Corc Orson Uells (ing.George Orson Welles;6 may1915[1][2][…] –10 oktyabr1985[1][2][…],Los-Anceles,Kaliforniya[3]) — amerikalı kinorejissor, aktyor, ssenarist və prodüser. Teatr, kino və radioda fəaliyyət göstərmiş və hər üç sahədə yenilikçi fəaliyyəti ilə yadda qalmışdır. XüsusiləBrodveydə səhnəyə qoyulan "Sezar" (1937) tamaşası, "Merkuri" teatrının yaradılması, radio tarixindəki ən məşhur yayımlardan sayılan "Dünyaların müharibəsi" (1938) radiotamaşası, "Vətəndaş Keyn" (1941) filmi onun adı ilə bağlıdır.
"Vətəndaş Keyn" Amerika Kino Sənəti İnstitutu vəBöyük Britaniyanın "Sight & Sound" jurnalı tərəfindən bütün dövrlərin ən yaxşı filmi seçilmiş, həmçinin 1995-ci ildə kinonun 100 illiyi münasibətiləVatikan tərəfindən tərtib olunan 45 filmdən ibarət seçilmiş filmlər siyahısına daxil edilmişdir. Uells bu filmin həm rejissoru və ssenaristi, həm də baş rol ifaçısı olmuşdur.
- 1941-ci ildə "Vətəndaş Keyn" filminə görə ən yaxşı ssenari nominasiyasında "Oskar" mükafatı
- 1952-ci ildə "Otello" filminə görə "Qızıl palma budağı"
- 1964-cü ildə "Proses" filminə görə Fransa kinotənqidçilər cəmiyyətinin mükafatı
- 1975-ci ildə Amerika Kino Sənəti İnstitutunun "Kinematoqrafdakı xidmətlərinə görə" mükafatı
- 1934 — "Dövrün ürəkləri" /The Hearts of Age
- 1938 — "Çoxlu Consonlar" /Too Much Johnson
- 1941 —Vətəndaş Keyn /Citizen Kane
- 1942 — "Möhtəşəm Embersonlar" /The Magnificent Ambersons
- 1946 — "Əcnəbi" /The Stranger
- 1947 — "Şanxaylı ledi" /The Lady from Shanghai
- 1948 —Makbet /Macbeth
- 1952 —Otello /The Tragedy of Othello: The Moor of Venice
- 1978 — "Otello" filminin çəkilişi /Filming "Othello" (sənədli film)
- 1955 — "Cənab Arkadin" /Mr. Arkadin
- 1958 — "Şərin möhürü" /Touch of Evil
- 1963 — "Mühakimə" /Le procès
- 1981 — "Mühakimə" filminin çəkilişi /Filming "The Trial" (sənədli film)
- 1965 — "Gecəyarı zəngləri (Falstaf)" /Campanadas a medianoche
- 1968 — "Ölümsüz hekayə" /The Immortal Story
- 1975 — "Doğru və yalan" /F for Fake
- Paris yanırmı? (film, 1966) / Paris brûle-t-il?