Pilotsuz uçuş aparatı (PUA) (ing.unmanned aerial vehicle ; insansız hava aparatı), çox vaxt qısacadron (ing.drone) kimi qeyd edilir — bortunda pilotu, heyəti və ya sərnişini olmayan uçuş aparatıdır.[1] PUA-laraavtopilot sistemi, bort kompüteri, kommunikasiya sistemi, mürəkkəb sensor kompleksi və müxtəlif növ faydalı yüklər quraşdırılır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur.[2] Əksər PUA-larkəşfiyyat,müşahidə və digər hərbi məqsədlər daşısa da,açıq mənbəli avtopilot sistemlərinin inkişafı PUA-ların şirkətlər və həvəskarlar tərəfindən istifadəsinə mühit yaradıb[3][4].
İngilis dilində işlənənUnmanned Aerial Vehicle hərfi tərcümədəİnsansız Hava Aparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənənPilotsuz Uçuş Aparatı ifadəsiRus dilindəkiБеспилотный Летательный Аппарат terminininhərfi tərcüməsidir.[5]