Paramaribo (nid.Paramaribo) —Surinamın paytaxtı, ən böyük şəhəri və portu. 2002-ci ildən şəhərin tarixi mərkəzi Ümumdünya sərvəti elan edilib.
ParamariboSurinam çayının sahilində, onunAtlantik okeana tökülən yerin 20 kilometrliyində yerləşir.İqlimi subkontinentaldır, ilboyu temperaturu +23 — +31 arası dəyişir. İlin 200 günü yağışlıdır, yağış mövsümü aprel ayından iyul ayına qədər davam edir.
Paramaribonun əhalisi 250 min nəfərdir, təbii artımlatın Amerikası üzrə ən aşağı göstəricidir. Şəhər əhalisi XIX əsrdə bura gəlmişhindlilər (33 %),kreollar (30 %),indoneziyalılar (15 %),zəncilər (10 %),hindular (2 %),çinlilər (2 %),avropalılardır (1 %). Rəsmi dil holland dilidr, ancaq əhalinin çoxusranan-tonqo (və ya neqro-inqliş) — dəyişilmiş ingilis dili dialektində danışır. Əhali arasındainduizm,xristianlıq,islam,iudaizm vəkonfusianizm geniş yayılıb.
Paramaribo 1640-cı ildə fransızlar tərəfindən salınıb. Şəhərin adıtupi-quarani dilində "böyük suyun sakinləri" deməkdir. 1667-ci ildə şəhər bütün Sutinam ərazisi ilə birlikdəNiderland vəBöyük Britaniya arasında müqaviləyə əsasən Niderlandın hakimiyyətinə keçir. Ərazi Şimali AmerikadakıNyu-York ərazisi əvəzinə verilmişdi. 1954-cü ildən Niderland Krallığı tərkibində muxtar dövlıətin inzibati mərkəzidir. 1975-ci ildən müstəqil Surinam Respublikası elan edilmişdir.
Paytaxtda 1968-ci ildə təsis edilmiş yeganə universitet yerləşir, şəhərdə milli muzey də vardır.
- ↑12ArchINFORM (alm.). 1994.