Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

PH

Vikipediya, azad ensiklopediya

Hidrogen göstəricisi (pH) — məhlullardahidrogenionlarının konsentrasiyasını və ya aktivliyini səciyyələndirən kəmiyyət. Bu kəmiyyət 1 litrdə hidrogen ionlarının (qram-ionlarla) konsentrasiyasının mənfi onluq loqarifminə bərabərdir. pH=-lg[H+]. Burada H+ hidrogen ionlarının konsentrasiyasıdır. Saf suda [H+]=[OH]=10−7. 25 °C-də pH>7 olan məhlullar qələvi, pH≈7 neytral, pH<7 — turş məhlullardır. Şüşə elektrodlu elektrometrlə (potensiometr) ölçülür. pH (hidrogen göstərici) çöküntütoplanma mühitinin qələvi-turşu tarazlığını səciyyələndirir. Məsələn, pH>7 kalsitin çökməsinə səbəb olur. Mineral suspenziyalarının pH (hidrogen göstərici) əlavə diaqnostik əlamət kimi istifadə edilə bilər (kaolinitin pH 6,4–6,9, montmorillonitin 7,9–9,8, kalsitin 9,4–9,5, dolomitin 9,6–10,1). Dəniz suyunun pH (hidrogen göstərici) adətən 7,5–8,5 hüdudlarında olur.

Mənbə

[redaktə |vikimətni redaktə et]

Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.

Bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə,daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=PH&oldid=7880836"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp