"Nintendo"Fusaciro Yamauçi tərəfindən 23 sentyabr 1889-cu ildə yaradılmışdır və ilkin dövrlərində əldəqayırmahanafuda kartları istehsal etmişdir. 1963-cü ildə şirkət artıqtaksi xidməti, sevgi otelləri kimi bəzi biznes sahələrinə girişmiş, ancaq uğur tapa bilməmişdir. Şirkət 1960-cı illərdə bütün keçmiş ticarət müəssisələrinioyuncaq istehsalına ayırmışdır. "Nintendo" 1970-ci illərdəvideooyun şirkətinə çevrilmişdir. 1980-ci illərdən bəri şirkətin əsas diviziyaları olan "Nintendo of America" və "Nintendo of Europe" tərəfindən dəstəklənən "Nintendo" videooyun sənayesindəki ən təsirli şirkətlərdən, eləcə də dəyər baxımdan 2018-ci ildə 37 milyardABŞ dolları ilə Yaponiyanın ən dəyərli şirkətlərindən birinə çevrilmişdir.[6]
"Nintendo" şirkətinin ən çox tanınan loqosucıdır yolu formalı olanıdır, hansı ki, 1960-cı illərdən bəri istifadə olunur.Ağ rəngli zəmində yerləşənqırmızı rəngli yazıdan təşkil olunmuş loqo 1985-ci ildən 2006-cı ilə qədər Qərb bazarlarından istifadə edilmişdir.Yaponiyada loqonun rəngsiz, monoxromatik versiyası "Nintendo" korporasiyas;nın "Famicom", "Super Famicom", "Nintendo 64", "GameCube" konsolları, eləcə də marketinq işlərində istifadə olunmuşdur. 2006-cı ildən sonra "Wii" konsolunun satışa çıxarılması ilə "Nintendo" loqosunu boz rəngli, rəngsiz zəminli versiyası ilə dəyişmişdir. "Nintendo" şirkətinin rəsmi loqosu bu variasiyadır.[7] 2015-ci ildən bəri istehlakçı məhsullar və marketinq üçün loqonun qırmızı zəminli ağ variantından istifadə olunur.