdi. Çünki akademik sənətin qaydalarına tabe olmaq istəmirdi.

Pol Sezan 1906-cı il 22 oktyabr tarixində doğulduğu Eks-an-Provansda vəfat etmişdir.[9]

Yaradıcılığı

[redaktə |vikimətni redaktə et]

Pol Sezan əvvəllərimpressionizmə yaxınlaşmışdı. 1870-ci illərdən plenerdə işləməyə başlayan Sezan öz boyakarlıq sistemini yaratmışdır və bu dövrdənimpressionizm ilə Sezan yaradıcılığı arasında ziddiyyət meydana gəlmişdi. Sezanı atmosferdə rənglərin dəyişkənliyi, ətraf mühitin dinamikası və işıq-kölgənin təsadüfi effektləri deyil, rəng münasibətlərinin sabit qanunauyğunluğu, təbiətin maddi dolğunluğu cəlb etmişdir ("Overdə edam edilmişin evi", 1872–1873,"Yolun döngəsi"; hər ikisiParis şəhərində yerləşən İmpressionizm muzeyindədir). Sezanın istər portretlərində ("L.Giyom", 1879–1882,Vaşinqton şəhərində yerləşən Milli qalereyada saxlanılır) fiqurlu kompozisiyalarında ("Pyero və Arlekin", 1888,Moskva şəhərində yerləşən A.S.Puşkin adına Təsviri Sənət muzeyində saxlanılır), mənzərələrində ("Sent-Viktuar dağı", 1900,Sankt-Peterburq şəhərində yerləşənErmitaj muzeyində saxlanılır), istərsə də, natürmortlarında təsvir etdiyi obyektlər sanki təbiət qüvvələrinin tarazlığını ifadə edir. Sezanın yaradıcılığı XX əsr boyakarlığına geniş təsir göstərmişdir[10].

Sezan, Mane və impressionistlər

[redaktə |vikimətni redaktə et]

Emil Zolya vasitəsilə gələcəkimpressionizmin nümayəndələri olanE.Mane, K.Pissarro,K.Mone, O.Renuar və s. kimi rəssamlarla tanış olur. 1874 və 1877-ci illərdə impressionistlərin sərgilərində iştirak edirdi. Lakin onların təbiətin ani vəziyyəti fikirləri ilə razılaşmırdı.Mane kimi o da bir çox əsərlərində ("Ot üstündə səhər yeməyi" (1869–1870,Fransa,Paris, şəxsi kolleksiya),"Müasir Olimpiya" (1873–1874),Orse muzeyi (Fransa,Paris)) köhnə rəssamların ənənələrini davam etdirmək istəyirdi. Bussen onun daimi kumiri idi. Hətta"Yaz""Payız" (1859–1862, Pti Pale,Paris) adlı iki pannosunu Enqrə həsr etmişdir.[11].

Tanhauzerə Uverertürə: Rəssamın anası və bacısı (1868),Ermitaj muzeyi (RusiyaRusiya,Sankt-Peterburq)

Erkən dövr (1860-cı illər)

[redaktə |vikimətni redaktə et]

Yaradıcılığının bu dövrü romantizmi qabarıq şəkildə əks etdirir: zorakılıq səhnələri ("Qətl" (1867–1870, Vildşteyn Qalereyası,ABŞ,Nyu-York), "təlaş" tipli natürmortlar ("Kəllə və şamdan ilə natürmort" (1865–1867, şəxsi kolleksiya,İsveçrə), erotik görünüşlər ("Orgiya" (1864–1868, şəxsi kolleksiya,Fransa,Paris). Sezanın əsərlərinin hansı illərdə çəkildiyini dəqiq demək mümkün deyil. Çünki rəssam özü kətanlarının üzərində illəri nadir hallarda qeyd edirdi. Erkən dövr yaradıcılığına aid olan"Atasının porterti" (1867, saxlanıldığı yer məlum deyil) əsəri ölçü baxımından kifayət qədər böyük idi (198x118 sm). Görünür, bu portretlə o, atasına sübut etmək istəyirdi ki, peşə seçimində yanılmayıb."Piano qarşısında qız" əsərində rəssam anasını və bacısını təsvir edib, boş kreslo isə çox güman ki, atasını xatırladır. Təvazökar əyalət həvəsindəVaqnerin romantik musiqisi səslənir. ÇünkiXIX əsrin ikinci yarısındaVaqnerFransada pərəstiş olunan bəstəkarlardan sayılırdı (əsərin digər adı"Tangeyzerə uvertüra" adlanırdı). 1860–1870-ci ilərin ərəfəsində, sonrakı onilliklərdə aktual hesab edilən "Çimənlər" mövzusu geniş yayılır.[12].

