Nitrat turşusu (HNO3) –birəsaslı, qüvvətliturşu.
Adi şəraitdə rəngsiz mayedir. Kimya sənayesinin ən mühüm məhsullarından biridir. Susuz Nitrat turşusunun sıxlığı 1,522 q/sm3-dir, —41°C-də donur, 86°C-də qaynayır. Su ilə istənilən nisbətdə qarışır və azeotrop qarıqiıq əmələ gətirir.
İki kristalhidratı məlumdur: HNO3·H2O və HNO3·3H2O. Susuz nitrat turşusu davamlı deyildir, adi temperaturda işıqda parçalanaraqoksigen çıxarır (4HNO3=4NO2-2H2O + O2). Nitrat turşusu qüvvətli oksidləşdiricidir,kükürdüsulfat turşusuna çevrilincəyə qədər oksidləşdirir, yalnızqızıla,tantala vəplatin fəsiləsinin bəzi metallarına təsir etmir. Metallarla reaksiyaya girib azot 2-oksid çıxarır. Durulaşdırılmış nitrat turşusunda asan həll olan bəzi metallar, məsələn,dəmir,xrom,alüminium, metalın səthində qoruyucu oksid təbəqəsi əmələ gətirdiyi üçün qatı nitrat turşusuna qarşı davamlıdır. Bu xüsusiyyət qatı nitrat turşusunupolad qablarda saxlamağa və daşımağa imkan verir. Qatı nitrat turşusu iləxlorid turşusunun qarışığına (1:3) zərhəl (çar arağı) deyilir. O hətta qızılı və platini də həll edir.Üzvi birləşmələr nitrat turşusunun təsirildən oksidləşir və ya nitrolaşır (nitro qrupu—NO2+ üzvi birləşmədə hidrogenin yerini tutur). Nitrat turşusunun duzları nitrat, Na, K, Ca və NH4+ duzları isə həm də şora adlanır.
Nitrat turşusu XIII əsrdəkalium şorasını zəy, dəmir kuporosu və gil ilə birgə qızdırmaqla alınırdı. XVII əsrin ortalarından etibarən o sənayedə kalium və yanatrium şorası ilə qatı sulfat turşusundan alınmağa başlandı. İndi ammonyakın hava oksikeni ilə katalitik oksidləşdirilməsi yolu ilə istehsal olunur. Nitrat turşusu, əsasən, azot gübrəsi, kombinə edilmiş gübrə, partlayıcı maddə (trinitrotoluol və s.) və üzvi boya istehsalında işlədilir.
Üzvi sintezdə qatı nitrat turşusu ilə sulfat turşusunun qarışığından (nitrolayıcı qarışıq) geniş istifadə edilir.Kimya sənayesində (sulfat vəfosfat turşuları istehsalında) və metallurgiyada hər il külli miqdarda nitrat turşusu sərf olunur. Nitrat turşusunun buxarları ilə nəfəs almaq zəhərlənməyə səbəb olur. Dəriyə və paltara düşdükdə (xüsusən qatı nitrat turşusu) yandırır. Sənaye binalarının havasında (N2O5-ə görə hesaoladıqda) nitrat turşusu-nun miqdarının 50 mq/m3-dən artıq olmasına icazə verilmir. Qatı nitrat turşusu üzvi maddələrə toxunduqda yanğına və partlayışa səbəb olur.