PlayStation Portable (PSP),Sony Interactive Entertainment tərəfindən təkmilləşdirilən və satışa sunulan 7ci nəsiləl konsoludur. İlk dəfə 12 dekabr 2004dəYaponiyada, 24 mart 2005dəŞimali Amerikada, və ən son 1 sentyabr 2005dəPAL regionunda satışa çıxmışdır. PSP, əgərPocketStation-u saymasaq Sony-nin ilk əl konsolu cəhdidir. 7ci nəsil bir əl konsolu olaraq onun rəqibiNintendo DS olub.
PSP-nin təkmilləşdirilməsi ilk dəfəE3 2003-də elan edildi və konsol 11 may 2004-cü ildə Sony mətbuat konfransında təqdim edildi. PSP təqdim olunduğu dövrün ən güclü əl konsolu idi vəNokia N-Gage kimi bir çox uğursuz rəqibdən sonra Nintendo-nun əl konsollarına ilk uyğun rəqib idi. PSP-nin iləri qrafiki imkanları onu məşhur bir əl konsoluna cevirdi. O,PlayStation 2,PlayStation 3,USB çıxışı olan istənilən kompüterə, digər PSP-lərə və internetə qoşula bilir, həmçinin video oynatma, səs oynatma kimi xüsusiyyətlərə malikdir və portativ media pleyeri kimi hesab olunurdu. PSP, əl konsolları arasından optik disk formatından (UMD) istifadə edən yeganə konsoldur. Həm oyunlar, həm də filmlər bu formatda buraxılıb.
PSP həm tənqidçilər həm də istifadəçiləri tərəfindən müsbət qarşılandı və satışda olduğu 10 il müddətində 80 milyon ədəddən çox satıldı. Konsolun bir neçə modeli buraxılmışdır, lakin onun yerini əvvəlcə Yaponiyada 2011-ci ildə, bir il sonra isə bütün dünyada satışa çıxanPlayStation Vita tutmuşdur.