Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Oqtay Şirəliyev

Vikipediya, azad ensiklopediya
Oqtay Şirəliyev
Azərbaycan Respublikasının
Səhiyyə naziri
20 oktyabr 2005 –23 aprel 2021
ƏvvəlkiƏli İnsanov
SonrakıTeymur Musayev
Şəxsi məlumatlar
Doğum tarixi2 avqust1950(1950-08-02)
Doğum yeri
Vəfat tarixi3 oktyabr2025(2025-10-03)(75 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyətisiyasətçi
AtasıKazım Şirəliyev
AnasıTamara Tağızadə
UşaqlarıNərgiz Şirəliyeva, Murad Şirəliyev
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri"Şöhrət" ordeni — 20152015
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirəliyev Oqtay Kazım oğlu (2 avqust1950,Bakı3 oktyabr2025,Şüvəlan) — Professor, tibb elmləri doktoru, keçmişAzərbaycan Respublikası Səhiyyə naziri.[1][2]

Həyatı

[redaktə |vikimətni redaktə et]

Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub.

3 oktyabr 2025-ci ildəXəzər rayonununŞüvəlan qəsəbəsindəki yaşadığı evdə vəfat edib.[3] Yasamal qəbiristanlığında dəfn edilib.

Təhsili

[redaktə |vikimətni redaktə et]
  • 1967–1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirmişdir.
  • 1974-cü ildə Bakı şəhəri AR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah, 1977-ci ildə Moskva həkimləri Təkmilləşdirmə İnstitunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə 1 Moskva Tibb İnstitutunun aspiranturasına daxil olmuşdur.
  • 1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
  • 2003-cü ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı almışdır.
Oqtay Şirəliyev

Fəaliyyəti

[redaktə |vikimətni redaktə et]
  • Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə naziri təyin edilmişdir.
  • 1981-ci ildən Rentgenologiya, radiologiya və onkologiya ETİ-də böyük elmi işçi
  • 1982-ci ildə Respublika endoskopiya Mərkəzinin rəhbəri
  • 1983–1988-ci illərdə AR Səhiyyə Nazirliyinin Elmi şöbəsinin rəisi olmuşdur
  • 1988-ci ildə Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur.
  • 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 13 ixtira və səmərələşdirici təkliflərin müəllifidir.[4]

İş təcrübəsi

[redaktə |vikimətni redaktə et]
  • Eyni zamanda 1991–2005-ci illər ərzində Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.
  • 2005-2021-ci illər Azərbaycan Respublikasının Səhiyyə Naziri.
  • 2005–2008-ci illər üzrə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü.
  • 2007–2008-ci illər ÜSTİK-nin vitse-prezidenti vəzifəsini icra etmişdir.
  • 2009–2012-ci illər üçün ÜST Avropa Regionu Daimi Komitəsinin üzvü seçilmişdir.

Mükaftaları

[redaktə |vikimətni redaktə et]
  • 2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Oktay Şirəliyev səhiyyə naziri təyin edildi[ölü keçid]
  2. "İlham Əliyev Oktay Şirəliyevi vəzifəsindən azad etdi - SƏRƏNCAM". Oxu.Az. 23 aprel 2021.23 aprel 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:23 aprel 2021.
  3. "Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib". Report.az(az.).İstifadə tarixi:3 oktyabr 2025.
  4. "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi".6 mart 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:4 sentyabr 2020.
⛭
Səhiyyə və sosial təminat naziri
(1918)
Xalq səhiyyə naziri
(1918–1919)
Səhiyyə naziri
(1919)
Səhiyyə və sosial təminat nazirləri
(1919–1920)
Musa bəy Rəfiyev(1919–1920)
Azərbaycan SSR
(1920–1991)
Xalq səhiyyə komissarları
(1920–1946)
Səhiyyə nazirləri
(1946–1991)
Səhiyyə nazirləri
(1991-ci ildən)
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Oqtay_Şirəliyev&oldid=8332348"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp