Orakul (lat.oraculum, "danışıram, diləyirəm" mənalarını verənoro sözündən əmələ gəlir) —antik dövrdə ən çox yayılmış fal forması. O, inananların istəyi ilə tanrı adından orakul adlandırılan kahin tərəfindən gələcək haqqında xəbər verməkdən ibarət idi. Daha geniş mənada, orakul həm xəbərin elan olunduğu yer və həmin xəbərin mətni demək idi. Müasir dildə orakul gələcəkdən xəbər verən və həmçinin hər fikiri danılmaz həqiqət və vəhy olan insana deyilir.
DelfiliPifiya xaricində bütün qədim orakullar kişi cinsinə aid idilər.[1] Tarixçilər orakulların Qədim Yunanıstana Qədim Şərqdən gəldiyini iddia edirlər, çünki oxşar falçılıq yerləriMari,Assuriya və Qədim Misir şəhəri olanButoda mövcud idilər.[2]
Herodotun yazdığına görə, Qədim Yunanıstan orakullarından ən qədimiEpir regionununDodona şəhərində yerləşirdi. Ora yunanların Elladaya gəlməsindən əvvəl yarandığı güman edilir və ehtimala görə, əvvəl bura yunan ənənəsində yer tanrıçasıGeya olaraq təfsir edilən Ana Tanrıçasının müqəddəs yeri idi. Göründüyü kimi, qədim orakkuların hamısı kimi ora daxtonik kultu ilə əlaqəli idi, çünki kahinlər gələcək haqqında xəbərləri müqəddəspalıd yarpaqlarının xışıltısından verirdilər.
Herodot başqa orakullardan də bəhs edir. Onun sözlərinə görə,Lidiya padşahıKrez ən dəqiq orakulu seçməyə qərar verdi və qasidlərini "Delfi, ikinciləriFokidakiAbı, üçüncüləri Dodona" göndərmişdir; "həmçinin başqalarıAmfiari,Trefoni və nəhayət Milet vilayətinin Branxidlər ərazisinə göndərilmişdir". Yalnız delfiyalı pifiya, Krezin bir qazanda tısbağa və quzu bişirəcəyini təxmin edə bildi. Bu hekayə göstərir ki, orakullar yalnız qədim yunanlar tərəfindən deyil, həm də yaxın qonşuları tərəfindən hörmətə layiq görülürdülər.