Orlean —Fransada şəhər,Luar departamentinin inzibati mərkəzi. Əhalisi (1999): 113,126. Mühüm nəqliyyat qovşağı, iri sənaye mərkəzidir.
Orlean qədimdə Senabum adlanmışdır. E.ə. I əsrdəYuli Sezar dağıtdırmışdı. III əsrdəRoma imperatoruAvrelianın hakimiyyəti dövründə bərpa edilmiş və V əsrdən onun şərəfinə Avrelianum adlanmağa başlamışdır. 6 əsr-7 əsrin əvvəlində Orlean krallığının mərkəzi olmuş, X əsrdən mühüm qalaya çevrilmiş, XII əsrdə iri ticarət mərkəzi kimi formalaşmışdı. 1309-cu ildə universitetin əsası qoyuldu.Yüzillik müharibə dövründə 7 ay ingilislər tərəfindən mühasirədə olmuş, 1429-cu ilin mayındaJanna d'Arkın başçılığı ilə fransız qoşunları azad etmişdi. Fransada dini müharibələr dövründə (XVI əsr) Orleanhugenotların istinadgahlarından biri idi. 1940-cı ilin iyununda alman qoşunları tutmuş, 1944-cü ilin avqustunda müttəfiqlərin birgə silahlı qüvvələri tərəfindən azad edilmişdir.