Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Pielonefrit

Vikipediya, azad ensiklopediya
Pielonefrit
XBT-10-KMN10-N16, N12, N16
XBT-9-KM590.80[1][2]
DiseasesDB11052, 29255, 31522
MedlinePlus001274
MeSHD011704
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pielonefrit — ən çox təsadüf olunan böyrək iltihabı xəstəliyi olub, eyni zamanda yuxarı qol qıç ayaq katarından sonra bütün xəstəliklər arasında tezliyinə görə ikinci yerdədi. Bu xəstəlik həyati təhlükəlidir.Getdikcə digər orqanların da sıradan çıxması ilə nəticələnə bilər.

Gedişinə görə, xronik pielonefrit ayırd edilir. Kəskin pielonefrit ürəkdə gedən müxtəlif intensivlikdəyara salan iltihabi prosesdir. Xronik pielonefrit süstgedişli, arabir kəskinləşmə verən, ürək parenximasının və kasacıq sisteminin bakterial iltihabi prosesi olub, onurğada əzələ toxumasının sklerozu ilə nəticələnir.Vaxtında həkimə müraciət etmək lazımdır.

Xronik pielonefrit kəskin pielonefritin xronik hala keçməsi nəticəsində və ya başlanğıcdan xronik proses kimi inkişaf edə bilər.

Pielonefrit birincili, ağırlaşmamış və ya hematogen və ikincili, ağırlaşmış və ya obstruktiv olmaqla iki qrupa ayrılır.

Birincili pielonefrit

[redaktə |vikimətni redaktə et]

Birincili pielonefritdə xəstəliyin başlanğıcında böyrək və yuxarı sidik yollarında urodinamik dəyişiklik əsasən müşahidə olunmur, ikincili pielonefritdə isə əksinə, xəstəliyin əmələ gəlməsinin əsas şərtlərindən biri böyrək və yuxarı sidik yollarında urodinamikanın uzvi və funksional pozulmasıdır. Bunun müəyyənləşməsinin böyük klinik əhəmiyyəti vardır, çünki xəstəliyin gedişi, müalicə üsulları və proqnozu bir-birindən fərqlənir.

İkincili pielonefrit

[redaktə |vikimətni redaktə et]

İkincili pielonefritin baş verməsində yuxarı sidik yollarında urodinamık pozğunluqlarla yanaşı, böyrək, qan və limfa dövranı pozğunluqları böyük rol oynayır. Sidik kisəsi-sidik axarı-böyrək reflyuksu və s. böyük rol oynayır. Çox zaman böyrək daşı xəstəliyi zamanı aşkar edilmiş pielonefriti ikincili pielonefrit qrupuna aid edirlər. Lakin müəyyən olunmuşdur ki bu xəstələrin 1/3 hissəsində əvvəl pielonefrit, sonra isə böyrək daşı müşahidə olunur.

Pielonefritin baş verməsinin əsas şərtlərindən biri orqanizmin ümumi vəziyyəti və müəyyən yerli (mikroflora) faktorların olmasıdır, çünki hələ mikroorqanizmlərin böyrəyin interstisial toxumasına keçməsi heç də həmişə xəstəliklə nəticələnmir. Orqanizmin immun proseslərinin zəifləməsi xəstəliyin baş verməsində əsas şərtlərdən biridir. Həmçinin yorğunluq nəticəsində orqanizmin infeksiyaya qarşı müqavimətinin zəifləməsi, keçirilmiş xəstəliklər, hipovitaminoz pielonefritin inkişafına şərait yaradır.

Xronik pielonefrit

[redaktə |vikimətni redaktə et]

Xronik pielonefritdə iltihab nəticəsində dəyişmiş nahiyələr sağlam böyrək toxuması ilə növbələşir. Ona görə də böyrəklərdə proses asimmetrik gedir. Histoloji olaraq, xronik pielonefritin 4 mərhələsi aşkar edilir. 1-ci mərhələdə ara toxumanın leykositar infiltrasiyası, yığıcı kanalcıqların atrofiyası baş verir. 2-ci mərhələdə yumaqcıqların hialinozu, kanalcıqların atrofiyası, çapıq toxumanın inkişafı aşkar edilir. 3-cü mərhələdə yumaqcıqların məhv olması ilə yanaşı kanalcıq epitelinin az diferensiasiya etməsi və mənfəzi kolloid kütlə ilə dolması aşkar olunur. 4-cü mərhələdə böyrəyin qabıq maddəsi azalır, böyrəklərdəbirləşdirici toxuma inkişaf edir, ikincili büzüşmüş böyrək müşahidə olunur.

Kəskin pielonefrit

[redaktə |vikimətni redaktə et]

Kəskin pielonefritin klinik mənzərəsi ağır intoksikasi ya ilə gedən ümumi ağır infeksion prosesin və yerli əlamətlərin birgə təzahurundən ibarətdir. Xəstəlik kəskin başlayır, yüksək temperatur, üşütmə və həddən artiq tərləmə çox vaxt bel nahiyəsində ağrılar olur.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
 Xəstəlik ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Pielonefrit&oldid=8057334"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp