"OpenAI" —Delaverdə qeydiyyatdan keçmiş qeyri-kommersiya "OpenAI, Inc"[8] və onun kommersiya məqsədlitörəmə şirkəti "OpenAI Global MMC"-dən ibarətABŞsüni intellekt (Sİ) tədqiqat təşkilatı.[9] "OpenAI" təşkilatın "təhlükəsiz və faydalı"süni ümumi intellektin inkişaf etdirilməsi məqsədi ilə süni intellekti tədqiq edir və bunu "iqtisadi cəhətdən ən dəyərli işlərdə insanlardan üstün olan yüksək avtonom sistemlər" kimi müəyyən edir.[10] "OpenAI" həmçinin "ChatGPT" və "GPT-4" kimi bir neçəgeniş dil modelləri, eləcə də "DALL-E 3"[11] kimi qabaqcıl təsvir yaratma modelləri və keçmişdə açıq mənbəli modellər hazırlamışdır.[12]
Təşkilat 2015-ci ilin dekabrında İlya Sutskever, Qreq Brokman, Trevor Blekvell, Viki Çunq, Andrey Karpati, Durk Kinqma, Cessika Livinqston, Con Şulman, Pamela Vaqata və Voytsex Zaremba tərəfindən təsis edilmişdir, ilkin idarə heyətindəSem Altman vəİlon Mask çıxış etmişdilər.[13][14][15] "Microsoft" şirkəti "OpenAI Global MMC"-yə 2019-cu ildə 1 milyard dollar, 2023-cü ildə isə 10 milyard dollar sərmayə qoymuşdur.[16][17]
17 noyabr 2023-cü ildə idarə heyəti Altmanı baş direktor vəzifəsindən, Brokmanı isə sədr vəzifəsindən kənarlaşdırmışdır və Brokman sonra prezident vəzifəsindən istefa vermişdir. Dörd gün sonra hər ikisi idarə heyəti ilə danışıqlardan sonra geri qayıtmış və idarə heyəti üzvlərinin əksəriyyəti istefa vermişdir. Yeni ilkin şuraya keçmiş "Salesforce" baş direktoruBret Teylor sədr kimi daxil idi.[18]
Stiven Hokinq vəStüart Rassell kimi bəzi elm adamları qabaqcıl süni intellektin nə vaxtsa özünü getdikcə artan sürətlə yenidən dizayn etmək qabiliyyətinə sahib olacağı halda qarşısıalınmaz "intellekt partlayışı"nın insanların məhvinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Həmtəsisçiİlon Mask süni intellekti bəşəriyyətin "ən böyük ekzistensial təhlükəsi" kimi xarakterizə etmişdir.[19]
İlon Mask vəSem Altman süni intellektin təhlükəsizliyi vəsüni ümumi intellektin ekzistensial riski ilə bağlı narahatlıqların onları qismən motivasiya etdiyini bildirmişdilər.[20][21] "OpenAI" bildirmişdir ki, "insan səviyyəsində olan süni intellektin cəmiyyətə nə qədər fayda verə biləcəyini anlamaq çətindir" və "səhv qurularsa və ya istifadə edilərsə, cəmiyyətə nə qədər zərər verə biləcəyini" anlamaq da eyni dərəcədə çətindir.[22] Təhlükəsizliyə dair araşdırmalar təhlükəsiz şəkildə təxirə salına bilməz: "Süni intellektin təəccüblü tarixi səbəbindən, insan səviyyəsindəki süni intellektin nə vaxt əlçatan olacağını proqnozlaşdırmaq çətindir".[23] "OpenAI" qeyd etmişdir ki, süni intellekt "insanların fərdi iradəsinin bir uzantısı olmalı və azadlıq ruhunda, mümkün qədər geniş və bərabər şəkildə paylanmalıdır".[23] Həmsədr Sem Altman onilliklər boyu davam edən layihənin insan zəkasını üstələyəcəyini gözləyir.[24]
"Infosys" şirkətinin keçmiş baş direktoruVişal Sikka bildirmişdir ki, bu səylər "ümumiyyətlə bəşəriyyətin daha böyük maraqlarına uyğun nəticələr verəcəyi" bir "açıqlığın" dəstəyi üçün əsas tələbdir. O, əlavə etmişdir ki, şirkət özünün "çoxdankı dəyərləri" və onların "məqsədli iş görmək səyləri" ilə uyğunlaşır.[25] "Wired" nəşrindən Keyd Mets "Amazon" kimi korporasiyaların böyük mülki məlumat ehtiyatlarına sahib olan "Google" və "Facebook" kimi korporasiyalara qarşı oyun sahəsini bərabərləşdirmək üçünaçıq mənbəli proqram təminatı və verilənlərdən istifadə etmək istəyi ilə motivasiya oluna biləcəyini irəli sürmüşdür. Altman "Y Combinator" şirkətlərinin məlumatlarını "OpenAI" ilə paylaşacağını bildirmişdir.[24]