Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdəMərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur. Ancaq Polşaya öz adını verənqərbi polyanlar bu bölgəyə hakim olmuşdur. Polşa dövlətinin qurulmasının əsası 966-cı ildəxristian dininin qəbul edilməsi və yayılması ilə qoyulmuşdur.[17] 1025-ci ildəPolşa Krallığı qurulmuş, 1569-cu ildəLublin uniyası imzalanaraqLitva ilə uzun müddət davam edən siyasi birlik daha da möhkəmləndirilmişdir. Bu birlik, 3 may 1791-ci ildəAvropanın ilk yazılı milli konstitusiyası, liberal siyasi sistemi, böyük ərazi və əhalisinə malik olanReç Pospolitanın yaranması ilə nəticələnmişdir.[18]
Polşa inkişaf etmiş bir iqtisadiyyata sahibdir. Şərqi-Mərkəzi Avropa regionunda ən böyük birjaya sahib olan Polşa,Mərkəzi Avropada regional güclərdən biridir.[20][21] Polşa,ÜDM-ə görəAvropa İttifaqında 6-cı, bütünAvropada isə 10-cu yerdədir.[22][23] Dünyanın ən dinamik iqtisadiyyatlarından birinə malik olan bu ölkədəİnsan İnkişafı İndeksində çox yüksək irəliləmələr müşahidə olunur.[24][25] Polşa yüksəksəviyyəli yaşayış səviyyəsi, həyat keyfiyyəti, təhlükəsizlik, təhsil və iqtisadi azadlıqlarla yanaşı yüksək gəlirli iqtisadiyyatı da qoruyan inkişaf etmiş bir ölkədir.[26][27] Dövlət təkmilləşdirilmiş və tam pulsuz məktəb və universitet təhsili, sosial təminat və səhiyyə sistemi də təmin edir. ÖlkədəUNESCO-nunÜmumdünya İrsi siyahısında yer alan 16 tarixi abidə var.[28][29][30][31]
Eramızın əvvəllərində Polşa ərazisindəgerman tayfaları olan skirlər və lugilərin məskunlaşması faktı məlumdur. Sonra onları velbar mədəniyyətinə aidqotlar əvəz etmişdir. I minilliyin ortalarında Polşanın cənubu alanlar və türk tayfa birliklərinin nəzarətində idi. Baltik velbari mədəniyyətiKrım qotları ilə sübut olunmamış şəkildə əlaqələndirilir. 1-ci minilliyin sonunda qərb polyanları (onlardan ölkənin adı götürülüb), lendzyanlar, kuyavyanlar, pomorlar, mazovlar, vislilər kimi tayfalar Polşa ərazisində məlumdur. Tədricən iri tayfa knyazlıqları əsasında protodövlət birlikləri yaranır; bu knyazlıqlardan ən əsasları indiki Kiçik Polşada (Krakov vilayəti) vislyanların knyazlığı və Böyük Polşada (Poznan bölgəsi) polyanların knyazlığı idi.
877-ci ildə Kiçik PolşanınBöyük Moraviya tərəfindən fəth edilməsindən sonra Böyük Polşa paytaxtıQnezno şəhəri olan polyak dövlətinin formalaşmasının mərkəzi kimi qalırdı. Polşanın ilk tanınmış hökmdarı Pyastovlar ailəsindən olan Böyük Polşa şahzadəsiI Meşko idi (960–992). 966-cı ildə o, qərb xristianlığını qəbul etdi. OğluCəsur Boleslavın dövründə Polşa knyazlığı öz qüdrətinin zirvəsinə çatdı.999-cu ildə Boleslav Krakovla birlikdə Kiçik Polşanı da fəth edir; 1003–1004-cü illərdəMüqəddəs Roma İmperiyası ilə uzun müharibədən sonra Lujitsa və Milskonu öz dövlətinə birləşdirərək çex şahzadəsi olur. Boleslav Kiyev şahzadəsi Svyatopolkla qohum olur və onu qardaşıYaroslav Mudrıya qarşı dəstəkləyərək 1018-ci ildə Kiyevi işğal edir, 1025-ci ildə kral titulu alır.
Polşanın ərazisi 49 ° ilə 55° şimal uzunluğu arasında, 14° ilə 25° qərb enliyi arasında yerləşir. Şimal-qərbdəPomeraniya körfəzindənQdansk körfəzinə qədər uzananBaltik dənizinə sahili var. Bu sahil bir neçədil və sahil gölləri ilə əhatə olunmuşdur. Düz sahil xətti boyuncaŞetsin, Puk və Pistula çimərlikləri ziyarətçilərə daim açıqdır.
Ölkənin şimalının mərkəzi hissələriŞimali Avropa düzənliyində yerləşir. Bu ovalıqların üstünə pleistosene buz dövrü zamanı yarananmoren təpələri vəgöllərinə rast gəlmək mümkündür.
Polşanın ən uzun çayıVisla-dır. Uzunluğu 1047 kilometrdir (651 mildir). Qədimdən Polşanın çayları yol göstərmək üçün istifadə olunurdu.Vikinqlər Oder çayı ilə üzərək qonşu ölkələrə səyahət edirmişlər.
Polşanın göllərinin demək olar ki hamısının ərazisi 1 hektardan çoxdur.
Sahillərində məskunlaşan ilk göllər arasındaBöyük Polşa Gölü də vardır. Həmçinin bu göl üzərində m.ö 7-ci əsrdə əhalisi min nəfərdən çox olanstilt evləri var idi.
İqlimimülayim, dənizdənkontinental iqlimə keçən, mülayim (dağlarda soyuq) qış və isti (dağlarda sərin) yayla. İqlim kontinentallığıBelarusiya vəUkraynadan daha aşağıdır və bu, ilk növbədəqış aylarının yumşaq keçməsinə təsir göstərir. Orta temperatur yanvar ayında 1-dən −5 dərəcəyədək (dağlarda −8 dərəcəyədək), İyul ayında isə ortalama +17-dən +19 dərəcəyədək (dağlarda +10 dərəcəyədək); Düzənliklərdə yağıntının miqdarı 500–800mm-dir. Dağlarda isə bu göstərici ildə 1000mm-dən çoxdur.
2008-ci ildə Polşa əhalisi 38 116 000 nəfər idi. Beləliklə,Avropada əhali baxımından səkkizinci, Avropa İttifaqında isə altıncı ölkədir. Əhalinin orta sıxlığı km 122 nəfərdir.
Müasir Polşa dünyanın ən monomilli dövlətlərindən biridir. 2002-ci ildə əhalinin siyahıyaalınmasının məlumatına görə, Polşa əhalisinin 96,74% — i özünü etnik qütblərə aid edib. 97,8% siyahıyaalma zamanı bildiriblər ki, evlər polşa dilində danışırlar. Digər millətlərə ölkə əhalisinin 1,23% — i, onlardan ən böyük etnik qruplar-silezlilər (0,45%),almanlar (0,4%),belaruslar (0,1%),ukraynalılar (0,1%),qaraçılar,yəhudilər, Polşa-Litva tatarları daxil idi. Əhalinin 2% — dən çoxu vətəndaşlıq sualına cavab verməkdən imtina etdi.
Polşalılarslavyan irqindəndir. Əhalinin ən köhnə qaynağını 10-cu əsrdə "Polane" adı verilən slavyan qəbilələri meydana gətirir. Təxminən olaraq 37.875.000 əhaliyə sahib bir ölkədir. Əhalinin 98% ini Polşalılar meydana gətirər. Geri qalan kiçik bir hissəsini isə Almanlar, Ukraynalılar və Belaruslar təşkil edir. Polşalıların 65%-ə yaxını gənc olub, 15 ilə 60 yaş qrupu arasındadır. Əhali sıxlığı 121/km² olub, illik əhali artımı 0,1%-dir.
Bugünkü Polşa dili, slavyan qəbilələrindən birini təşkil etmiş Polanelerin dilindən qaynaqlanmaqdadır. Buna müqabil,Pomeraniyanın şərqində və Polşa Karpatlarının bəzi bölgələrində digər slavyan qəbilələrinin bir miqdar fərqli istiqamətləri olan ləhcələri də danışılmaqdadır. Polşa xalqının böyük bir hissəsi katolikdir. Katolik xristianların lideri olmuş PapaII İoann Pavel Polşalıdır.
