Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Osmanlı imperiyası kapitulyasiyaları

Vikipediya, azad ensiklopediya
1569-cu ildə sultanII SəlimIX Karl arasında imzalanmış kapitalulyasiyanın nüsxəsi.

Osmanlı imperiyası kapitulyasiyaları (türk.Osmanlı İmparatorluğu kapitülasyonları) ― Osmanlı imperiyasında əcnəbilərə verilən Osmanlı iqtisadi, məhkəmə, inzibati və s. hüquq və imtiyazlarıdır. Kapitulyasiya sözü latınca "şərtlər, fəsillər, maddələr" mənasını verən "kapitula" (lat.capitulare) sözündən götürülmüş və "təslim olmaq" mənası verir.

Osmanlı imperiyası tərəfindən verilən kapitulyasiyaların əksəriyyəti hər iki tərəf üçün etibarlı olsa da, iqtisadiyyatı güclü olan tərəf kapitulyasiyalardan faydalanır, zəif iqtisadiyyatı olanlar isə zərər görürlər.[1]

Osmanlı imperiyası tərəfindən verilən kapitulyasiyalara misal olaraq Osmanlı şəhərlərində təşkilat qurma hüququ, əcnəbilər arasındakı mübahisələrdə konsulluqlara yurisdiksiyanın verilməsi, Osmanlı torpaqlarında səyahət, nəqliyyat və satış azadlığı və Osmanlı sularında gəmi üzmə (işlətmə) hüququ verilmişdir.

Osmanlı vətəndaşları daAvropa dövlətlərində avropalının Osmanlı ölkəsində sahib olduğu eyni hüquqlara sahib idi. Lakin, Osmanlı iqtisadiyyatı böyük ölçüdəkənd təsərrüfatına söykənirdi və Avropa ölkələrində ticarət etmək üçün hər hansı bir seqmentə sahib deyildi. Bundan əlavə, Avropa dövlətləri Osmanlıya mal ixrac edərkən gömrük vergisi ödəməsə də, Osmanlı mallarını idxal edərkən onlardan gömrük vergisi alınırdı. Yəni bu müqavilələr Osmanlıya heç bir üstünlük gətirmirdi.[2]

Tarixi

[redaktə |vikimətni redaktə et]
Venesiya ilə Osmanlı imperiyası arasında ticarətin bərpasına dair kapitulyasiya,Preveze dəniz döyüşündən dərhal sonra 2 oktyabr 1540-cı ildə imzalanmışdır.

İlk dövrlər kapitulyasiyalar hər bir xristian dövləti ilə ayrı-ayrılıqda bağlanırdı. İlk kapitulyasiya müqaviləsi 1453-cü ildəGenuya Respublikası ilə Osmanlı imperiyası arasında imzalanmışdır.

Təxminən 1535-ci ildəSultan Süleyman QanuniFransa ilə kapitulyasiyaya imza atmışdır.

Fransa,XII Lüdovik dövründə 1500-cü ildəQahirədəMəmlük sultanı ilə kapitulyasiya imzalamışdı.[3][4] TürklərOsmanlı-məmlük müharibəsindən sonra Misiri fəth etdikdən sonra, fransızlarla bağladıqları kapitulyasiyanı dəstəklədilər və fəaliyyətlərini bütün imperiya boyunca genişləndirdilər.[5]

Kapitulyasiyaların mərhələləri

[redaktə |vikimətni redaktə et]

Birinci mərhələ

[redaktə |vikimətni redaktə et]

İlk kapitulyasiyalarMacarıstan,SerbiyaAralıq dənizi sahilindəki ərəb ölkələri tərəfindən verildi. Bu dövlətlərin məqsədi öz ölkələrinə ticarəti cəlb etmək idi.

XV–XVI əsrlərdə eyni səbəblərə görə Osmanlı imperiyasıVenesiyaya,Genuya Respublikası və fransızlara kapitulyasiyalar vermişdir.

İkinci mərhələ

[redaktə |vikimətni redaktə et]

XV əsrdəHindistana gedən dəniz yolunun kəşfi ilə, zamanla Avropanın merkantilist siyasətinin alətinə çevrildi. 1740-cı ildəI MahmudXV Lüdovik arasında imzalanan razılaşmaya əsasən kapitulyasiyalar dövlətlərarası ticarət müqaviləsinə çevrildi. Bu mərhələdə Osmanlı imperiyası yenə də özünü təmin edən bir iqtisadi vahid idi.

Üçüncü mərhələ

[redaktə |vikimətni redaktə et]
1793-cü ildə ölkə üzrə Osmanlı imperiyasındabəraət (ticarət sənədi) alan xarici ticarətçilərin sayı.[6]

Bu mərhələ "qeyri-bərabər mübadilə" ilə başladı.XIX əsrdə baş verənsənaye inqilabı hər şeyi dəyişdirdi. Osmanlı imperiyası ilə Avropa arasında artıq keyfiyyət fərqi var idi. Osmanlı torpaqlarını Avropaya vahid bir bazar olaraq açan 16 avqust 1838-ci ildə imzalananBalta-Liman konvensiyası, yalnız ticarət deyil, həm də kapitulyasiya müqaviləsi idi. İxrac qadağası və dövlət inhisarları ləğv edildi. Xarici tacirlər yerli tacirlər ilə eyni hüquqlara sahib idilər. Bundan sonra Osmanlılar artıq istehsal məhsulları istehsal edə bilməyəcək, parça əvəzinə iplik, xampambıq və yayun, hətta iplik əvəzinə pambıq qozası satacaq hala gəldilər.

Əcnəbilərin imtiyazları müsəlman olmayan osmanlılara da verildi. Osmanlının borc məsəslələri, kapitulyasiyalarla birləşincə, Osmanlı öncə özüDüyun-u Umumiyəyə təslim olmuş və sonra xarici şirkətlərə (dəmir yollarının istismarı kimi) böyük imtiyazlar vermişdir. Nəhayət,Sevr müqaviləsi Osmanlı imperiyasının bütün maliyyələrini özündə cəmləşdirəcək Maliyyə Komissiyasının yaradılmasını nəzərdə tutan 232-ci maddəsini qeyd-şərtsiz qəbul etdi.

Kapitulyasiyaların ləğvi

[redaktə |vikimətni redaktə et]

Kapitulyasiyaların ləğvi,Türkiyə İstiqlal müharibəsindən əvvəl 1856-cı ildə alındı. Ancaq Osmanlıya verilən bu vəd heç vaxt yerinə yetirilmədi. 1911-ci ildəİttihad və Tərəqqi partiyası tərəfindən ləğv edilən kapitulyasiyalar,Sevr müqaviləsi ilə Osmanlı imperiyasının üzərinə bir yük olaraq qoyuldu.

Türk İstiqlal müharibəsi dövründə Sovet İttifaqı ilə 28 mart 1921-ci il tarixli sazişin 7-ci maddəsi ilə kapitulyasiyalar "etibarsız və ləğv edilmiş" sayıldı. Kapitulyasiyaların tamamilə ləğv edilməsi isəLozanna müqaviləsi ilə gerçəkləşdirildi.

Kapitulyasiyaların siyahısı

[redaktə |vikimətni redaktə et]

Osmanlı imperiyası aşağıdakı ölkələrlə kapitulyasiya müqavilələri imzalamışdır:

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. İlber Ortaylı,Osmanlı İmparatorluğu'nda Alman Nüfuzu, Alkım Yayınevi, 9. Baskı mart 2006,ISBN 975992045-X
  2. İlber Ortaylı,Osmanlı İmparatorluğu'nda Alman Nüfuzu, Alkım Yayınevi, 9. Baskı mart 2006,ISBN 975992045-X Sayf. 65
  3. "Three years in Constantinople by Charles White p.139".26 avqust 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:15 iyul 2021.
  4. "Three years in Constantinople by Charles White p.147".22 avqust 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:15 iyul 2021.
  5. Convention regarding the Abolition of the Capitulations in Egypt, Protocol, and Declaration by the Royal Egyptian GovernmentArxivləşdirilib 2015-09-25 at theWayback Machine (Montreux, 8 may 1936) Art 1.
  6. The Capitulations and the Ottoman Legal System, Qadis Consuls and Beraths in the 18th Century (2005), ISSN 1384–1130, ISBN 90 04 14035, s.90

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]
⛭
Osmanlı xanədanlığı
Quruluş
Yüksəlmə
Durğunluq
Geriləmə
Dağılma
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Osmanlı_imperiyası_kapitulyasiyaları&oldid=7517638"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp