Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Peleşas

42°55′ şm. e. 17°28′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Peleşas
Yerləşməsi
42°55′ şm. e. 17°28′ ş. u.HGYO
AkvatoriyaAdriatik dənizi
Ölkə Xorvatiya
Peleşas xəritədə
Peleşas
Peleşas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peleşas (xorv.Pelješac,it.Sabioncello) — Xorvatiyanın cənubunda yerləşən yarımada. Yarımadanın uzunluğu 70 km, eni 3–8 km arasında dəyişir.

Ümumi məlumat

[redaktə |vikimətni redaktə et]
Stonun qala divarları

Peleşas materiklə ensiz bərzəxlə birləşir. Burada Stion şəhəri yerləşir. Yarımada materikdən Neretvan körfəzi, Mlet adasından Mlet boğazı, Korçula adasından Paeleşas boğazı ilə ayrılır. Yarımadanın ən ucqar nöqtəsi Müqəddəs İli dağıdır (961 m). Dağın ətəklərində Orebiç şəhəri vardır. İnzibati baxımından 4 icmaya bölünür. İri yaşayış məntəqələri: Orebiç (4165 nəf. 2001), Ston (2605 nəf) və Trpan (871 nəf).

Cənub, yumşaq iqlim buranı Xorvatiyanın üzümçülük, limon, portağal yetişdirilən regionu edir. Yarıçmadada şərabçılığın paytaxtı Potomedir. Neretvan körfəzinin az duzlu sularınfda molyusk yetişdirilir. .Bunun səbəbiNeretva çayıdır. Dalmatin adaları kimio yarımada da turizm üçün əlverişlidir.

Yarımada bərə vastəsi ilə materik (Trpan — Ploçe) və Korçula adası ilə əlaqələnir.

Yarımadadan Xorvatiyanın əsas hissəsinə getmək üçün Bosniya və Herseqovinadan keçmək lazım gəlir. Ancaq körpü tikintisi gerçəkləşdirildiyi halda bu iş asanlaşacaqdır. Körpü tikintisi Bosniya və Herseqovina hökumətinin etirazından sonra dayandırılmışdır. Belə ki, körpü tikiləcəyi təqdirdə Bosniya və Herseqovinanın Neum limanına iri gəmilər yan ala bilməyəcəkdir. Körpünün parametrləri dəyişdirildikdən sonra tikinti işləri bərpa edilmişdir.

Şəhərləri

[redaktə |vikimətni redaktə et]

Orebiç bir dənizçi şəhəridir. XIX əsrdə elə də iri olmayan ölçülərinə baxmayaraq dalmasiyanın Rieka çəhərindən sonra ikinci olmuşdur. Şəhərin qərbində XV əsrə aid Fransiz monsastrı vardır. Onun yaxınlığında isə dənizçi qəbrstanlığı yerləşirr.

Ston şəhərində ilk istehkamlar roma dönəmlərində inşa edilmişdir.

Mənbə

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Peleşas&oldid=8010670"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp