Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Nemonun axtarışında

Vikipediya, azad ensiklopediya
Nemonun axtarışında
ing.Finding Nemo
Janranime elementləri iləanimasiya
NövüMacəra
Komediya
RejissorEndryu Stenton
ProdüserQrehem Uelters
Ssenari müəllifləriEndryu Stenton
Bob Piterson
David Reynolds
Rolları səsləndirənlərAleksandr Qould
Albert Bruks
Ellen Deceneres
BəstəkarTomas Nyuman
MontajDevid Yan Salter
ÖlkəABŞABŞ
StudiyaWalt Disney Pictures
Pixar Animation Studios
DistribüsiyaWalt Disney Studios Motion Pictures
Davametmə müddəti100 dəqiqə
İl2003
Dilingilis dili
Büdcə$94 milyon[1]
Gəlir$936,743,261[1]
IMDbID0266543
Rəsmi saytı
Rəsmi saytı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nemonun axtarışında (ing.Finding Nemo) — "Pixar" animasiya studiyası tərəfindən hazırlanan və rejissoru Endryu Stenton olan 2003-cü ildə çəkilmiş ABŞ filmi. Animasiya filmininkompüter qrafikası Andrey Staton və Li Ankriçə məxsusdur. Animasiya filmi elə ekrana çıxdığı ilk günlərdən çoxlu tamaşaçı topladı və ümumilikdə $936 milyon qazanaraq həmin vaxtın ən çox satılan DVD-si oldu. Bu animasiya filmi 2003-cü ilin "Ən yaxşı animasiya filmi" üçün oskar aldı.[2]

Məzmun

[redaktə |vikimətni redaktə et]
XəbərdarlıqXəbərdarlıq:Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Merlin klon balığı idi və oğlu Nemo il birlikdə Böyük Sədd Rifində yaşayırdı. Nemonun anasını 400 yumurtaya görə Akula yemişdi. Bu vaxt Nemonun yumurtasıda zədələndiyinə görə onun bir üzgəci normadan kiçik idi. Nemonun məktəbə getdiyi birinci gündə Nemo və bir neçə balıq müəllimdən uzaqlaşdılar və bu vaxt bir qayıq gördülər. Heç bir balıq qayığa toxunmağa cürət etmədi. Nemonun atası bunu gördü. Nemo atasına qorxaq olmadığını göstərmək üçün qayığa toxunanda dalğıclar onu tutur. Marlin Nemonu xilas etməyə çalışır, lakin başqa dalğıc fotoparatının parıltısı ilə onu gözünü qamaşdırır. Marlin ayılanda görür ki, qayıq buranı tərk edib. Marlin Nemonu axtaran vaxt qayığın hara getdiyini görən Dori adlı qısamüddətli yaddaşı olan Kral balığı ilə rastlaşır və onlar Nemonu birlikdə axtarırlar. Bu vaxt onlar üç vegetarian köpək bakığı ilə rastlaşır. Onlar bu vaxt üzərində yazı olan dalğıcın maskasını tapırlar. Onlar dənizin dərinliyində vəhşi balıqla dalaşan vaxt Dori maskanın üzərindəki yazını oxuyur. Onlar bilirlər ki, Nemo "Sidney, Peşerman küçəsi, Valamir şosesi 42" ünvanındadır. Dori və Merlin digər balıqların köməyi ilə Sidneyə gedən yolu tapırlar. Onlar sualtı dağın üstündə meduzalarla, sonra isə 150 yaşlı və hələ də sağlam və güclü olan Kraş adlı və digər tısbağalarla rastlaşırlar. Tısbağalar onlara ŞərqiAvstraliya Cəryanı ilə getməkdə gömək edir. Marlin başına gələnləri tısbağalara danışır. Eyni zamanda diş həkimi Sidney limanında Nemonu akvariuma salır. O akvariumdakı digər balıqlarla tanış olur. Balıqlar ona deyir ki, diş həkimi Nemonu Bacısı qızı Darlaya hədiyyə verəcək. Darla ona verilənbalıqları öldürdüyü üçün Nemo onun yanına getmək istəmir. Digər balıqlar onu xilas etmək üçün filtiri sıxmağı ikinci cəhdində bacarır. Akvariumdakı balıqların dostu olan Nayceli adlı quş Merlinin etdiklərini onlara dedi. Balıqlar səhər duranda yeni texnologiya olan filtiri və akvariumun təmiz olduğunu gördülər. Marlin və Dori cəryandan çıxdıqdan sonar səfliklə balinanın ağzına düşdülər. Marlin kədərlənir.

Dori balina dilində balinaya deyir ki, onlari Sidneyə aparsın və azad etsin. Marlinsə buna hirslənir və deyir sən balina dilində danışa bilmirsən. Balina onları Sidneyə aparır və onları suya buraxır. Onlar sahilə çatana yaxın Neycel onları görüb tanıyır və diş həkiminin yanına aparır. Bu vaxt diş həkimi Nemonu kloka qoyur və Darlaya verməyə hazırlaşır. Nemo diş həkiminin onu ayaqyoluna atması üçün özünü ölülüyə vurur. Elə bu vaxt Neycel gəlir və Marlin Nemonu görəndə elə bilir ki, Nemo həqiqətən ölüb Neycel onları suya qoyub gedir. Marlin evə qaydır və Dori yaddaşını itirir. Nemo başqa yolnan kanalizasiyaya düşür. O Dorini görür və onunla birlikdə atasını axtarır. Dori əvvəlcə heç nə başa düşmür sonar Sidney sözünü oxuyanda hər şeyi xatırlayır Merlininyanına gedirlər. Nemo atasının yanına gedir və tor onların yanındakı balıqları tutur. Nemo bütün balıqlara deyir ki, aşa üzsünlər bunu akvariumda öyrənmişdi. Balıqlar və onlar xilas olurlar və Dori ilə birlikdə evə gedirlər. Animasiya filminin sonunda qısa səhnədə akvariumdakı balıqlar yeni filtiridə xarab edir və diş həkiminin qoyduğu klokda çöləoradanda okeana gedirlər, amma onlar başa düşürlər ki, onlar hələ də diş həkiminin onlar üçün qoyduğu su ilə dolu klokun məhdudiyyətindədirlər.

XəbərdarlıqXəbərdarlığın sonu.

Səsləndirənlər

[redaktə |vikimətni redaktə et]
AdRolQeydlər
Albert BruksMarlinklonbalığı
Elizabet PerkinsCoralklonbalığı
Aleksandr QouldNemoklonbalığı
Ellen DeceneresDorikral balıq
Uillem DefoCill
Bred QarretBloat
Ellison CenniPeach
Ostin PendletonGurgule
Stiven RotBubbles
Vicki LüisDeb
Co RanftCeki
Ceffri RaşNaycel
Barri HemfirBrüs
Erik BanaAnkor
Brüs SpenceChum
Endryu StentonKraş
Bob PitersonCənab Rey
Cordi RanftTed
Erika BekPörl
Sallivan Per ErikŞeldon
Con RatzenbergerMun balıqməktəbin müəllimi
Bill HenterHəkim Filip ŞermanDiş həkimi
Lulu EbelinqDarla Şermanləqəbi: Balıq qatili
Rove MakManusKrab

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. 12"Finding Nemo (2003)". Box Office Mojo.31 avqust 2012 tarixindəarxivləşdirilib.İstifadə tarixi:5 fevral 2009.
  2. Lovgren, Stefan."For Finding Nemo, Animators Dove Into Fish Study". National Geographic News. National Geographic.7 mart 2018 tarixindəarxivləşdirilib.İstifadə tarixi:30 oktyabr 2012.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Nemonun_axtarışında&oldid=8370584"
Kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp