Orta qulağa (lat.auris media) təbil boşluğu, eşitmə (Evstax) borusu, və qulaq sümükcükləri aiddir. Təbil boşluğu və ya orta qulaq boşluğu -lat.cavum tympani 1sm2 həcmində olubgicgah sümüyünün daşlıq hissəsindədaxili qulaqlaxarici qulaq arasında yerləşmişdir. Orta qulağın altı divarı vardır.
Bayır zarlı divar -lat.paries membranaceusqulaq pərdəsi vəgicgah sümüyü pulunun bir hissəsitəşkil edir.Təbil boşluğunun qulaq pərdəsindən yuxarı olan qisminə təbilüstü cib -lat.recessus epitympanicus deyilir.
İçəri divar daxili qulağa söykəndiyi üçün labirint divarı -lat.paries labyrinticus adlanır. Bunun mərkəyində bir hündürlük -lat.promontorium vardır. Bundan aşağı və dala ilbiz pəncərəsi -lat.fenestra cochleae (fenistra rotunda-BNA) yerləşmişdirki bu da ilbiz başlanğıcına açılır və özü də ikinci qulaq pərdəsi -lat.membrana tympani secundaria deyilən zar ilə örtülmüşdür. Həmin hündürlüyün yuxarısında dəhliz pəncərəsi (oval pəncərə) -lat.fenestra vestibuli (fenestra ovalis-BNA) yerləşmişdir; bu pəncərə dəhliz labirintinə açılır və qulaq sümükcüklərindənüzəngi əsası ilə tutulmuşdur. Dəhliz pəncərəsindən yuxarı və bir qədər dalaüz siniri kanalının divarı tərəfindən əmələ gəlmiş hündürlük -lat.prominentia canalis fascialis yerləşmişdir.
Dal məməyəbənzər divar -lat.paries mastoideusgicgah sümüyünün məməyəbənzər çıxıntısına doğru baxır. Uzərində mağara girəcəyi -lat.aditus ad atrium və bir qədər aşağıda hündürlük -lat.eminentia pyramidalis yerləşmişdir.
Təbil boşluğunun ön divarını -lat.paries caroticus yuxu kanalının divarı təşkil edir. Bu divarın yuxarı hissəsində eşitmə borusunun daxili dəliyi -lat.ostium tympanicum tubae auditivae açılır.
Yuxarı divarı (təbil boşluğu damı) -lat.paries tegmentalis çox nazik olub təbil boşluğunu kəllə boşluğundan ayırır və gicgah sümüyünün daşlıq hissəsininlat.tegmen tympani deyilən nahiyəsinə müvafiqdir.