Parvati (sanskr.पार्वती, Pārvatī)Hinduizmdə bir Hind tanrıçasıdır. Xüsusilə evli qadınlar ərlərinə sağlam həyat və uzun ömür istəmək üçün ona yalvarırlar. Bu Hinduizmdəki çox qədim bir ənənədir. Parvati mətnlərin açıqlamasında əsasənŞakti və yaDurqanın bir təmsili olaraq görülmüşdür.Uma,Lalitha,Gowri,Şivakamini vəAparna yüzlərlə fərqli adlardan bir neçəsidir.
Parvata sanskritcə "dağ" mənasını verən sözlərdəndir; beləliklə "Parvati" "Dağların osu (qadını)" kimi bir məna verir. Adın bu mənasının səbəbi Parvatinin dağların tanrısı olanHimavanın qızı olmağındandır. Parvatinin valideynləriHimavat yəniHimalay dağlarının təcəssümü (cismaniləşmiş, bədən tapmış halı) vəapsaraMenādır. Parvati inanclardaŞivanın ikinci arvadıdır. LakinDakşayanidən (Şivanın ilk arvadı) fərqli deyildir, əslində onun bir reankarnasiyasıdır.