1870-ci illər yaradıcılığı

[redaktə |vikimətni redaktə et]
Jas de Bouffan (1885–1887)
Jas de Bouffan (1876)

1870-ci illərin başlanğıcında SezanMari-Qortenziey Fike ilə yaxınlaşır və tezliklər Pol adlı uşaqları olur (onlar rəssamın gələcək modelləri idi). Ailə Pontuaze və Uazı çayı yaxınlığında yerləşən Overedə yaşayırlar. Bundan Arjanteyada da olurlar. Daha bir "kiçikimpressionizm paytaxtı": burada Pissarro və Qiyomen çalışırdı. Pissarronun təsiri ilə rəssam plenerlərdə etüdlər çəkməyə başlayır. Kiçik yaxmaların texnikasına yiyələnir. Bu dövrün ən impressionist əsəri"Edam edilmişin evi" (1873,Orse muzeyi (Fransa,Paris)) rəsmi idi. Pissarronun dərsləri həm də ona görə əhəmiyyətli idi ki, peyzajın fəza mütəşəkkiliyinə daha çox diqqət ayırırdı. Sezan dünyanı yenidən qurmaq və daha sabit cəhətlərini göstərmək istəyirdi. Onu ətraf mühitin hərəkətliyi, rəngin atmosferdə dəyişkənliyi maraqlandırmırdı. O, 1870-ci illərin ikinci yarısında onun əldə etdiyi yaradıcı prinsipini "gerçəkləşdirmək" adlandırmışdır.

Fəza görüntüləri Sezanı az maraqlandırırdı. O, bütün təsviri vahid bədii təsvir sahəsində cəmləşdirirdi. Belə ki, ayrı-ayrı perspektivli sahələr sanki bir-biri ilə çulğalaşırdı. Bəzən o, əks və sferik perspektivli üsullardan istifadə edirdi. Onun rəsmlərində tam düz xətlərə nadir hallarda rast gəlinir: onlar ya əyilir, ya da maili olurlar. Get-gedə Sezan daha çox akvarel boyarkarlığa maraq göstərirdi, onun ayrı-ayrı üsullarını yağlı boyakarlığa gətirirdi. Həmin akvarelləri xüsusi ağ kətanlar üzərinə çəkirdi və rəng qatını daha da yüngülləşirirdi. Rənglər sanki içəridən işıq saçırdı. Sezanın rəngləri öz sözünə görə üç rəngin (yaşıl,mavi və oxra) və təbii ki, bəyaz rəngin modulyasiyasıdır. Yapmaların formaları lakonik, konstruktiv ümumişləşmiş olur.[13].

Avtoportret və natürmortları

[redaktə |vikimətni redaktə et]
Furajkada avtoportret (1873–1875),Ermitaj muzeyi (RusiyaRusiya,Sankt-Peterburq)
Pərdə ilə natürmort (1895),Ermitaj muzeyi (RusiyaRusiya,Sankt-Peterburq)

1870-ci illərdə Sezan yaradıcılığında avtoportretlər silsiləsi başlayır."Furajkada avtoportret" (1873–1875,Ermitaj muzeyi,Rusiya,Sankt-Peterburq) əsəri ilə o, "qabalıq" və "yaponlaşdırma"dan kənarlaşır, ümumiləşdirilmiş təsvirlərin (Avtoportret, təx. 1880, şəxsi kolleksiya, Vintertur) yaradılmasına keçir."Meyvələrlə vaza" natürmortunda (1878, şəxsi kolleksiya,Fransa,Paris) izləyici vazanı profil görüntüsündən və müəyyən qədər yuxarıdan görür. Sezanın təsvir obyektlərində onun sevimli metodları müxtəlif nöqteyi-nəzərlərinin kombinasiyasından göstərilir.

İmpressionistlərdən fərqli olaraq, hansı ki, təbiətdə gəzintiləri və piknikləri təsvir etməyi sevirlər, Sezanın peyzajlarında insanlar görünmür. Onun Pontuazedə bir çox peyzajları təsvir edilir və göstərilir. Bundan başqa, sarı-oxra kristallı evlərdə sanki həyat nəzərdə tutulmur. Bunlar əzəmətli cənubi yaşıllıqlar arasında ruhun sarkofakıdır. Təbiət öz adından möhtəşəm və bütün sirli enerji gücü ilə çıxış edir. Sezanın geologiya ilə maraqlanması onun bu dövrü üçün xarakterikdir. 1880-ci illərdən Sent-Viktuar dağı onun peyzajlarında tez-tez rast gəlinən motivlərdən olur. Həmin dağ Eksedə yerləşən onun emalatxanasında pəncərədən və terrasdan görünürdü, hansı ki, rəssam ömrünün sonuna qədər burada qalmışdır. "Eksenin tərkidünyası" ləqəbini ona burada vermişdilər.[14].

Son dövr yaradıcılığı

[redaktə |vikimətni redaktə et]

1880–1890-cı illərin hüdudlarında Sezan təsvir edilən janrlarla daha çox maraqlanmağa başlayır. "Pyero və Arlekin" kompozisiyası (1888, Təsviri

Kart oyunçuları (1892), Kortold İnstitutu Qalereyası (Böyük BritaniyaBöyük Britaniya,İngiltərəİngiltərə,London)
Kəllə piramidası, (təx. 1901), şəxsi kolleksiya

İncəsənət Muzeyi,Rusiya) süjet etibarilə "Mardi Qra" bayramının postdan əvvəl karnavalın son gününə həsr olunmuşdur."Kart oyunçuları" kompozisiyasının beş variantı (1890–1892, 1890–1896-cı il versiyası da mümkündür) yerli muzeydən olan Karavadjo rəsmi ilə təhrik edilmişdir. 1890-cı illərin ortalarında Sezan portretlər üzərində işləməyə başlayır ("A.Volların portreti", 1899, Pti-Pale,Fransa,Paris),"Qustav Geffroyun portreti" (1895),Orse muzeyi (Fransa,Paris)), hansı ki, çoxsaylı seanslar tələb edirdi (bəzən yüzə qədər) və yenə də yarımçıq qalırdı. Sezanın yaradıcılığında son dövründə işlədiyi bir çox kətanlar yarımçıq qalmışdır. Eyni zamanda onun yekun əsəri"Çimən qadınlar" kompozisiyası (1898–1905, İncəsənət Muzeyi,ABŞ, Filadelfiya) yaradıcılığının böyük dövrünü və ciddi ritmikliyini bitirir. Sezan təxəyyülünə görə öz çılpaq təbiətlərini yazırdı, onun fiqurları tez-tez formalarını dəyişir və ekspressivləşirdi, uydurulmuş poza və qruplara qoyulurdu.[15].

Dünya və incəsənətə təsiri

[redaktə |vikimətni redaktə et]

Sezanın şöhrətli həyatı sona çatır. Sabiq rəssamların, kolleksiyaçıların və tənqidçilərin zəvvarlarığı başlanır. Sezan yaradıcılığının təsiri özünüPol Qogen və "Nabi" rəssamlar qrupu yaradıcılığında, fovist və kubistlərin, "Kərpicxallı valetlər"dən rus "sezanistlər"inin yaradıcılığına təsir göstərmişdir. Bəzən Sezana "rəssamlar üçün rəssam" və "təmiz rəsm"in nümayəndəsi kimi və əksinə, bəzən də, bir növ dünya və incəsənətin fəlsəfi konsepsiyasının yaradanı kimi baxırdılar.[16].

Şəxsiyyəti

[redaktə |vikimətni redaktə et]

Pol Sezanimpressionizmdən təmizliyi və rəngin melodikliyini qəbul edib,postimpressionizmlə ona varlığın daimi başlanğıclarının axtarışlarını müqayisə edib, möhkəm maddi və mənəvi mahiyyətlər, ümumiləşdirən, sintetik mənzərəli metodlar, fəlsəfi və simvolik aspektlərə maraq yüksəldib, dekorativ üslublara və formal qəbullara nail oldu.[17].

İncəsənət haqqında düşüncələri

[redaktə |vikimətni redaktə et]
  • "Rəssamlar tamamilə özlərini incəsənətin öyrənilməsinə həsr etməlidirlər və şəkilləri yaratmağa çalışmalıdırlar, hansılar ki, nəsihət olardılar.İncəsənət haqqında danışıqlar demək olar ki, faydasızdır. İş, hansı ki, insana öz işində müvəffəqiyyətə nail olmağa kömək edir, səfehlər tərəfindənanlamama üçün kifayət qədər kompensasiyadır. Ədəbiyyatçı özünü abstraktsiyalarla ifadə edir, halbuki rəssam şəkil və rəng vasitəsilə özhisslərini və götürmələrini konkretləşdirir. Rəssam təbiətdən həddindən artıq, son dərəcə dəqiq, həddindən artıq səmimi və ya həddindən artıqasılı olmamalıdır; rəssam çox və ya az miqdarda öz modelinin və əsasən öz ifadə vasitələrinin sahibidir".
  • "Mənim yaşım və sağlamlığım mənə arzularımı həyata keçirməyə imkan verməyəcək, hansına ki, mən bütün həyatım boyu cəhd edirdim. Lakin mən həmişəincəsənəin o ağıllı həvəskarlarına təşəkkür edəcəm, hansılar ki, mənim tərəddüdlərimə baxmayaraq, anladılar ki, mən sənətimi yeniləmək üçün nəyə nailolmağa çalışırdım. Mən hesab edirəm ki, öz sənətinlə keçmişi əvəz etmirsən, yalnız ona yeni əlaqəni əlavə edirsən".
  • "Klassikaya tərəf getmək lazımdır, amma təbiət vasitəsilə, yəni hiss vasitəsilə".
  • "Mənim üsulum — bu fantastik obraza nifrətdir. Mən yalnız həqiqəti yazıram".
  • "Rəng — bu o nöqtədir ki, harada bizim beynimiz kainatla yanaşır".
  • "Mən Parisi kökün və almanın köməyilə təəccübləndirmək istəyirəm".
  • "İncəsənətin ali məqsədi insan simasıdır!"

Əsərlərinin saxlandığı muzey, qalereya və şəxsi kolleksiyalar

[redaktə |vikimətni redaktə et]

Muzeylər

[redaktə |vikimətni redaktə et]
  1. Orse muzeyi (FransaFransa,Paris)
  2. San Paulo İncəsənət muzeyi (BraziliyaBraziliya,San Paulo)
  3. Kunstmuzey (İsveçrəİsveçrə,Bern)
  4. E.G.Bührle fondu (İsveçrəİsveçrə,Sürix)
  5. Metropoliten İncəsənət muzeyi (ABŞABŞ, Manhetten,Nyu-York)
  6. Müasir İncəsənət muzeyi (ABŞABŞ,Nyu-York)
  7. Kimbell İncəsənət muzeyi (ABŞABŞ,Texas,Fort-Uort)
  8. Vizney Amerikan İncəsənət muzeyi (ABŞABŞ,Nyu-York)
  9. Sinsinnati İncəsənət muzeyi (ABŞABŞ,Ohayo, Sinsinnati)
  10. Fine Arts muzeyi (ABŞABŞ,Massaçusets,Boston)
  11. Ermitaj muzeyi (RusiyaRusiya,Sankt-Peterburq)
  12. A.S.Puşkin adına Təsviri Sənət muzeyi (RusiyaRusiya,Moskva)

Qalereyalar

[redaktə |vikimətni redaktə et]
  1. Kortold İnstitutu Qalereyası (Böyük BritaniyaBöyük Britaniya,İngiltərəİngiltərə,London)
  2. Milli Qalereya (Böyük BritaniyaBöyük Britaniya,İngiltərəİngiltərə,London)
  3. Milli Qalereya (ABŞABŞ,Vaşinqton)
  4. Minneapolis İnstitut Qalereyası (ABŞABŞ,Minnesota, Minneapolis)
  5. Çikaqo İncəsənət İnstitutu (ABŞABŞ,Çikaqo)
  6. Detroit İnstitut Qalereyası (ABŞABŞ,Miçiqan, Detroit)

Şəxsi kolleksiyalar

[redaktə |vikimətni redaktə et]
  • Sezanın bir çox əsərləri şəxsi kolleksiylarda saxlanılır.

Əsərləri

[redaktə |vikimətni redaktə et]
Pol Sezanın əsərləri[18]

.

Rəsmləri

[redaktə |vikimətni redaktə et]

Natürmortları

[redaktə |vikimətni redaktə et]

Akvarelləri

[redaktə |vikimətni redaktə et]
  • Qırmızı jilet ilə oğlan (1890)
    Qırmızı jilet ilə oğlan (1890)
  • Avtoportret (1895)
    Avtoportret (1895)
  • Çayda zavod (1900-1906)
    Çayda zavod (1900-1906)
  • Üç mənbəyi olan körpü ilə çay (1906), Sinsinnati İncəsənət muzeyi ( ABŞ, Ohayo, Sinsinnati)
    Üç mənbəyi olan körpü ilə çay (1906), Sinsinnati İncəsənət muzeyi (ABŞABŞ,Ohayo, Sinsinnati)

Portret və avtoportretləri

[redaktə |vikimətni redaktə et]

Portretləri

[redaktə |vikimətni redaktə et]

Avtoportretləri

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
Bu məqalədəki istinadlar müvafiqistinad şablonları ilə göstərilməlidir.
  1. 123456789Bibliothèque nationale de FranceBnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1234Paul Cézanne (nid.).
  3. 123456789RKDartists (nid.).
  4. http://www.tombes-sepultures.com/crbst_1473.html.
  5. 12Huyghe R. Paul Cézanne //Encyclopædia Britannica (ing.).
  6. J. Lindsay Cézanne; his life and art, s.6  (ing.)
  7. J. Lindsay Cézanne; his life and art, s.3  (ing.)
  8. "Pol Sezan  (rus.)".2022-06-15 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-08-16.
  9. "Həyatı".2013-01-20 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-07-14.
  10. Yaradıcılığı,Azərbaycan Sovet Ensiklopediyası, VIII cild, səh. 325
  11. "Sezan, Mone və impressionistlər".2013-01-20 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-07-14.
  12. "Erkən dövr (1860-cı illər)".2013-01-20 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-07-14.
  13. "1870-ci illər yaradıcılığı".2013-01-20 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-07-14.
  14. "Avtoportret və natürmortları".2013-01-20 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-07-14.
  15. "Son dövr yaradıcılığı".2013-01-20 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-07-14.
  16. "Pol Sezanın dünya və incəsənətə təsiri".2013-01-20 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-07-14.
  17. "Pol Sezan şəxsiyyəti".2013-01-20 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-07-14.
  18. "Pol Sezanın əsərləri".2020-08-30 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2011-07-16.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaPol Sezan ilə əlaqəli mediafayllar var.
⛭
Ümümi
Self-Portrait with Palette, 1890
Ailə
Dostlar
Aşil Amperör • Antuan Fortun Marion • Filip Solari •Emil Zolya •Kamil Pissarro • Emil Bernar • Yoaxim Qaskye
Əsərlərinin satışı
ilə məşğul olanlar
Ambruaz Vollar
Rəsmləri
Digər işləri
Akvarelləri • Nəşrləri
Sərgilər
"Lifetime" sərgisi
İctimai toplular
Orse muzeyi •San-Paulo İncəsənət muzeyi •Metropoliten muzeyi •Ermitaj • Kurto İncəsənət İnstitutu • Milli Qalereya
⛭
Yaradıcılar
Təəssürat, Doğan günəş (1872/1873)
Himayəçilər
Tacirlər
ABŞ rəssamları
Digər rəssamlar
Digər media
Həmçinin bax
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Pol_Sezan&oldid=8010392"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp