Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Paleogen

Vikipediya, azad ensiklopediya
Yerin geoloji tarixinin bir hissəsi
Paleogen
66—23.04 mln il qabaq
Geoxronoloji məlumatlar
EonFanerozoy
EraKaynozoy
İqlim[1]
Oksigen səviyyəsi21 %
CO2 səviyyəsi0,4 %
Orta temperatur21—27 °C
Geoxronoloji şkalamilyon
il
əvvəl
EonEraDövr0
F
a
n
e
r
о
z
о
y
KaynozoyDördüncü dövr2,58
Neogen23
Paleogen66
MezozoyTəbaşir145
Yura201
Trias252
PaleozoyPerm299
Karbon359
Devon419
Silur444
Ordovik485
Kembri541
K
e
m
r
i
d
ə
n

ə
v
v
ə
l
ProterozoyNeoproterozoyEdiakar635
Kriogen720
Toni1000
MezoproterozoySteni1200
Ektaz1400
Kalim1600
PaleoproterozoyStater1800
Orozir2050
Rias2300
Sider2500
ArxeyNeoarxey2800
Mezoarxey3200
Paleoarxey3600
Eoarxey4000
Katarxey4600
Mənbə

Paleogen və yapaleogen dövrükaynozoy erasının birinci geoloji dövrü; davamiyyəti 40-42 milyon il. Paleogen dövrü alp qırışıqlıq strukturlarının və müasirPireney,Alp,Karpat,Krım,Qafqaz,Kopetdağ,Pamir,Atlas, habeləHimalay dağlarının mərkəzi hissələrinin geomorfoloji formalaşma döv­rüdür. Paleogen dövrü yerüstü onurğalı heyvanlardan məməlilər inkişaf etmişdir. Qədim yırtıcılar (kreodontlar) səciyyəvidir. Dövrün axırında xüsusiləşmiş cütdırnaqlılar və təkdırnaqlılar, xortumlular və primatlar meydana gəlmişdir. Cənub Amerikada kisəli, natamamdişli və ibtidai meymunların, Avstraliyada isə monotermlərin və kisəlilərin sərbəst inkişaf mərkəzləri yaranmışdır. Primitiv məməlilərin əksəriyyəti dövrün axırında məhvolmuşdur. Dəniz faunasında qarınayaqlı (qastropoda) və ikitayqabıqlı molluskalar inkişaf etmiş, braxiopodlar isə kəskin şəkildə azalmışdır. İri foraminiferlərin (nummulitlər, diskotsiklinlər və orbitoidlər) yeni qrupları xüsusilə geniş inkişaf tapmışdır. Kiçik plankton foraminiferlərin tərkibində əsaslı dəyişikliklər baş vermişdir: tipik qlobigerina və onlara yaxın olan cinslər (qloborotalilər, akarininalar və b.) daha da inkişaf etmişlər. Bitki aləmində, demək olar ki, müasir cinslərə uyğun olan örtülütoxumlular geniş yayılmışdır. Paleogen dövrü iki paleofloristik əyalətə ayırır: yarpağı tokülən meşələri inkişaf etdiyi Şimal əyaləti (Orta Asiya, Şimal Amerika, Arktika) və həmişəyaşıl tropik bitkilərin yayıldığı Cənub əyaləti (Qərb Avropa, Cənub Asiya, Meksika). 

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
  1. "History of Earth's Climate".2020-11-10 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2020-11-09.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Paleogen&oldid=7999218"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp