Park Min Young 1986-cı il 4 mart tarixində Seul'da anadan olub. Dongguk Universiteti Teatr və Kino şöbəsinin məzunudur. Sungkyunkwan Scandal, City Hunter , Healer kimi dünya çapında məşhur olan seriallarda rol alıb.
Park Min YoungSK Telecom reklam filmi ilə 2005-ci ildə əyləncə dünyasına ilk addımını atır. Bir il sonra aktrisalıq karyerasınaUnstoppable High Kick! serialı ilə başlayır. 2007-ci ildə Gangster qızı "Eun Byul" rolunda oynadığıI'm Sam serialı ilə ulduzu parlamağa başlayır. Ardınca 2008-ci ildə "Gumiho" rolu iləKBS kanalı serialıHometown of Legends' da rol aldı. 2009-cu ildə Nangnang Krallığının Şahzadəsi "Nak Rang" rolundaPrincess Ja Myung Go serialında və eyni ildə "Running Gu" serialında iki çalışqan maraton qaçışçılarının sevgisi arasında qalmış "Moon Haeng Joo" rolunu üstləndi.
Amma onun əsil populyarlığına qovuşduğu serialPark Yoochun,Yoo Ah İn vəSong Joong Ki ilə baş rol oynadığıSungKyunkwan Scandal serialıdır. Bu serial ilə birlikdəKBS Drama Awards mükafat mərasimində "Orta Uzunluğda Serial" kateqoriyasında ən yaxşı qadın aktrisa, Netizenlər (yəni, internet vətəndaşları) arasında populyarlıq mükafatı vəPark Yoochun ilə birlikdə ən yaxşı cütlük mükafatını alaraq, tam 3 kateqoriyada mükafat qazandı.
2010-cu ildə ilk filmi olanThe Cat: Two Eyes That See Death qorxu filmində "So-Yeon" rolunda baş rol oynayır. Bu filmidə çox müvəffəqiyyət qazanır.
Park Min-Young və Kim Ye-Ron
2011-ci ildəCity Hunter serialındaLee Min Ho ilə birlikdə "Kim Nana" rolunda baş rol oynadı. Həmin ildəKBS kanalı serialı olanGlory Jane'dəChun Jung Myung ilə birlikdə "Yoon Jae İn" rolunda oynadı və bu rol ilə birlikdə 2011-ci ilKBS Drama Awards mükafat mərasimində "Orta Uzunluğda Serial" kateqoriyasında ən yaxşı qadın aktrisa mükafatını aldı.
2012-ci ildəSong Seung Heon vəKim Jae Joong ilə birlikdəTime Slip Dr.Jin adlı tarixi, fantastik , tibbi serialda Hong Young Rae/Yoo Mi Na rollarında oynayır. 2013-cü ildə Dongguk Universiteti Teatr və Kino bölümündən məzun olur.
2014-cü ildə hüquqi serialA New Leaf'daKim Myung Min ilə birlikdə "Lee Ji Yoon" rolunda başrol oynayır. 2014-cü ilin Dekabr ayında internet qəzeti müxbiri "Chae Yong Shin" rolundaJi Chang Wook vəYoo Ji Tae ilə birlikdəHealer serialında başrol oynadı. Serial 10 fevral 2015-də final etdi. 2014 ili aparıcılığını özünün etdiyiKBS Drama Awards mükafat mərasimində yenə "Orta Uzunluğda Serial" kateqoriyasında ən yaxşı qadın aktrisa vəJi Chang Wook'la birlikdə ən yaxşı cütlük mükafatlarını qazandı.
Park Min Young ilk ÇİN çıxışını "Breaveness Of The Ming" serialı ilə edəcək. Serialda ona yoldaşlıq edəcək olan partnerinin məşhur Çinli aktyor Hans Zhang olacağı gözlənilir. Serialın yayımı 2016-cı ilin ilk yarısına planlanılıb. Park Min Young bu serialda "Xie Yu Fei" rolunu canlandıracaq.