Node.js 2009-cu ildə Ryan Dahl tərəfindən yazılmışdır. İlk nəşr yalnızLinux -u dəstəkləyirdi. Onun inkişaf etdirilməsinə Dahl başçılıq edirdi, daha sonralar isə Joyent sponsor olmuşdu.
Layihə 2009-cu il Noyabr ayının 8 -də European JSConf -un açılışında nümayiş olunmuşdur.
2011-ci ildə Node.js mühiti üçünnpm adlananpaket meneceri istifadəyə verildi. Kitabxanaların yüklənməsi, yenilənməsini və silinməsini sadələşdirmək üçün dizayn edilmiş bu paket meneceri açıq qaynaqlı Node.js kitabxanalarının yayımlanması və paylaşılmasını asanalaşdırır.
2011-ci ilin İyun ayının 11 -də Microsoft və Joyent Node.js -inWindows versiyasını yayımladı. İlk Node.js dəstəkləyən Windows yenilənməsi 2011-ci ilin İyul ayında yayımlandı.
2012-ci ilin Yanvar ayında Dahl layihənin idarəsini npm -in yaradıcısı Isaac Schlueter -a verdi və 2014-cü ilin Yanvar ayında Schlueter layihənin lideri kimi Timothy J. Fontaine -i tanıtdı.
2014-cü ilin Dekabr ayında Fedor Indutny Node.js -i kopyalayaraq alternativ kimiio.js -i yaratdı. Node.js -dən fərqli olaraq yazarlar io.js -iGoogle V8 JavaScript motorunun son yayımları ilə paralel aparmaq istəyirdilər.
2015-ci ilin Fevral ayında neytral Node.js Foundation yaradıldı. 2015-ci ilin İyun ayında Node.js və io.js icmaları Node.js Foundation altında birlikdə işləməyə qərar verdilər.
2015-ci ilin Sentyabr ayında Node.js v0.12 və io.js v3.3 — Node.js v4.0 -də yenidən birləşdilər. Bu Node.js -ə V8 ES6 xüsusiyyətini gətirdi. 2016-cı ildən io.js saytında Node.js -ə keçid məsləhət görülür.
Node.js — JavaScript və müxtəlif nüvə funksiyonallıqlarını özündə saxlayan "modullar" toplusu iləVeb serverlərin və şəbəkə alətlərinin yaradılmasına icazə verir. Modullar fayl sistemi G/Ç, şəbəkə (DNS, HTTP, TCP, TLS/SSL və ya UDP), binar data (bufferlər), kriptoqrafiya funksiyaları, data axını və digər nüvə funksiyonallıqlarını özündə saxlayır. Node.js -in modulları server tətbiqetmələrinin yazılmasındakı kompleksliliyi azaltmaq üçün dizayn edilmiş API -lardan istifadə edir.
Node.js tətbiqetmələriLinux,Mac OS X,Microsoft Windows,NonStop vəUnix serverlərində işlədilə bilər. Onlar alternativ olaraqCoffeeScript (JavaScript alternativi),Dart,TypeScript və ya JavaScript -ə compile oluna bilən hər hansı bir dil ilə yazıla bilər.
Node.js əsasənPHP kimi şəbəkə proqramları (vebdə işləyən proqramlar) qurmaq üçün istifadə olunur. Node.js və PHP -nin ən böyük fərqi odur ki, PHP -də bir-çox funksiya işi bitənə qədər bloklayır (əmrlər yalnız əvvəlki əmrlər yerinə yetirildikdən sonra yerinə yetirilməyə başlayır), hansı ki, Node.js -də funksiyalar asinxron işləyir (əmrlər paralel yerinə yetirilir və tamamlanma və ya xəta siqnalları üçün callback funksiyalardan istifadə edir).