Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Paris

48°51′24″ şm. e. 2°21′08″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Pariz ilə səhv salmayın.
Paris
Paris
Bayraq[d]Gerb[d]
Bayraq[d]Gerb[d]
48°51′24″ şm. e. 2°21′08″ ş. u.HGYO
Ölkə
BaşçıAnn Hidalqo
Tarixi və coğrafiyası
Əsası qoyulub III əsr[1]
Sahəsi
Mərkəzin hündürlüyü48 m[4]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.113.705 nəf.(2022)[5]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+33 1
Poçt indeksi75116, 75001, 75002, 75003, 75004, 75005, 75006, 75007, 75008, 75009, 75010, 75011, 75012, 75013, 75014, 75015, 75016, 75017, 75018, 75019, 75020, 75000
Nəqliyyat kodu75
Digər
paris.fr
Paris xəritədə
Paris
Paris
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paris (fr.Paris, tələf.Paği) —Fransanın paytaxtı və ən çox əhalisi olan şəhəri, 1 yanvar 2023-cü il rəsmi hesablamada 105 km2
-dan çox bir ərazidə 2,102,650 sakinin yaşadığı şəhər, bu da onuAvropa İttifaqının 4-cü ən çox əhalisi olan şəhəri edir, belə ki, 2022-ci ildə dünyanın ən sıx məskunlaşmış 30-cu şəhəridir.

Coğrafiyası

[redaktə |vikimətni redaktə et]
Körpülərin birində "Paris Meridianı" həkk olunmuş tunc medalyon

Şəhər Paris hövzəsinin mərkəzində, təxminəndəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşənBulon və şərqdə yerləşənVensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 km², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 km²-dir. İndiki sərhədlər 1860-cı ildə qurulub. Şəhər sərhədi əsasən Periferik dairəvi yol boyunca uzanır, onun xaricində şərqə və qərbə doğru şəhərin bir hissəsi olan Bois de Vincennes və Boulogne var[6].

Fransız xəritələrində uzun müddətParis meridianı 0meridian kimi göstərilmişdir. Parisin körpülərində, piyada zolaqlarında, binaların üzərində Paris meridianı həkk olunmuş tunc medalyonlara rast gəlmək olar.

İqlimi

[redaktə |vikimətni redaktə et]

Paris süst klimatik zonada yerləşir. Orta illiktemperatur 10,9 °C, orta illik yağıntı – 585mm-dir. Parisin mikro iqlimi az rütubətli, gündüzləri az işıqlı, gecələri isə nisbətən işıqlıdır. Ən yüksək temperatur 39,3 °C 12 avqust 2003-cü ildə, ən aşağı temperatur −25,6 °C 10 dekabr 1878-ci ildə, 24 saat ərzində ən dəyişkən temperatur (+12°C-dən −10°C-dək) 31 dekabr 1978-ci ildə, ən güclü külək isə (169km/saat) 1999-cu ilin dekabrında qeydə alınmışdır. Meteoroloji müşahidələr 1873-cü ildən bəri Montsouris parkındakı meteoroloji stansiyadan davamlı olaraq aparılır[7].

Paris üçün aylıq orta temperatur və yağıntı
YanFevMarAprMayİynİylAvqSenOktNoyDek
Max. Temperatur (°C)6,98,211,814,719,021,824,424,620,815,810,47,8Ø15,5
Min. Temperatur (°C)2,52,85,16,810,513,315,515,412,59,25,33,6Ø8,5
Yağıntı (mm)53,743,748,553,065,054,663,143,054,759,751,958,7Σ649,6
Günəşli saatlar (s/g)1,92,95,16,07,58,17,87,16,04,12,01,5Ø5
Yağışlı günlər (g)10,29,310,49,410,38,68,06,98,59,59,710,7Σ111,5
Nisbi rütubət (%)868176697173737479858788Ø78,5
T
e
m
p
e
r
a
t
u
r
6,9
2,5
8,2
2,8
11,8
5,1
14,7
6,8
19,0
10,5
21,8
13,3
24,4
15,5
24,6
15,4
20,8
12,5
15,8
9,2
10,4
5,3
7,8
3,6
YanFevMarAprMayİynİylAvqSenOktNoyDek
A
t
m
o
s
f
e
r

ç
ö
k
ü
n
t
ü
s
ü
53,7
43,7
48,5
53,0
65,0
54,6
63,1
43,0
54,7
59,7
51,9
58,7
 YanFevMarAprMayİynİylAvqSepOktNoyDek


Hidroqrafiya

[redaktə |vikimətni redaktə et]

Kiçik adalara malikSena çayı Paris şəhərinin yaranmasında və inkişafında mühüm rol oynamışdır. Adalar içərisində ən əhəmiyyətlisi Parisin beşiyi sayılan hələ antik dövrdə məskunlaşmışSite adası sayılır.Notr-Dam de Pari,Sent-Şapel,Konserjeri kimi tarixi abidələr məhz burada yerləşir.

Ənənvi olaraq şəhər sağ sahilə (Biznes və ticarət hissəsi) və sol sahilə (mədəni maarif hissəsi) bölünür.

Tarixi

[redaktə |vikimətni redaktə et]
Lütesiyanın planı

Şəhərin əsası (qədim adıLütesiya) e.ə. III əsrin ortalarındaKelt mənşəli parisi tayfaları tərəfindən indikiSite adasında qoyulmuşdur. Məhz şəhərin müasir adı parisilərin adından götürülmüşdür.Lütesiya haqqında ilkin yazılı məlumata e.ə. 53-cü ildəYuli SezarınQall müharibəsi haqqında 6-cı kitabında rast gəlinir.

e.ə. 53-cü ildə romalılar birinci müvvəffəqiyyətsiz cəhtdən sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, parisilərLuteçiya şəhərini oda vuraraq körpüləri məhv etmişlər. Romalılar adanı parisilərə saxlayaraqSena çayının sol sahilində yeni şəhər salmışlar.Roma imperiyası zamanında şəhər bir o qədər də əhəmiyyətə malik olmamışdır.

Orta əsrlər

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Paris orta əsrlərdə
Parisin planı, 1223-cü il

Romalıların hökmranlığı 508-ci ildə franklıların gəlişindən sonra süqut etdi.Filipp II Avqustun hakimiyyəti illərində şəhərin müdahiəsi möhkımləndirilmiş: 1190-cı ildə sağ sahil, 1210-cu ildə sol sahil boyu qala divarları, şəhərinh qərb hissəsidə isəLuvr qəsiri tikilmişdir.

XI əsrdən başlayaraq ParisAvropanın mədəni-maarif və dini mərkəzinə cevrilməyə başlayır. XIII əsrdən etibarən sol sahil boyu, sonralarStrabon universitetinin yaranmasında mühüm rol oynamış coxlu kolleclər acılır.

XIV əsrdə Böyük bulvar deyilən yerdə, sol sahil boyu yeni qala divarları tikilir.

Yeni tarix

[redaktə |vikimətni redaktə et]

XIV Lüdovikin zamanında kral iqamətgahıVersala köçürülür. Buna baxmayaraq Parisin artan iqtisadi potensialı və əhalisi onu siyasi mərkəz olaraq daha da aktuallaşdırır. 1844-cü ildə indiki dairəvi yol boyu sayca üçüncü qala divari tikilərək şəhərətrafı 16 girişli qala divarlarının uzunluğu 36km-ə çatdırılır.

XIX əsrdə 21 beynəlxalq sərginin beşi Parisdə keçirilir ki, bu da şəhərin mədəni siyasi həyatına çox müsbət təsirini göstərir.

Eyfel qülləsi Ümumdünya sərgisi münasibətilə 1889-cu ildə tikilmişdir.

Almanlar tərəfindən Parisin işğalı, fəhlələrdən, xırda sənətkarlardan və burjuaziyadan ibarətParis Kommunası Fransa imperiyasını süquta yetirir.

İkinci dünya müharibəsində şəhərfaşist Almaniyası tərəfindən işğal edilir və işğal 1944-cü ilə kimi davam edir.(6 həftə)

1968-ci ildə Paris kütləvi ixtişaşlar meydanına çevrilir ki, bu da hakimiyyət dəyişikliyi ilə nəticələnir.

Əhalisi

[redaktə |vikimətni redaktə et]

Paris əhalisinin
illər üzrə artım cədvəli

115050 000
1200120 000
1328200 000
1365275 000
1422100 000
1500150 000
1565294 000
1590300 000
1637415 000
1680515 000
1750576 000
1789650 000
1801547 800
1810714 600
18511 053 000
18721 851 702
18812 240 000
19012 714 000
19262 871 000
19542 850 000
19752 300 000
19992 125 000
20072 143 000
Des villages Cassini

Paris Fransanın ən six əhali yaşayan şəhəridir. İl de Frans əyalətinin əhalisinin 19,3%-i, Fransa əhalisinin 3,6%-i Parisdə yaşayır. Əhalinin orta sıxlığı 20 433 nəfər/km²-dir.

