Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Niderland

Vikipediya, azad ensiklopediya
Niderland Krallığı
Koninkrijk der Nederlanden
BayraqGerb[d]
BayraqGerb[d]
"Je maintiendrai"  (fr.)
"Ik zal handhaven"  (nid.)
"Mən qoruyacağam"
Himn: 
"Het Wilhelmus"
İspaniyadan müstəqillik
  Müstəqilliyin elanı26 iyul 1581
  Müstəqilliyin tanınması30 yanvar 1648
  Aİ-yə qəbul25 mart 1957
Rəsmi diliNiderland dili
Etnik qrupları80,9% Niderlandlı
19,1% digər
PaytaxtAmsterdam
52°22′ şm. e. 4°53′ ş. u.HGYO
Ən böyük şəhəripaytaxtı
İdarəetmə formasıKonstitusiyalı monarxiya
MonarxKralVillem-Aleksandr [30.IV.2013]
Baş nazirDik Sxoof [2.VII.2024]
SahəsiDünyada 134-cü
  Ümumi41,543 km²
  Su sahəsi (%)18.41
Əhalisi
  Əhali (2023)17,896,600[1] nəfər (67-ci)
  Siyahıyaalma (2011)16,655,799 nəf.
  Sıxlıq520 nəf./km² (16-cı)
ÜDM(AQP)
  Ümumi (2023) $1.290 trilyon[2] dollar (28-ci)
  Adambaşına $69,715 dollar (12-ci)
ÜDM(nominal)
  Ümumi (2023) $1.080 trilyon dollar (17-ci)
  Adambaşına $61,098 dollar (10-cu)
İİİ(2021)0.941 (artım;10-cu)
ValyutaAvro (€) (EUR)
İnternet domeni.nl
ISO koduNL
Telefon kodu+31
Saat qurşaqlarıCET +2
Yay vaxtı:CEST
Nəqliyyatın yönüsağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Niderland[qeydlər 1] və yaHollandiya (nid.Koninkrijk der Nederlanden), köhnə qaynaqlardaFələməng[3][4]Qərbi Avropada dövlət.Şimal dənizinin sahilində yerləşir (sahilin uzunluğu – 451km).AlmaniyaBelçika ilə həmsərhəddir (sərhəddin uzunluğu – 1027km).

Paytaxtı –Amsterdam, hökumətin iqamətgahı –Haaqa şəhəridir.

Digər iri şəhərləriRotterdam – dünyanın ən iri limanı,Utrext – ölkənin dəmir yolu sisteminin mərkəzi vəEyndhovendir.

Niderland xüsusi statusa malik olanAruba adası vəNiderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş "Niderland Krallığının Statusu" (Statuut voor het Koninkrijk der Nederlanden) adlı sənədlə tənzimlənir.

Etimologiyası

[redaktə |vikimətni redaktə et]
Əsl Hollandiya

"Niderland" sözünün yerli dildə mənası "alçaq ərazilər" deməkdir. Bəzən NiderlandHollandiya adlandırılır. Bu adın ölkə üçün istifadə edilməsi düzgün deyil, ölkənin 12 inzibati bölgəsindən ikisi Hollandiya adlanır: Şimali və Cənubi Hollandiya.