Polşada təhsil və təhsil imkanları olduqca genişdir. Xalqın oxuma yazma nisbəti 98%-dir. Əvvəllər katolik inancına görə hazırlanmış təhsil tədris planı, kommunistlərin iş başına gəlməsiylə daha pis bir vəziyyətə salındı. Dərslər tamamilə dindən uzaqlaşdırılmış və kommunist ideologiyasıyla şagirdlərin beyinləri zəhərlənməyə çalışılmışdır. Marksist-Leninist fəlsəfə içində boğulmuş düşüncə və prinsiplər, hər səviyyədə məcburi öyrədilməkdə idi. 1986-cı ildən sonra bu məcbur etmə yavaş-yavaş yumuşalmışdir. Mövcud universitetlər içində Krakovda Jagerellonion Universiteti, Lyublin Katolik Universiteti və Varşava Universiteti ən əhəmiyyətliləridir.Polşanın Əsas şəhəriVarşavadır. Digər əhəmiyyətli şəhərləri isə;Lodz,Krakov vəQdanskdır.
Polşada müşahidə olunan xüsusi ənənə və batil adətlərə Avropanın digər ölkələrindəki rast gəlmək mümkün deyil.[38] Milad gecəsi, adətən, bütün ilin ən yaddaqalan günü olur.[39] Əhalinin əksəriyyəti, həmxristianlar, həm dədinsizlər bu bayramı böyük təntənə ilə keçirir. Milad bayramını ailə ilə qeyd etmək adətdir. Dekabrın 24-dən 25-nə keçən gecə kilsələrdə milad yığıncaqları keçirilir.[40][41] Dekabrın 24-dəmilad ağacları bəzədilir, mətbəxdən yaşıl güllər asılır, milad şirniyyatları toplanmış qonaqlar arasında bölüşdürülür və səmadailk ulduz göründükdə şam yeməyinə başlanılır.[42][43] Əlavə boşqab və oturacaq gözlənilməz qonaq üçün masada simvolik olaraq qalır.[44] Bununla yanaşı, dekabr ayı boyunca Polşanın bütün şəhərlərindəbayramyarmarkaları təşkil olunur.[45]
Pasxa bayramından 52 gün əvvəlponçik və bir çox ənənəvi şirniyyatlar iləyağlı cümə axşamı qeyd olunur.[46] Pasxa bayramının əsası ailəvi səhər yeməyi ilə başlayır. Səhər yeməyi süfrəsində adətənpasxa yumurtaları, yaz çiçəkləri,tort,kolbasa,sosiska, qaynadılmış yumurta yer alır.[47] Müqəddəs bazar günü üçünyumurtalar boyanır və kilsələrdə ruhanilər tərəfindən hazırlanmış xüsusi səbətlərə qoyulur.[48][49] Bayramın səhərsi günü gənclər tərəfindən həyata keçirilən su döyüşləri ilə müşahidə olunur. Həmçinin bu günü bəzi qızlar məhsuldarlığın simvolu olansöyüd ağacının ətrafında fotosessiya edirlər.Pasxa, Polşa təqvimində ən vacib bayramlardan biridir və bəzi ruhanilər üçün Miladdan daha vacibdir.[50][51]
Bütün dini bayramlardaqəbiristanlıqlar vəməzarlar, ölənlərin yaxınları tərəfindən ziyarət olunur, hörmət əlaməti olaraq məzar daşları təmizlənir və misli görünməmiş miqyasda ölülərin şərəfinə şamlar yandırılır, yad edilir.[52][53][54]
↑Arxivləşdirilib 2019-04-12 at theWayback Machine Sultan-Məcid Qənizadə, Azərbaycanca-rusca lüğət (Татарско-русский словарь), 1904-cü il (s.119)
↑Arxivləşdirilib 2022-03-21 at theWayback Machine Azərbaycan ədəbiyyatı (F. Köçərli, I cild)/Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs. (2016, avqust 22). Vikimənbə, "Bütün Qafqaz sərhəddini, Don nəhrinin səvahilini, Malorossiya, Velikorusiya, Liflyandiya, Litfa, Lehistan ölkələrini səyahət etdim. Buralarda həm dövlət başında məqam və mənsəb sahibi olan kəslər ilə və həm elm və mərifət sahibləri ilə tanışlıq və dostluq etməklə bəxtiyar olmuşam."
↑Arxivləşdirilib 2022-03-21 at theWayback Machine Sultan-Məcid Qənizadə, Rusca-azərbaycanca lüğət (Русский-азербайджанский словарь), 1909-cu il (s.271)
↑Norman Davies,Europe: A History, Pimlico 1997, səh. 554:Poland-Lithuania was another country which experienced its 'Golden Age' during the sixteenth and early seventeenth centuries. The realm of the last Jagiellons was absolutely the largest state in Europe