Novak Cokoviç (serb.Новак Ђоковић;22 may,1987,Belqrad,Serbiya) — peşəkar serb tennisçi. Ən çox (24 dəfə) "Böyük Dəbilqə" turniri qazanan, eləcə də, ən uzun müddət (428 həftə)ATP reytinqində 1-ci mövqeydə qərarlaşan tennisçidir.
Novak Cokoviç —2008Avstraliya Açıq çempionu Serb tennisçi;2007Amerika Açıq finalçısı;2007 və2008Roland Garros (Fransa Açıq) və2007,2010Uimbldon yarım finalçısı, dünyanınRafael Nadal vəRoger Federerdən sonra 3 nömrəli tennisçisi. Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi.2008-ci il Indian Vells çempionu.2007-ci ildə Federeri məğlub edə bilən bir neçə tennisçidən biri.2007 ili onun üçün bir yüksəliş ili saymaq olar. 2007-də ən böyük uğurunuAmerika Açıq Tennis turnirindəki ikinciliyi olmuşdur. Bu uğurdan əlavə2007-ci ildəRoland Garros vəUimbldon turnirinlərində yarım final oynamağı isə onun nə qədər qabiliyyətli bir tennisçi olduğunu göstərməkdədir. 2008-ci ildə Avstraliya Açıq Tennis Turnirini Co-Vilfred Tsonqanı 4 setə məğlub edərək qazanmışdır (bu turnirdə bir set məğlub olmuşdur). Bu çempionluqla tarixdə Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi olmuşdur. Bundan sonraIndıan Vells turnirini SerbAna İvanoviç ilə qazanmışdır.2008-ci ildə Roland Garros yarım finalındaRafael Nadala vəUimbldon 2-ci dövründəMarat Safinə 3-0 məğlub olmuşdur. Lakin 2008Yay OlimpiadalarındaCeyms Bleyki sərt kortda 2-0 məğlub edib sərt kortda nə qədər güclü olduğunu göstərmiş və bronz medalı qazanmışdır. Novak Cokoviç2009-cu ilə Brisbeyn turnirində, 1-ci dövrdə Ernests Qulbis məğlubiyyətiylə başlamışdır. Sonra qatıldığı Sidney turnirində yarım finala qədər yüksəlmiş lakin bu dövrdə də Nieminenə məğlub olmuşdur. 2009Avstraliya Açıq turnirində isə dörddəbir finala qədər sadəcə 2 set məğlub olaraq gəlmişdir. Lakin dörddəbir finaldaEndi Roddik ilə etdiyi matçda keçirdiyi zədə səbəbi ilə setlərdə 2-1 geridəykən matçdan çəkilmişdir. 2010-cu ilin ilk Böyük Dəbilqə serialı tennis turniri olanAvstraliya Açıqda 1/4 finalda Tsonqaya 5 setdə məğlub olaraq turnirdən kənarlaşmışdır. İlin 2-ci Böyük Dəbilqə serialı tennis turnirində də 1/4 finalda məğlub oldu.Yurqen Melzer 5 setdə matçı qazanmağı bacarmışdı. 2 həftə sonraUimbldon turnirində isə yarım finaldaTomas Berdiçə məğlub olmuşdur. İlin son Böyük Dəbilqə serialı tennis turnirində isə finala çıxmağı bacardı, lakin finaldaRafael Nadala 4 setdə məğlub oldu. Novak Cokoviçin2010-cu ildə əldə etdiyi ən böyük uğur Serbiya iləDevis Kubokunda çempionluğudur. CokoviçliSerbiya finaldaQael MonfilsliFransanı məğlub edərək çempionluğu əldə etmişdir.
Cokoviç 2022-ci il mövsümünə ATP Kubokunda iştirak etməklə başlamağa hazırlaşırdı, lakin yarışı tərk etdi.[2] Cokoviç yanvarın 5-də Melburna getdi, lakin Avstraliya Sərhəd Qüvvələri onun peyvənd olunmamış səyahətçi üçün giriş tələblərinə cavab vermədiyini müəyyən etdikdən sonra onu saxladı.[3][4] Onun vizası ləğv edildi və o, bir neçə gün immiqrasiya təcridxanasında saxlanılaraq məhkəmə iclasını gözləyirdi.[5]
2022-ci ilə qədər yaxın dostları tərəfindən məhəbbətlə “Joker” ləqəbi ilə tanınan Cokoviç 154 milyon dollarlıq heyrətamiz gəlirlə tennis tarixində qazanılan ümumi mükafat pulunda bütün zamanların lideri olmaqla əlamətdar bir mərhələyə çatdı. 2024-cü ilin avqust ayına olan məlumata görə, onun təkcə mükafat pullarından qazandığı karyera qazancı, idmanın ən böyüklərindən biri statusunu möhkəmləndirərək, təsirli cəmi 184,265,269 dollara çatdı[6].
Novak Cokoviç Afinada keçirilən ATP turnirinin qalibi olub və karyerasında 101-ci titulu qazanıb[7]