Hollandiya adı əslində yalnız ölkənin şimal-qərb qisimindən Birləşmiş Hollandiya Krallığının ən əhəmiyyətli əyaləti olan Hollandiya Əyalətindən gəlməkdədir. qısaca Hollandiya olaraq adlandırılmaqdadır. XIX əsrin ikinci yarısından etibarən bu əyalət iki əyalətə bölünmüş vəziyyətdədir: Şimal Hollandiya (Paytaxt: Haarlem) və Cənub Hollandiya (Paytaxt: Den Haag). Hollandiya tərəfindən də "Hollandiya" ifadəsi yalnız bu iki əyalət üçün istifadə edilir. Bunun xaricində "Hollandiya" daha çox, insanların özlərini təyin etdikləri lağlağı bir addır. Hollandiyanın xaricindəki ölkələrdə Hollandiyalılar ümumiyyətlə "Hollandiyalı" olaraq adlandırılarlar və Hollandiya turizim sənayesi və digər sənayelər də ölkələrini "Hollandiya" olaraq satışa çıxarmaqdadırlar (həm İngiliscədə, həm də Almancada). Hollandiya əyalətindən gəlməyən Hollandiyalılar, adı verən bölgə olan Hollandiyanın ölkənin geri qalan hissələrində hər kəs tərəfindən sevilmədiyi üçün, "Nederland" üçün "Hollandiya" adına və "Nederlander" üçün "Hollandiyalı" adına müəyyən bir antipatiya bəsləməkdədirlər. İngiliscə "Dutch" adı, "duutsc" kimi Orta Hollandiya formalarından ortaya çıxmışdır. "duutcs" və "dietsc" kimi Orta Hollandiya formaları xalq arasında danışılan ləhcələrin adlarıdır və bu ləhcələrin, rəhbərliyin, elmin və kilsənin dili olan Latıncadan ayırd edilməsinə yaramışlar. "Dutch" və "duutsc" formaları Almanca bir söz olan "deutsch" ilə əlaqəlidir, eyni mənşədən gəlir. 2019-cu ildə Niderland hökuməti "Hollandiya" adından tamamilə imtina edilməsi barədə qərar qəbul edib. Qərar 2019-cu ilin sonuna kimi qüvvəyə minəcək.

Tarix

[redaktə |vikimətni redaktə et]

Niderland inqilabı gedişindəUtrext Birliyinə bağlı Şimal Hollandiya əyalətləri (CənubHollandiya,Zeeland, Utrext,Gelderland, Overijssel,Groningen və Friesland) 26 iyul 1581-ci ildəİspaniya kralıII Filipdən müstəqilliklərini elan etdilər.

Sürətlə inkişaf edən Hollandiya artıq 1600-cü ildə 10.000 gəmiyə malik idi və bütünXVII əsrdə onlarŞimali Avropa donanmasının böyük hissəsini təşkil edirdilər. Onlarİspaniya,Fransa,İngiltərəBaltik dənizi arasında mal daşıyanlar idilər.Fransa limanları arasındakı yük daşımalarının çoxu hollandların əlində idi. Onlar şərab almaq üçünBordoda məskən salmışdılar, üzümçülərə borc pul verirdilər və tezliklə Fransanın özündə çoxlu üzüm plantasiylarına sahib oldular. HollandlarŞpitsbergen ətrafındakı suları tədqiq etmişdilər və demək olar ki,Arktikabalina ovunu öz inhisarına almışdılar.Holland gəmiləriCənubi Amerika yolu iləSakit okeana daxil olmuşdular, burada Buynuz körfəzini keçib onuholland dilindəHoorn adlandırmışdılar. 1602-ci ildəOst-İndiya şirkətini yaradaraq onların tacirləriHindistanda və uzaq şərqdə getdikcə daha artıq qaydada portuqaliyalıların yerini tutdular. 1619-cu ildə hollandlarYava adasında Hollandiyanın latın adı olanBataviya şəhərini saldılar. Ədviyyat adalarında tapdıqları ingilisləri əzab verərək öldürdükdən sonra hollandlarİndoneziyada qaldılar və buranı tədricən öz müstəmləkələrinə çevirdilər. 1600-cü ildən bir az sonra hollandlarYaponiyaya gəlib çıxdılar, lakin xristian nüfuzunun siyasi nəticələrindən qorxan yaponlar 1641-ci ildə hollandlardan başqa digər bütün avropalılarıYaponiyadan qovdular, hollandlara isə məhdud fəaliyyət üçünNaqasaki yaxınlığındakı adada qalmalarına icazə verdilər. Hollandiya iki əsrdən artıq bir müddət ərzində Avropanın Yaponiya ilə yeganə əlaqə həlqəsi olaraq qaldılar.

1609-cu ildə hollandlarAmsterdam bankının əsasını qoydular. O vaxtlar Avropa maliyyəsi xaos vəizyyətində idi, sikkələr təkcə iri monarxlar tərəfindən deyil, Almaniyanın vəİtalyanın kiçik dövlətləri və şəhərləri tərəfindən də buraxılırdı. Hətta özəl şəxslər də öz sikkələrini döydürürdü. Üstəlik, inflyasiya təzyiqləri altında krallar və digərləri adətən öz sikkələrinin dəyərini ona ərinti əlavə etməklə aşağı salırdılar. Tərk edilən köhnə sikkələr yenilərlə birlikdə dövriyyədə qalırdı. Amsterdam bankı bütün şəxslərdən və ölkələrdən belə qarışıq pul əmanətlərini qəbul edirdi, onların mübadilə dərəcələrini müəyyən edirdi, əmanətçilərə icazə verirdi ki, Amsterdam Bankının özünün buraxdığı qızıl florinlərdə bərabər qiymətdə olmaqla öz əmanətlərini götürsünlər.Amsterdamfransız inqilabına qədər Avropanın maliyyə mərkəzi olaraq qaldı.

1648-ci ildə imzalanan Vestfalya AndlaşmasındaHollandiya vilayətlərinin müstəqilliyi İspaniya tərəfindən tanındı. Bu təxminən olaraq, daha sonra qurulacaq olan Hollandiyanın yerləşdiyi bölgə idi. Buna qarşı, bu bölgənin cənubunda qalan bölgələr, Flanderler daxil olmaq üzrə, krallıqda qaldı; daha sonra buradanBelçika meydana gəldi. Bu tarixdən sonra Şimal Hollandiyalılar və Cənub Hollandiyalılar üzrə iki cəmiyyətdən bəhs edilməyə başlandı.

Coğrafiyası

[redaktə |vikimətni redaktə et]
Niderlandın xəritəsi

Mövqe: Qərb Avropa, Şimal Dənizi sahilində, Belçika və Almaniya arasında yerləşir. Coğrafi mövqesi: 52 30 Şimal paraleli, 5 45 Şərq meridianı. Xəritədəki mövqesi: Avropa. Sahə: 41,526km²cəmi: 1,027km. sərhəd qonşuları:Belçika 450km, Almaniya 577km. Sahil sulları 451km. İqlimi: Ilıman; dəniz iqlimi, yazlar sərin və qışlar ılıman keçər. Ərazi quruluşu: Əksəriyyətlə sahil bölgəsində alçaq düzənliklər və düzlüklər, cənub-şərqdə təpəliklər iştirak edər. Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Prins Alexanderpolder −7 m; ən yüksək nöqtəsi: Vaalserberg 322 m. Təbii qaynaqları: Təbii qaz, neft, işlənə bilər ərazi. Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %21.96. daimi əkinlər: %0.77. digər: %77.27 (2005 məlumatları). Sulanan ərazi: 5,650km² (2005 məlumatları). Təbii fəlakətlər: Su basqınları.

Əhalisi

[redaktə |vikimətni redaktə et]

Əhali: 18 000 000 (Avgust 2024[5] məlumatları).
Əhalinin artım tempi: 0,49% (2006 məlumatları).
İmmiqrantların nisbəti: 2,72 immiqrant/1 000 nəfər əhali (2006 təxmini).
Körpə ölüm nisbəti: 4,96 ölüm/1 000 doğulan körpə (2006 təxmini).
Orta həyat müddəti: Cəmi əhali: 78,96 il.
kişilərdə: 76,39 il.
qadınlarda: 81,67 il (2006 məlumatları).
Uşaqların orta sayı: 1,66 uşaq/1 qadın (2006 təxmini).
HIV/AIDS – xəstəliklərinə tutulan yetkin sayı: 0,2% (2001 məlumatları).
HIV/AIDS – xəstəliklərindən ölənlərin sayı: 100 (2003 məlumatları).
Demonim: Niderlandlı.
Əhalinin etnik dağılımı: 91% Hollandiyalı, 9% Türk, Faslı və digər.
Din:Katoliklər 27%,Protestantlar 15,7%,Müsəlmanlar 5,7%, digər 2,3%,ateistlər 48,2%.
Dil:Niderland dili.

  • Avtomobil yolları: 134 000km
  • Kanallar: 6 183km
  • Boru xətləri: Xam neft 418km; neft məhsulları 965km; təbii qaz 10,230km
  • Limanları:Amsterdam,Rotterdam, Delfzijl, Dordrext, Eemshaven,Qröningen, Haarlem, İjmuiden,Maastrixt, Terneuzen,Utrext, Vlissingen
  • Aeroportlar: 27
  • Vertolyot sahələri: 1

Qeydlər

[redaktə |vikimətni redaktə et]
  1. Niderland Krallığı ilə qarışdırılmamalıdır.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. "Arxivlənmiş surət".4 aprel 2019 tarixindəarxivləşdirilib.İstifadə tarixi:1 avqust 2010.
  2. "World Economic Outlook Database, April 2009".13 aprel 2021 tarixindəarxivləşdirilib.İstifadə tarixi:29 may 2009.
  3. http://web2.anl.az:81/read/page.php?bibid=142936&pno=50Arxivləşdirilib 2022-03-21 at theWayback MachineLüğət rusi və türki, Qənizadə, Sultan Məcid. (Şeyda bəy Şirvani), Bakı (s.97)
  4. Sultan Məcid Qənizadə Lüğəti (Русско-татарский словарь), Bakı, 1909(s.84)
  5. "Vandaag is het zover: 18 miljoen mensen op dit hele kleine stukje aarde". nos.nl(holland). 15 avqust 2024.4 dekabr 2024 tarixindəarxivləşdirilib.İstifadə tarixi:7 yanvar 2025.
⛭
Niderland mövzularda
Niderland
⛭
EU members and candidates
⛭
Avropa Birliyi üzvü və üzvlüyə namizəd dövlətlər
Birlik üzvləri
EU members and candidates
Üzvlüyə rəsmi namizəd dövlətlər
Keçmiş üzvlər
⛭
İttifaq üzvləri
Namizəd ölkələr
⛭
Türk xalqlarının əhəmiyyətli dərəcədə yaşadıqları ölkələr və regionlar
Müasir dövlətlər
BMT üzvü olan dövlətlər
Qismən
tanınanlar
Türk xalqlarının
əhəmiyyətli dərəcədə yaşadıqları
və yatürk dillərindən birini
rəsmi dil kimi tanıyan
ölkələr və ya regionlar
50 %-dən artıq
10—50 %
5—10 %
1—5 %
Tarixi dövlətlər
Qədim dövr
Böyük Hun İmperiyasıQaoçe Ulu BəyliyiGöytürk xaqanlığıQırğız xaqanlığıAvar xaqanlığıQərbi Göytürk xaqanlığıŞərqi Göytürk xaqanlığıXəzər xaqanlığıBöyük Bolqar xanlığıToxaristan YabquluğuBirinci Bulqar dövlətiİdil Bulqar dövlətiTürgiş xaqanlığıKimək xaqanlığıUyğur xaqanlığıOğuz dövlətiQarluq xaqanlığıQaraxanlılar dövlətiQansu Uyğur idikutluğuQarahoca Uyğur idikutluğuPeçeneqlərTulunilər dövlətiKumanlarAğşidlər dövlətiQəznəvilər dövlətiBöyük Səlcuq İmperiyasıAnadolu bəylikləriRum sultanlığıXarəzmşahlar dövlətiBörilərAğsunqurilərZəngilərEldənizlərƏrbil bəyliyiSalqurlularMüəzzilər dövləti (Dehli Məmlükləri)Dehli sultanlığıCığatay xanlığıRəsulilər sülaləsiAltun Orda/Qıpçaq xanlığıAğ OrdaMəmlük dövləti (Qahirə Məmlükləri)Xələclər sülaləsiOsmanlı İmperiyasıTuğluqoğulları sülaləsiİlyasşahilər sülaləsiBəhməni sultanlığıBenqal sultanlığıTeymurilər dövlətiQaraqoyunluAğqoyunluŞəki hakimliyiMalva sultanlığıÖzbək xanlığıŞeybani xanlığı/Boz OrdaQazan xanlığıQırım xanlığıNoqay OrdasıQasım xanlığıQazax xanlığıMoğolustanBöyük OrdaHəştərxan xanlığıBidər sultanlığıBicapur sultanlığı (Adilşahlar sülaləsi)Sibir xanlığıBuxara xanlığıSəfəvi imperiyasıXivə xanlığıYarkənd xanlığıQütbşahlarBöyük Moğol İmperiyasıMehdioğlu xanlığıTarku şamxallığıKokand xanlığıƏfşarlar imperiyasıDaşkənd dövləti (1784)Azərbaycan xanlıqlarıAzərbaycan sultanlıqlarıKünduz xanlığıNişapur xanlığıBuxara əmirliyiQacarlar dövlətiDunqan xanlığıYettişar (Yeddişəhər) xanlığıBəlx xanlığıKumul xanlığı
Yeni dövr
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Niderland&oldid=8365270"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp