| Nic | |
|---|---|
| 40°56′24″ şm. e. 47°40′06″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 423 m |
| Saat qurşağı | |
| Əhalisi | |
| Əhalisi |
|
Xəritəni göstər/gizlə | |
Nic (udiНыъжӀ, НиъжӀ) —Azərbaycan RespublikasınınQəbələ rayonunun Nic qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1][2][3][4] 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilmiş, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır.[5]
Qəsəbə Qəbələ–Oğuz avtomobil yolunun kənarında, Alazan–Həftəran vadisində,Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Ərazisinə görə rayonun ən böyük yaşayış məntəqəsidir.[6]
Qəsəbədəudilər yaşayır.
| Etnik qrup | Sayı, 1970 sa.[7] | Nisbəti, 1970 sa.[7] | Sayı, 1979 sa.[8] | Nisbəti, 1979 sa.[8] |
|---|---|---|---|---|
| cəmi | 6 071 | 100 % | 5 914 | 100 % |
| udi | 4 495 | 74 % | 4 528 | 76.6 % |
| azərbaycanlı | 1 156 | 19 % | 1 109 | 18.8 % |
| erməni | 259 | 4.3 % | 137 | 2.3 % |
| ləzgi | 88 | 1.4 % | 82 | 1.4 % |
| rus vəukraynalı | 32 | 0.5 % | 18 | 0.3 % |
| yəhudi | 5 | 0.1 % | 8 | 0.1 % |
13–22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Nic qəsəbəsində 5.744 nəfər (2.824 nəfəri kişilər, 2.920 nəfəri qadınlar) əhali yaşayır.[9] Qəbələ rayon İcra Hakimiyyətinin 2012-ci ilə olan rəsmi məlumatlarına əsasən qəsəbə əhalisinin 50 %-niudilər, 40 %-niazərbaycanlılar, 10 %-i isələzgilər təşkil edir.[10]
Əhalisinə görə rayonda ikinci sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar.[6]
Kənddə hər həftənin bazar günü ətraf kənd və rayon sakinlərinin iştirak etdiyi kənd təsərrüfatı yarmarkası keçirilir. "Nic bazarı" adı ilə tanınan yarmarkaya nəinki ətraf rayonlardan, həttaBakıdan vəSumqayıtdan ticarətə gələnlər olur.
Rayonun ən iri fındıq bağları məhz bu qəsəbənin yaxınlığındadır. Hər il ətraf kəndlərin də sakinləri mütəşəkkil meyvə yığımına gəlir, fındıqçılıq birliyinin rəhbərləri əhalinin maraqlarına uyğun tələblərlə kütləni mövsümü işlə təmin edirlər.[6]
Nic qəsəbəsində Udi Mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Nicdə ilk udi məktəbi 1854-cü ildə açılıb. Müəllimlər içərisində yerli sakinlərdən –udilər də var idi. 1931–1933-cü illərdə udilər təhsili doğma dillərində, 1937–ci ildən Azərbaycanda Azərbaycan və rus dillərində, Gürcüstandagürcü dilində alırlar.
Qəsəbədə ibtidai sinif şagirdləri üçün udi dili də tədris olunur.[6]
Dindar əhalisi əsasənxristianudilər vəmüsəlmanazərbaycanlılardan ibarətdir. Kənddə üç kilsə və bir məscid mövcuddur:
Qəbələ rayonu haqqında olan bu məqaləqaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin. |