Demoqrafik məlumatlar

[redaktə |vikimətni redaktə et]

Antik zamanlarda və orta əsrlərdə çoxsaylı müharibələr, epidemiyalar və əhali arasında kütləvi aclıqlar əhalinin tez-tez azalmasına səbəb olmuşdur.1832-ci ildə vəba epidemiyası təxminən 20 000 insanın tələfinə səbəb olmuşdur.

XIX əsrin sənayeləşməsi əhalinin artımına səbəb olmuşdur. 1921-ci ildə əhali rekord həddə 3 milyona catmışdır. Hal hazırda Parisdə 2 milyondan bir qədər artıq əhali yaşayır.

Ətraf rayonlarda əksinə əhali artmaqdadır. 1921-ci ildə 4,85 milyon yaşadığı halda, 2006-cı ildə rəqəm 11,6 milyonu kecmişdir.

Təgaüd yaşlı əhali əsasən şəhərətrafında yaşamağa üstünlük verir. Məhz buna görə də Parisi "cavan" şəhər adlandırırlar. Əhalinin əksəriyyəti subaylardan ibarətdir. Orta hesabla hər parisli ailəsi 1,75 nəfərdən ibarətdir.

Etnik tərkibi

[redaktə |vikimətni redaktə et]

Hal azırda Parisdə 310 000immiqrant yaşayır ki, bu da şəhərin əhalisinin 14,5%-ni təşkil edir. İmmiqrantların əksəriyyətiniPortuqaliya,Əlcəzair,Mərakeş,AvropaAfrika olkələrindən olan gəlmələr təşkil edir.

İnzibati bölgüsü

[redaktə |vikimətni redaktə et]
Parisin 20 bələdiyyə dairəsi

Şəhər ikiaqlomerasiyadan:intra-muros – "divar içi" vəGrand Paris – "Böyük Paris"dən ibarətdir.

Paris 20 bələdiyyə dairəsinə —arrondissementinə (fr.arrondissements; [aʀɔ̃dismɑ̃]) bölünür. Hər bir dairə dörd məhəlləni (fr.quartiers) əhatə edir. Beləliklə Paris 80 məhəllədən ibarətdir. Hər bir məhəllə öz polis şöbəsinə malikdir.

İdarəçilik

[redaktə |vikimətni redaktə et]
Paris bələdiyyəsi

2001-ci ilin martından şəhərin bələdiyyə başçısıFransa sosialist partiyasının nümayəndəsiBertran Delanodur. Onun lehinə şəhər şurasının 163 üzvündən 92-si öz səsini vermişdir. 2008-ci ildə təkrar seçilmişdir.

Qardaşlaşmış şəhər

[redaktə |vikimətni redaktə et]

İtaliyaİtaliya,Roma (1956). Məşhur deyimə görə:fr.Seule Paris est digne de Rome; seule Rome est digne de Paris /it.Solo Parigi è degna di Roma; Solo Roma è degna di Parigi / "Yalnız Paris Romaya layiqdir; yalnız Roma Parisə layiqdir".

İqtisadiyyatı

[redaktə |vikimətni redaktə et]

Ölkənin mühüm iqtisadi mərkəzidir. Demək olar ki, əksər sənaye müəssisələrinin, bankların, sığorta, telerabitə kompaniyalarının (Vivendi Universal,Groupe Lagardère,Groupe TF1), məşhur mətbuat müəssisələrinin (Le Figaro,Le Monde,Libération) ofis və mənzil-qərargahları burada yerləşmişdir. İşsizlik ölkənin orta işsizlik səviyyəsinə uyğundur.

İş yerlərinin 85%-i xidmət sahələrinin payına düşür. Ümumiyyətlə iş yerlərinin 35%-i iaşə xidmətinin, 30%-i istehsal müəssisələrinin, 20%-i tikinti sektorunun və 15%-i yeyinti sənayesinin payına düşür.

Turizm biznesi yüksək inkişaf səviyyəsindədir. 2007-ci ildə Paris mağazalarında çinli turistlər 79 milyon, yaponlar 87 milyon, ruslar 72 milyon, amerikalılar 71 milyon avro xərcləmişlər.

Nəqliyyat

[redaktə |vikimətni redaktə et]

Avtomobil nəqliyyatı

[redaktə |vikimətni redaktə et]

Paris nəhəng nəqliyyat qovşağına malik olub, tarixi yolların kəsişdiyi şəhərdir. Parisdən radius şəkilli müxtəlif istiqamətlərə yönəlmiş avtomobil yolları başlanğıc götürürlər. Bu yollara A1Lill isiqamətli, A4Reyms isiqamətli, A5Dijon isiqamətli, A6Lion istiqamətli, A7Never isiqamətli, A10Orlean isiqamətli, A13Ruan isiqamətli avtomagistrallarını misal göstərmək olar.

Bilavasitə şəhərətrafı iki dairəvi A86 və A104 magistrallarına malikdir.

Şəhərətrafı dairəvi yolun xəritəsi

Hava nəqliyyatı

[redaktə |vikimətni redaktə et]

Paris üç beynəlxalq hava limanına malikdir:

Dəmiryol nəqliyyatı

[redaktə |vikimətni redaktə et]

Paris vağzallarının dəmiryol xətləri Fransanın bütün əyalətləri və qonşu Avropa ölkələri ilə birbaşa əlaqəlidir.

İctimai nəqliyyat

[redaktə |vikimətni redaktə et]
Paris metrosunun sxemi

Ən rahat və praktik nəqliyyat vasitəsi Paris metrosudur. 1900-cü ilin iyul ayında fəaliyyət göstərən uzunluğu 212,5km olan metro 16 xəttdən ibarətdir. Metro infrastrukturuna eyni zamanda əlavə olaraq 5 (RER – A, B, C, D, E xətləri) ekspress regional elektrik qatar xətti də daxildir.

Hələ 1930-cu illərdə ləğv edilmiştramvay xətlərinin 1992-ci ildən etibarən bərpasına başlanılmışdır. 4 xəttə malik tramvaylar Parisin əsasən ətraf məhəllələrlə əlaqələndirilməsində heç də az rol oynamırlar.

Parisin avtobus nəqliyyat sisteminə nəinki adi marşrutlar, eyni zamandaturist marşrutları da daxildir.

2007-ci ildən Parisdə çoxlu sayda avtomat velosiped kirayə məntəqələri (Vélib) mövcuddur.

Təhsil

[redaktə |vikimətni redaktə et]

Fransanın ən nüfuzlu təhsil müəssisələri Parisdə yerləşir.Sarbonna universitetinin əsası 1257-ci ildə xeyriyyə məqsədilə onlarla kasıb tələbənin təhsil ala bilməsi üçünRobert Sarbon tərəfindən yaradılmış kolleclə qoyulmuşdur.XIV əsrdən etibarən universitet adlanaraq, Parisin və Fransanın ən iri və nüfuzlu təhsil müəssisəsinə çevrilmişdir. 1968-ci il islahatından sonra universitet 13 müstəqil ali təhsil müəssisəsinə bölünmüşdür.

Parisin digər məşhur təhsil müəssisələrinə Kollec de Frans,CNAM,Politexnik məktəbi, Katolik institutu,HEC Paris,Dağ-mədən və Milli idarəetmə institutları aiddirlər.Həmçinin 5 akademiyanı, xüsusilə 1803-cü ildən tərkib hissəsi sayılanFransa Akademiyasını özündə birləşdirən Fransa İnstitutu (Institut de France) Parisdə yerləşir. Fransa Akabemiyası Paris ədəbiyyat dərnəyi əsasında 1629-cu ildəValentin Kanrar tərəfindən təsis edilmişdir.Akademiya 1635-ci ildən dövlət elm müəssisəsi statusuna malikdir.Fransa Milli Kitabxanası 1368-ci ildə kralV Karl tərəfindən Luvrdakı şəxsi kitabxanası əsasında yaradılmışdır. KralXI Lüdovikin vəfatından sonra monarxa məxsus bütün əlyazmaların ənənəyə əsasən məhv edilməsinə qarşı çıxaraq, əksinə onların toplanib kitabxana fonduna verilməsi qərarına gəlməsi onu daha da zənginləşdirmişdir.

Muzeylər

[redaktə |vikimətni redaktə et]

1793-cü ildə Fransa krallarının keçmiş iqamətgahında yaradılmışLuvr muzeyi dünyada ən zəngin, 30 000 eksponatdan ibarət kolleksiyaya malikdir. Dünya incəsənətinin şedevrləri sayılanMona Liza rəsm əsəri vəMiloslu Venera heykəli məhz burada saxlanılır.

Luvr muzeyinin şüşəli piramida formasındakı girişi

Orse muzeyi 1980-ci illərdəSena sahilindəki Viktor Lalunun layihəsi əsasında 1900-cü ildə tikilmiş keçmiş Orse dəmiryol vağzalının binasında yaradılmışdır. Muzeyin kolleksiyası fransızimpressionistlərinin əsərləri ilə zəngindir.

Pikasso muzeyinin kolleksiyasına 250 əsər daxildir. 1985-ci ildə Parisin Mare məhəlləsindəki 1656–1659-cu illərdə inşa olunmuş Sale malikanəsində yaradılmış vəPablo Pikassonun yaradıcılığına həsr olunmuşdur. Kolleksiyaya əsasən Pikassonun əsərləri və onun özü tərəfindən yığılmış bir çox rəssamın (Jorj Brak,Pol Sezan,Anri Matis,Amadeo Modilyani) əsərləri daxildir.

İncəsənət və sənətkarlıq muzeyi 1794-cü ildə yaradılmış və elm və texnologiyaya həsr edilmişdir.

Teatr

[redaktə |vikimətni redaktə et]

Parisdə iki opera teatrı,Opera Qarnye və Bastiliya operası fəaliyyət göstərir. 1875-ci ildə açılan və memarının adı ilə adlandırılan "Opera Qarnye"nin sahəsi 11 237 m² olub dünyanın ən böyük operası sayılır.

Görməli yerləri

[redaktə |vikimətni redaktə et]

Parisin görməli yerləri çoxdur. Bura memarlıq tikililəri, küçə və meydanlar, körpülər və s. aiddir. Bunlardan üçü –Napoleonun sərəncmı ilə 1806–1836-cı illərdə memar Jan-Fransua Şalqrin tərəfindən tikilmişZəfər tağı, 1887–1889-cu illər arasındaQustav Eyfelin layihəsi əsasında inşa edilmişEyfel qülləsiXII əsrdəSite adasında tikilmişNotr-Dam de Pari kilsəsi Parisin simvoluna çevrilmişdir.[8]

Beş kral meydanı

[redaktə |vikimətni redaktə et]

Parisin malik olduğu "Beş kral" meydanı onun tarixini əyani əks etdirən atributlardan sayılır.

Əsas məqalə:Vandom meydanı

Vandom meydanı (fr.Place Vendôme), əvvəlki "Böyük Lüdovik meydanı" (fr.Place Louis le Grand) — Parisin "beş kral meydanından" biri. Vandom meydanı ParisinI arrondessmentindəParis operasının yaxınlığında yerləşir. Meydana Paris metrosunun 3,7,8 xətləri ilə yetişmək mümkündür. Vandom meydanı 1699-cu ildə XIV Lüdovikin şərəfinə memar Jyulya Arduen Mansara tərəfindən layihələşdirilərək salınmışdır. Meydan öz adını Sezar de Vandom sarayından götürmüşdür. Belə ki, 1720-ci ildə inşaası tamamlanan,klassisizm memarlıq üslubunda olan Sezar de Vandom sarayı meydanı əhatə edir. Meydanın mərkəzində 44 m hündürlüyündə RomadakıTrayan sütununun bənzəri olanVandom sütunu ucalmaqdadır. Sütunun ucunda Napoleonun heykəli qoyulmuşdur.

Əsas məqalə:Konkord meydanı (Paris)

Konkord meydanı yaRazılıq meydanı (fr.Place de la Concorde) — Klassizim üslubunda salınmış Parisin mərkəzi meydanı, "5 kral meydanından" biri. Böyüklüyünə görəFransanınBordo şəhərindəkilat.“Quinconces” meydanından sonra ikincidir. Sahəsi 68.470 m²- dir. MeydanSena çayından şimalda,VIII arrondissement ərazisində,Tyuilri bağı iləŞanzelize prospekti arasında yerləşir. Konkord meydanınaRivoliRoyal küçələri açılırlar.

Əsas məqalə:Viktoriya meydanı (Paris)

Viktoriya meydanı yaQələbə meydanı (fr.Place des Victoires) — Parisin mərkəzi lakin bir o qədər də böyük olmayan meydanı, "5 kral meydanından" dördüncüsü. MeydanPale-Royaldan şimal-şərqdə, I və II arrondissementlərin sərhəddində, Luvrdan 500 m şimalda yerləşir.Holland müharibəsi bitdikdən vəNimvegen sülhü bağlandıqdan sonra onun salınmasının təşəbbüskarı marşal La Feyad olmuşdur. Marşal La Feyad həmin sahəni alıb, ətraf evləri sökdürüb memarJül Arduen Mansara mərkəzindəXIV Lüdovikin at üstündə heykəli olan bir meydan salmağı tapşırır. Bununla o, fransızların Holland müharidəsindəki qələbəsini əbədiləşdirmək istəmişdir.

Əsas məqalə:Dofina meydanı (Paris)

Dofina meydanı yaVəliəhd meydanı(fr.Place Dauphine) — Parisin mərkəzi meydanı, "5 kral meydanından" ikincisi. Meydan 1607-ci ildə kralIV Henri tərəfindən vəliəhdXIII Lüdovikin şərəfinə sifariş edilmişdir. O dövrdə (XVII əsrdə) bu meydanVoje meydanından sonra ikinci kral meydanı olmşdur.

Əsas məqalə:Vogezlər meydanı (Paris)

Vogezlər meydanı (fr.Place des Vosges)) — Parisin ən qədim meydanı, "5 kral meydanından" birincisi. Mare məhəlləsində yerləşən bu meydan kvadrat şəklindədir. 1799-cu ilə qədər "Kral meydanı"fr.Place Royale adlanmış.

Brendlər

[redaktə |vikimətni redaktə et]
Əsas məqalə:Chanel

Chanel S. A. (fr.[ʃaˈnɛl];azərb.Şanel‎) —XX əsrin əvvəlində Parisdə moda dizayneriKoko Şanel tərəfindən təsis edilmiş dəbdəbəli geyim firması öz fəaliyyətinə 1910-cu ildə ParisdəKambon küçəsi (fr.Rue Cambon) 21 ünvanında,Ritç hotelinin arxasındafr.“Chanel Modes” atelyesini açmaqla başlamışdır.

Mənbələr

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Google Books (çd.). 2005.
  2. 12ArchINFORM (alm.). 1994.
  3. répertoire géographique des communes.Institut national de l'information géographique et forestière.
  4. https://it-ch.topographic-map.com/map-3ld59m/Parigi/?zoom=19&center=48.8562%2C2.35248&popup=48.85644%2C2.35253.
  5. Populations de référence 2022 (fr.).INSEE, 2024.
  6. "Париж"(rus). 22 июня 2021.2013-11-01 tarixindəarxivləşdirilib.İstifadə tarixi:16 iyun 2021.
  7. "Comparateur de territoire: Unité urbaine 2020 de Paris (00851)"(French). INSEE.19 yanvar 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:10 fevral 2021.
  8. Famous Places to Visit in Paris[ölü keçid]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Avropa paytaxtları
Afina  •Amsterdam  •Andorra-la-Velya  •Ankara  •Astana  •Bakı  •Belqrad  •Berlin  •Bern  •Bratislava  •Brüssel  •Budapeşt  •Buxarest  •Dublin  •Helsinki  •İrəvan  •Kişinyov  •Kiyev  •Kopenhagen  •Lissabon  •London  •Lüksemburq  •Lyublyana  •Madrid  •Minsk  •Monako  •Moskva  •Nikosiya  •Şimali Lefkoşa •Oslo  •Paris  •Podqoritsa  •Praqa  •Priştina  •Reykyavik  •Riqa  •Roma  •San-Marino  •Sarayevo  •Skopye  •Sofiya  •Stokholm  •Tallin  •Tbilisi  •Tirana  •Vaduts  •La Valletta  •Varşava  •Vatikan  •Vilnüs  •Vyana  •Zaqreb
⛭
Bələdiyyə rayonları
I  •II  •III  •IV  •V  •VI  •VII  •VIII  •IX  •X  •XI  •XII  •XIII  •XIV  •XV  •XVI  •XVII  •XVIII  •XIX  •XX
Paris mövzularda
Əlaqəli məqalələr
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Paris&oldid=8320502"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp