Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Petrokimya

Vikipediya, azad ensiklopediya
Elm sahəsi → öyrənir
Xətalar haqqında məlumat
[[]] –i təsvir edən{{[[:Template: | ]]}} taksonomik şablon yoxdur
Yarımbölmə → öyrənir

Petrokimya, Zavaritski, 1944-geologiya elmininsüxurların kimyəvi tərkibi və onların əmələ gəlmə proseslərininkimyası haqqında bölməsi

Haqqında

[redaktə |vikimətni redaktə et]

Petrokimya süxurların və süxurəmələgətirənmineralların kimyəvi tərkibinin empirik parametrlərinin təyininə; təbii sistemə yaxın sintetik sistemlərin öyrənilməsinə əsaslanan eksperimental məlumatların və onların qrafiki ifadəsinin genetik yozumuna; süxurlardamineral assosiasiya mövcudluq şəraiti və təkamülünün paragenetik analizinə, habelə süxur və süxurəmələgətirən minerallarda, bütövlükdəYer qabığında kimyəvi komponentlərin yayılma qanunauyğunluqlarının analizinin üsul və nəticələrinə əsaslanır. Petrokimya tətbiqinin əsas istiqamətləri bunlardır: müxtəlif tərkibli, mənşəyli, yaşlı, formasion mənsubiyyətli, struktur süxurların dəqiq kimyəvi tərkibini öyrənməklə təbii petrokimyəvi standart sistemlər yaratmaq (kimyəvi tərkibin orta tipləri); süxurların təsnifatını vermək və onların fatsial-formasion analizinin effektiv petrokimyəvi kriterilərini işləyib hazırlamaq; maqmatik komplekslərin metallogenik ixtisaslaşmasını müəyyən etmək. Petrokimya nəzəri məsələlərinə petrogenetik proseslərin modelləşdirilməsi aiddir. 

Binar petrokimyəvi diaqramlar

[redaktə |vikimətni redaktə et]

Binar petrokimyəvi diaqramlar düzbucaqlı koordinat sistemində qurulur. Absis oxu üzrə, adətən, ən geniş yayılmış komponentlər (SiO2, MgO və b.) qeyd olunur, şaquli oxda isə başqa komponentlər göstərilir. Komponentlər çəki faizində, yaxud onların nisbətlərinin qiymətləri ilə verilir, oxlara paralel xətlər çəkilir, xətlərin kəsilişində nöqtə göstərilir. Bu nöqtələri birləşdirən xətt komponentlərin bir-birindən asılılığını,korrelyasiyasını göstərir. Müəyyən petroloji məsələlərin həllində istifadə olunur. Ən çox işlənilən binar diaqramlara misal olaraq Osbornun Binar petrokimyəvi diaqramlar: [SiO2-(FeO+Fe2O3): (FeO:Fe2O3+MgO)]; Ritmanın Binar petrokimyəvi diaqramlar [SiO2-(Al2O3-K2O-Na2O):(Al2O3+ +K2O+Na2O) və SiO2-(K2O+Na2O)] və b. göstərmək olar.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Petrokimya&oldid=8006500"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp