Ölçülərinə və sahəsinə görə dünyada ən böyük ofis binasıdır. Layihəsi amerikalı memar Corc Berqstrom tərəfindən hazırlanan binanın tikintisi 11 sentyabr 1941-ci ildə başlamış və 15 yanvar 1943-cü ildə tamamlanmışdır.
Yerin altında 2, yerin üzərində 5 mərtəbə olmaqla, cəmi 7 mərtəbədən ibarətdir. Yerin üzərindəki mərtəbələrin hündürlüyü 23,5 metrdir. Ümumi sahəsi 620 min m² olan binanın hər bir tərəfinin uzunluğu 281 metr, perimetri 1405 metrdir. Binadakı koridorların ümumi uzunluğu 28 km təşkil edir və 7754 pəncərəsi var. Binada təxminən 28 min nəfər hərbi və mülki işçi və 3 min nəfərə yaxın xidmətedici personal çalışır.[1] Binanın beşbucaqlı quruluşunun mərkəzi hissəsində sahəsi 20 min m² olan boş park sahəsi yerləşir.
Pentaqon binası ABŞ hərbi gücünün simvolu hesab edilir və "Pentaqon" sözü binanın özündən daha çox ABŞ Müdafiə Nazirliyini ifadə etmək üçün istifadə edilir.
Təxminən 1940-cı ildə ABŞ administrasiyasının Müdafiə Nazirliyini bir binada yerləşdirmək kimi fikri formalaşdı. Bu, Kolumbiya dairəsi üzrə səpələnmiş 17 ayrı-ayrı binada işləyən 26 min əməkdaşın bir dam altında birləşməsi demək idi. Bundan əlavə texniki tapşırığa əsasən, gələcəkdə binada eyni zamanda 40 min nəfər yerləşməli idi.Avropadaİkinci Dünya müharibəsi getdikcə geniş xarakter alırdı.ABŞ hər anmüharibəyə qoşula bilərdi. Belə vəziyyətdə bu cürideyanın ortaya çıxması bir qədər məntiqsiz görünürdü. Hətta "Coca-Cola" şirkətinin içki reseptini bilən top-menecerləri bir təyyarədə uçmur. Buna baxmayaraqmemarlarprezidentin sözlərindən dərhal sonra tikinti üçün ərazi axtarışına başladılar.MemarlarVaşinqton ətrafındakı Arlinqtonda bir zamanlar qəsb edilən əraziyə baxış keçirdilər. Onları ən çox cəlb edən torpaq sahəsi ətrafındakı yollardan bəzilərinin 108 dərəcəlik bucaq altında kəsişməsi idi. Bu bərabərtərəfli beşbucağı yunanlar "pentaqon" adlandırıblar.
Bina mərkəzdə 10 dəhlizlə kəsişir, dəhlizlər mərkəzdən uzanan beş beşbucaqlını birləşdirir. ABŞ hərbi idarəsi əməkdaşı belə bir yollaperimetr boyunca yeddidəqiqədən artıq olmayan vaxt sərf etməkləbinanın istənilən nöqtəsinə gedə bilər.
Bina tikintisini 1941-ci il sentyabrın 11-də başlamaq və 1943-cü il yanvarın 15-də yekunlaşdırmaq planlaşdırılırdı.
Hadisə zamanı binanın zərər görmüş hissəsi11 sentyabr hadisəsi zamanı Pentaqon ərazisində yerləşən təhlükəsizlik kamerası görüntüləri.(zərbə anı 1:25)[2]
Binanın tikintisinə 1941-ci il sentyabrın 11-də başlanılıb, 2001-ci il sentyabrın 11-də "Boeing 757–200" təyyarəsinin hücumuna məruz qalıb[3] (11 sentyabr terror aktları), 2002-ci il sentyabrın 11-də bütün Pentaqon ərazisi yenidən istismara verilib. Ən başlıca təkmilləşdirmələrdən biri pəncərələrin zirehli pəncərələrlə tam dəyişdirilməsidir.Binanın xarici divarları möhkəmləndirilib və partlayışa davamlı vəziyyətə gətirilib. Metro stansiyalarına aparan liftlər bağlanıb, ümumi təhlükəsizlik qaydaları nəzərəçarpacaq dərəcədə yüksəldilib.
2001-ci il sentyabrın 11-də rəsmi məlumatlara əsasən, saat 9:37:46-datəyyarə Pentaqonun sol qanadına çırpılıb. OradaHərbi Dəniz Qüvvələri komandanlığı yerləşib. Binanın bir hissəsi dağılıb və ciddi zədələnib. Maraqlıdır ki, zərbə anında Pentaqonun məhz bu qanadı yenidən planlaşdırmadan keçib və əməkdaşların əksəriyyəti digər kabinetlərə köçürülüb.
Tikinti zamanı binadan ABŞ Müdafiə Nazirliyi mənzil qərargahı kimi istifadə edilməsi nəzərdə tutulmurdu.
ABŞ prezidentiFranklin Ruzvelt heç vaxt Pentaqon binasından Müdafiə Nazirliyi mənzil-qərargahı kimi istifadə etməyi planlaşdırmayıb.Ölkə prezidenti 1930-cu illərdə hərbi və dəniz departamentləri üçün başqa bina tikintisini sifariş verib, lakin bina tezliklə belə miqyaslar üçün olduqca kiçik görünüb. Məhz o zaman 40min əməkdaş və 10 min nəqliyyat vasitəsinin yerləşdirilməsi üçün yeni bina tikmək barədə əmr verilib. Hazırda köhnə hərbi departament binasındaDövlət Departamenti yerləşdirilib.
Pentaqon üzrə gəzintinin özü bir neçəkq arıqlamaq üçün əla üsuldur. Pentaqondakı dəhlizlərin uzunluğu 17,5mildir (28 km). Həqiqətdə bu bina labirintdir. Deyilənlərə görə,general Eyzenhaver bir dəfə kabinetini axtararkən azıb.
Pentaqon 1943-cü ildə qapılarını açdığı zamandan bəri cəmi bir dəfə renovasiyadan (strukturun təkmilləşdirilməsi) keçib. Bu prosesə 17 il vaxt sərf edilib və 2011-ci ildə başa çatıb. Ümumilikdə 4,5milyarddollar sərf edilib.
Pentaqon cəmi beş mərtəbədən ibarətdir. Buna səbəbİkinci Dünya müharibəsi üçünpolada qənaət etmək idi. Belə ki, bina tikintisindəpoladdan geniş istifadə edilib. Bundan başqa dizaynerlərPotomak çayı vasitəsilə Kapitoli binasına açılan mənzərəni korlamaq istəmirdilər.
Pentaqon böyük olduğundan tikintisinin tez bir zamanda başa çatdırıldığına inanmaq çətindir. Onun tikintisinə general Lesli R. Qrouvs rəhbərlik edib və tapşırığın öhdəsindən cəmi 491 günə gəlib.[5]
Hazırda Pentaqondakıayaqyolularının sayı lazım olandan iki dəfə çoxdur. Səbəb isəseqreqasiya (ABŞ-də: zəncilərin ağlarla bir evdə, hətta şəhərin bir hissəsində yaşamalarına, onların olduğu yerə gəlmələrinə icazə verilməməsindən və s. ibarətirqçilik siyasəti) zamanı tikilməsidir. Ağ və qara dərili əməkdaşlar üçün sanitar qovşaqlar ayrı idi.