Nelli Blay (ing.Elizabeth Jane Cochran;5 may1864[1][2] və ya 1865[3] –27 yanvar1922[1][2][…],Nyu-York,Nyu-York ştatı) — amerikalı jurnalist, yazıçı, sahibkar.
Əsl adı Elizabet Ceyn Kokran olmasına baxmayaraq, jurnalistika həyatındaNelli Blay (ing.Nellie Bly)ləqəbindən istifadə etmişdi. Araşdırmaçı jurnalistika tarixinin əfsanəvi jurnalistlərindən olub. Onun jurnalistikada əsas metodu fərqlişəxsiyyətlərə bürünübxəbər hazırlamaq olub. Buna ən yaxşı misal 1887-ci ildə Qadın Psixiatriya Xəstəxanası ilə bağlı xəbər hazırlamaq üçün heyəti aldadıb xəstəymiş kimi xəstəxanada qalması olmuşdu. O, bumetodlarlaAmerikanın diqqətini çəkməyi bacarmışdı.
Nelli Blay 1864-cü ildə Pensilvaniyanın cənub-qərbində atası Maykl Kokranın qurduğu Kokran Millsqəsəbəsində dünyaya gəlib.[4] Əsl adı Elizabet Ceyn Kokran olmasına baxmayaraq, soyadının sonuna "e" artıraraq"Kokrane" etmişdir. 1790-cı illərdə İrlandiyada Amerikaya köç edənailənin qızıdır. Anası Meri Ceyn Kokran Maykl Kokranın ikinci həyat yoldaşı idi. İlk evliliyindən 10 uşağı olan M. Kokranın, 2-ci evliliyindən 5 uşağı oldu və Nelli Blay 3-cü uşaq idi.[4] 1870-ci ildə atasının ölümündən sonra Nellinin ailəsi maddi cəhətdən çətinlik çəkməyə başladı. O,İndianada təhsil aldığı məktəbdən 1879-cu ildə məzun oldu.
Nelli 18 yaşında olarkən "The Pittsburgh Dispatch"qəzetində nəşr olunan vəqadınların yerinin ev olduğu, qadının iş həyatında olmasının canavarlıq olduğu kimi cinsiyyətçi ifadələrin yazıldığıməqaləyə cavab olaraq yazdığıməktub qəzet rəhbərlərinin diqqətini çəkdi və Nelliyə həmin qəzetdən iş təklifi gəldi. O, bu təklifi qəbul etdi və qəzetin ilk qadın müxbiri oldu.[5] Həmçinin o, bu ərəfədə Nelli Blay ləqəbini istifadə etməyə başladı. Nelli Blay qadınların iş həyatında üzləşdikləri pis şərtləri üzə çıxarıb xəbər hazırlamaq üçün bir işçi ilə yer dəyişdirmiş və bu kimi metodlarla məşhur olmuşdu. Lakin qadın olduğu üçün Nellidənmoda,dekorasiya kimi mövzularda məqalələr yazmaq tələb olunduğu üçün Nelli işdən çıxdı.[6] Qəzet üçün Meksikaya gedib, bu ölkə haqqında məqalə yazmaq təklifi qəbul ediləndə altı aylıq Meksikaya getdi. Məqalələrinin birindəMeksikahökuməti əleyhinətənqidi fikirlər bildirən bir jurnalistin həbs olunmasına qarşı çıxdığı üçündeportasiya edilərək Amerikaya qayıtdı. 1888-ci ildə Meksika ilə bağlı məqalələrinikitab şəklində çap etdi.
ABŞ-yə qayıtdıqdan sonraNyu-York köçdü və Cozef Pulittserin "New York World" qəzeti üçün işləməyə başladı. Bu qəzetdəki ilk işi "psixi xəstə qadın" qiyafəsində Blekvell Qadın Psixiatriya Xəstəxanasına daxil olub, içəridəki vəziyyətimüşahidə etməli idi. Ruhi depresiyada olan amneziya xəstəsi kimi hərəkət eləyərək həkimləri aldatmağı bacardı və xəstələrin pis şəraitini üzə çıxardan "Dəlilər evində 10 gün" adlı məqaləsi ilə sensassiya yaratdı. Ruhi Xəstəxanada yaşadıqları daha sonra kitab şəklində çap olundu. Günümüzdə tənqid olunanSarı jurnalistika konsepsiyasını üzə çıxaranmübahisələrin də başlanğıcı oldu.[5]
Jül Vernin "Səksən gün dünya ətrafında" əsərindən ilham alan Nelli 14 oktyabr 1889-cu ildə 24.889 mil (40.071 km)dünyasəyahətinə başladı. Səyahətini 72 gün 6 saat 11 dəqiqə sonra başa vuran jurnalist səyahəti dövründəFransanınAmyen şəhərində Jül Vern ilə tanış oldu.
1895-ci ildəmilyonçu sənayeçi Robert Simon ilə evləndi və bununla da Elizabet Ceyn Kokrane Simon oldu.[4] Artıq hər yerdə tanındığı üçün jurnalistikanı buraxan Blay həyat yoldaşınınölümündən sonra"Iron Clad Manufacturing Co." adlışirkətə rəhbərlik etdi. İşçilər üçün idman zalı,kitabxana, sağlamlıq xidməti təqdim etmək kimi o vaxta qədər görünməmiş sosialislahatlar həyata keçirib.[4] Maddi cəhətdənproblemlər yaşamağa başlayanda yenidən junalistikaya qayıtdı. 1920-ci ildə "New York Journal" üçün işləməyə başladı. İki il sonra, yəni 1922-ci il yanvarın 22-də sətəlcəmdən dünyasını dəyişdi.