Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Platonizm

Vikipediya, azad ensiklopediya
Platon,Rafael (1509)

Platonizm — Antik yunan filosofuPlatonun və onun sələflərinin fəlsəfi təlimi. Bu təlimin tərəfdarlarına görəideyanın reallığı mütləqdir vəruh ölməzdir.

Platonizmin ilk ardıcılları Platonune.ə. IV əsrdə əsasını qoyduğu məktəbin —Akademiyanın şagirdləri olmuşdur. Məktəb Platonun özü tərəfindən yaradılmış vəb.e.529-cu ilinə qədər mövcud olmuşdur.Afina divarları yaxınlığında yerləşən bu Akademiya imperatorI Yustinianın əmri ilə bağlanmışdır.Adətən Platonizmi üç əsas dövrə ayırırlar: ilkin, orta vəneoplatonizm.

Dövrlər

[redaktə |vikimətni redaktə et]

İlkin platonizm

[redaktə |vikimətni redaktə et]

İlkin (yaxud "qədim") (e.ə. IV əsr), dövr Platon və onun ən yaxın tərəfdarlarının (Spevsipp,Ksenokrat, PontiyalıHeraklit) adı ilə bağlıdır.

Platonun şagirdləri onun biliklərə fəlsəfi yanaşmasının əsası kimi gündəlikdən istifadə edirdilər. Gündəlik oxunmuş, eşidilmiş, yaxud düşünülmüş mövzular və fikirlər haqqında təəssuratların toplandığı mənbə idi və dəfələrlə oxumaq, təhlil və dərk etmək mümkün idi. Müzakirə olunan mövzular arasında əsas yeriideyaların ontoloji statusu problemi tuturdu.E.ə. I əsrdən başlayaraq platonçularAristoteldənpifaqorçuluqdan istifadə edərəknaturalizmin bütün elementləri ilə ciddi mübarizə aparmağa başladılar. Bu yeni bir dövrün — "orta platonizmin" başlanması üçün əsas oldu.

Orta platonizm

[redaktə |vikimətni redaktə et]

Orta (yaxud, aralıq) platonizm (e.ə. I əsr-b.e.II əsri). bu dövrAskalonlu Antiox, İskəndəriyyəli Evdor, XeroneyliPlutarx, Apuley, Alkinoy,Attik,Numeninin adı ilə bağlıdır.

Skeptisizm dövründən sonradoqmatik platonizm başlayır. E.ə. I əsrdəPosidon platonizmin sistemləşdirilməsi üçün ciddi fəaliyyətə başlayır və bunun üçün Platonun "Timey"inin şərhinə əsaslanır. Bu dövrün əsas xüsusiyyəti platon irsinin dərsliklərdə toplanması, Platonun "Dialoq"larının şərh edilməsi vəPlatonAristotelin təlimləri arasında fərqlərin müəyyən edilməsi vasiləsilə sistemləşdirilməsi hesab olunur. Təxminən üçəsirlik prosesin nəticəsi Neoplatonizm oldu.

Neoplatonizmin banisiPlotin

Neoplatonizm

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Neoplatonizm

Bu dövrdə varlığın başında "Vahid" gələn və ümumilikdə üç üzvdən ibarət iyerarxiyası sistemli şəkildə hazırlandı.İdrakın yüksək sferalarının və "Vahid" haqqında daha dəqiq təlimin işlənib hazırlanması da bu dövr üçün xarakterikdir.Neoplatonizmin tərəfdarları üçün gündəliklər həm də daha sistemliesselərin yazılması üçün əsas mənbə oldu. Bu esselərdə hər hansı bir mənfi təzahür (məs: qəzəb, həsəd, dedi-qodu) və ya hansısa həyati çətinliklərlə(matəm, məyusluq, sürgün) bağlı təsvirlər və mübarizə metodları öz əksini tapmışdır.Neoplatonizmin banisiPlotin hesab olunur.

İstinadlar

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Platonizm&oldid=6600497"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp