Panteon (yun.Πάνθεον,πάντεζ — bütün vəθεόζ — tanrılat. Pantheon) — Bütün allahlara həsr edilmiş məbəd, Qədim Roma memarlığının görkəmli abidəsi[5]
Panteone.ə. II əsrdə qədim Roma memarlığının intibah dövründə, imperatorAdrianın zamanında, Mark Vipsani Aqripp tərəfindən hələ iki əsr öncə inşa olunmuş Panteonun yerində ucaldılmışdır. Bunu üzərindəki latın yazısı "М. AGRIPPA L F COS TERTIUM FECIT" də sübut edir.
Panteonun kərpic və beton potondası diametri 43 m-dən bir qədər çox olan yarım sferik künbəzlə (antik dövrün ən böyük mühəndis nailiyyətlərindən sayılır) örtülüdür. Klassik aydınlığı, daxili mühitinin bütöv kompozisiyası, bədii obrazlılığı ilə seçilir. İstisna edilmir ki, inşasında dövrünün mahir memarlarından sayılan dəməşqliApollodor iştirak etmişdir.
Bu butpərəst məbədi 1 noyabr 609-cu ildən kilsəyə çevrilərək bu günümüzə kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Məhz buna görə də 1 noyabrkatolik və protestantlar tərəfindən bütün müqəddəslər günü kimi qeyd olunur.