Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Obi-Van Kenobi

Vikipediya, azad ensiklopediya

Obi-Van "Ben" Kenobi (ing.Obi-Wan "Ben" Kenobi) — "Ulduz müharibələri" franşizasında personaj. Orijinal trilogiyada Obi-Van köməkçi personaj kimi ceday ustasıdır vəİngiltərə aktyoruAlek Ginness tərəfindən canlandırılmışdır. Sonradan buraxılmış prikvel trilogiyasında personajın daha gənc versiyası təsvir olunmuşdur. Burada o,Anakin Skayvalker ilə birlikdə iki protaqonistdən biridir vəŞotlandiya aktyoruEvan MakQreqor tərəfindən canlandırılmışdır. Orijinal trilogiyada Obi-VanLyuk Skayvalkerin müəllidir və ona ceday üsullarını öyrədir. O, Dart Vayder ilə dueldə özünü qurban verir,Qalaktik imperiyaya qarşı mübarizəsində Lyuka güc vasitəsilə rəhbərlik edir. Hadisələri on illər əvvəl baş verən prikvel trilogiyasında Obi-Van əvvəlcə ceday ustasıKvay-Qon Cinnin padavanı olur, sonra isə Lyukun atası, sonradan qaranlıq tərəfə keçərək Dart Vayder olan Anakinin müəllimi və dostuna çevrilir. Personaj sikvel trilogiyasında protaqonistRey ilə danışan cisimsiz bir səs kimi təsvir edilmişdir. O, tez-tez müxtəlif "Ulduz müharibələri" mediasında protaqonist kimi təqdim olunur.

Orijinal "Ulduz müharibələri" (1977) filmində Obi-Van rolunda çıxış edən Ginnes "Ən yaxşı köməkçi aktyor" nominasiyası üzrəOskar mükafatına nominasiya qazanmışdır. Bu, "Ulduz müharibələri" film seriyasında yeganə aktyorluq nominasiyasıdır. MakQreqorun prikvellərdəki rolu da təriflənmişdir və trilogiyanın diqqət çəkən məqamlarından biri hesab olunur. MakQreqor mövzusu "Sithin intiqamı"nın hadisələrindən on il sonra və "Yeni ümid"dən əvvəlki hadisələri əhatə edən, "Disney+" striminq xidmətində yayımlanacaq serialda rolu yenidən canlandıracaq.

Qəbul

[redaktə |vikimətni redaktə et]

TənqidçilərArtur əfsanəsindən Obi-Van vəMerlin arasında paralellər aparırlar. BiriAnakin Skayvalker, digəriUter Pendraqonun müəllimi olur, hər iki halda xəyanətə uğrayırlar və müəllim keçmiş tələbəsinin oğlunu (müvafiq olaraqLyuk Skayvalker və Kral Artur) öyrətməyə başlayır.[1]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Evans Lansing Smith, Nathan Robert Brown.The Complete Idiot’s Guide to World MythologyArxivləşdirilib 2022-02-18 at theWayback Machine. Penguin, 2008.

Əlavə ədəbiyyat

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaObi-Van Kenobi ilə əlaqəli mediafayllar var.
 Bu şablona bax 
  Tematik saytlar
Normativ yoxlama
⛭
Orijinal trilogiya
Prikvel trilogiyası
Sikvel trilogiyası
Cizgi seriallar
Digər
Kitablar  • Komikslər • Video oyunlar • Vukipediya • Ulduz müharibələri (radio)

sp

⛭
Personajlar
Yerlər
Ulduz gəmiləri
Nəqliyyat
Media
Video oyunlar
Digər
⛭
Personajlar
Kanon
Əfsanələr
Təşkilatlar
Güc istifadə edənlər
Ordu
Ailələr
Dəstələr
Varlıqlar
Digər
Planet və peyklər
Kanon
Filmlər
Teleserial
Digər
Əfsanələr
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Obi-Van_Kenobi&oldid=8275123"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp