Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Nuriman rayonu

55°11′50″ şm. e. 56°40′10″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Nuriman rayonu
Нуриман районы
Bayraq[d]Gerb
Bayraq[d]Gerb

55°11′50″ şm. e. 56°40′10″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb20 avqust 1930
Sahəsi
  • 2.634 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 20.523 nəf.(2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu34776
Poçt indeksi4524ХХ
Nuriman rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nuriman rayonu (başq.Нуриман районы) —Rusiya Federasiyası,Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəziKrasnaya Qorka kəndidir.

Coğrafiyası

[redaktə |vikimətni redaktə et]

Rayon Ufa çayının aşağı axınının sol sahilində, Ufa şəhərinin şimal-şərqində yerləşir. Başqırdıstan Respublikasınınİqlin,BlaqoveşenskKaraidel rayonları, cənub-şərqdə Çelyabinsk vilayəti ilə həmsərhəddir. Rayonun sahəsi 2 634 km²-dir.

Rayonun şimal hissəsi Ufa yaylasında, cənub hissəsi Pribelskaya təpəli düzənliyində yerləşir. Meşələr ərazinin 78% -ni (205,5 min ha) tutur. Rayonda küknar, şam, ağcaqayın, cökə, palıd ağacları ilə örtülü meşələr vardır. Hidroqrafik şəbəkə Ufa çayı tərəfindən meydana gətirilir. Torpaqları: boz meşə, açıq boz, tünd boz meşə. Rayonda dolomit, əhəng daşı, qum və çınqıl, kərpic gilinin yataqları müəyyən edilmişdir.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarına əsasən kantonlara bölünmə ləğv edildikdə, rayon 20 avqust 1930-cu ildə qurulur.

Əhalisi

[redaktə |vikimətni redaktə et]

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:

2024 - 20,27 min nəfər.

2035 - 19,58 min nəfər.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıyaalmasına görə:başqırdlar - 37,4 %,tatarlar - 28%,ruslar - 22,7%, marilər – 10,2 %, digər millətlərdən olanlar - 1,7%[3].

Yerli özünü idarəetmə

[redaktə |vikimətni redaktə et]

Nuriman rayonu ərazisinə 12 kənd inzibati vahidliyinə ümumilikdə 52 yaşayış məntəqəsi daxildir.

İqtisadiyyat

[redaktə |vikimətni redaktə et]

Nuriman rayonu meşə və kənd təsərrüfatı ürə ixtisaslaşmışdır. Kənd təsərrüfatı torpaqları 44,6 min hektar ərazini (rayonun 16,9% -i) əhatə edir. Bura 27,8 min hektar əkin sahələri, 6,8 min hektar biçənək və 10.0 min hektar otlaq sahələri daxildir. Kənd təsərrüfatı müəssisələrinin əsas sahələri: ətlik və südlük maldarlıq, donuzçuluq, taxılçılıq, kartofçuluq. Arıçılıq da inkişaf etdirilir.

Təhsil

[redaktə |vikimətni redaktə et]

Rayonda 35 ümumtəhsil məktəbi, o cümlədən 12 orta məktəb, musiqi məktəbi, lisey və peşə məktəbi, 25 kütləvi kitabxana, 33 klub müəssisəsi, mərkəzi rayon və 3 kənd xəstəxanası fəaliyyət göstərir. "Qırmızı açar" adlı qəzet nəşr olunur.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)"(PDF).2018-12-18 tarixindəarxivləşdirilib(PDF).İstifadə tarixi:2020-06-24.
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5"(pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан.2013-03-09 tarixindəarxivləşdirilib.İstifadə tarixi:2014-08-20.
⛭
İnzibati mərkəz:Ufa
Başqırdıstan Respublikasının gerbi
İnzibati-ərazi bölgüsü:

Məqalələr:
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Nuriman_rayonu&oldid=6673839"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp