Məzmun üzərində heç bir dəyişiklik edilmədən və ya əsaslı redaktələr edilmədən, yaxud bəzi hissələr olduğu kimi saxlanılaraq müəlliflik hüquqları ilə qorunan mənbə(lər)dən ünvanından kopyalanıb. Əgər bunun belə olmadığını düşünürsünüzsə,müzakirə səhifəsində öz fikrinizi bildirin. Əgər müəllif sizsinizsə, lütfən mətndən istifadə etmək üçün icazə alın. Məqalənin müəllifinə:Müəlliflik hüquqları
Neft (əskiakkad dilində"napatum", yəniiylənən,alovlanan deməkdir) — əsasənkarbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir.
O,Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neftelektrikenerjisinin əldə edilməsi vənəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır.
Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir. Adətən, bu dərinlik 1000–3000 metr təşkil edir. Yer səthinə yaxınlaşdıqcaatmosfer sularının və bakteriyaların təsiri altında neftdeqradasiyaya məruz qalır (biodeqradasiya) və qatılaşır. Kimyəvi tərkibinə görə nefttəbii qaza və asfalta yaxındır. Bu səbəbdən də çox vaxt bu maddələr ümumilikdəpetrolitlər də adlanırlar.
Neft açıq şabalıdı rəngə malikdir. Orta molekul çəkisi 220–330 q/mol həddindəir.Sıxlığı 0,65–1,05 q/sm3 olur. Sıxlığı 0,83-dən kiçik olanlarayüngül neft, 0,831–0,860 arasında olanlara orta, 0,860-dan yuxarı olanlara isəağır neft deyilir. Onun tərkibində çoxlu sayda üzvi maddələr olduğundan oqaynama temperaturu ilə yox, mayeüzvi maddələrin qaynama temperaturu (>28 °C, ağır neftlərdə ≥100 °С) ilə səciyyələndirilir.
Onun tərkibinə daxil olan bəzi komponentləri əvvəlcəatmosfer təzyiqində, sonravakuumda 450–500 °С-də, bəzi hallarda isə 560–580 °С-də qaynadaraq ayrırırlar. Neftindonma temperaturu tərkibindəparafinin həddindən asılı olaraq −60 ilə + 30 °C arasında dəyişir.Özüllüyü böyük həddə dəyişir (1,98 ilə 265,90 мм²/с arasında). Bu, neftin tərkibində olan yüngül fraksiyalardan asılı olur.Xüsusi istilik tutumu 1,7–2,1 кJ/(kq∙К); dielektrik ötürücülüyü 2,0–2,5;elektrik keçiriciliyi 2∙10–10 ilə 0,3∙10−18 Om−1∙cm−1 arasında olur.
Alışma temperaturu-neft məhsulunun buxarı ilə ətraf mühitin havasının qarışığına xaricdən alov mənbəyi (alov, elektrik qığılcımı və s.) müdaxilə etməklə qısa müddətli alov yaradan minimal temperaturdur.
Neft və nef məhsullarının alışma temperaturunun bağlı putada təyini — ГОСТ 6356; ASTM D93 sınaq üsulları ilə aparılır. . Alışması yüksək temperaturlarda olan neft və neft məhsulların sınağı açıq, aşağı olan isə — bağlı putalarda aparılır.
Alovlanma temperaturu- sınanan məhsulun buxarına xaricdən alov mənbəyi (alov, elektrik qığılcımı və s.) müdaxilə etməklə sabit sönməyən alov yaradan minimal temperaturdur. Alovlanma temperaturu alışma temperaturundan 30–40 dərəcə yüksək olur.
Öz-özünə alovlanma temperaturu — neft məhsulunun buxarı ilə ətraf mühitin havasının qarışığını xaricdən alov mənbəyi olmadan öz-özünə alovlanan minimal temperaturdur. Özü-özünə alovlanma temperaturu alışma temperaturundan bir neçə yüz dərəcə yüksək olur.
Neft xammalının pirolizindən müxtəlif karbohidrogen qarışığından ibarət neft məhsulları alınır. Bu neft məhsulları aşağıdakı qruplar üzrə təsnif olunurlar:
yanacaq
neft yağları
neft bitumları
neft həllediciləri
bərk karbohidrogenlər
digər neft məhsulları
Birinci qrup neft məhsullarına maye və qaz halında yanacaq aid edilir. Bu məhsullar ümumi neft məhsullarının 65%-nı təşkil edir. Karbohidrogen qazları, benzin, dizel və qazanxana yanacağı birinci qrupa aiddir. Mazut kimi işlədilən qazanxana yanacağından başqa bütün neft yanacaqları ciddi təmizlənmə prosesindən keçir.
İkinci qrupa neft yağları aiddir. Bu müxtəlif məqsədlər üçün istifadə olunan sürtgü yağlarıdır.
Üçüncü qrupu sənayedə, əsasən tikinti sahəsində geniş istifadə olunan texniki neft bitumları təşkil edir.
Dördüncü qrupa detalların yuyulmasında, çirklənmənin aradan qaldırılmasında, boyaların durulaşdırılmasında həlledici kimi istehsalatda və məişətdə istifadə olunan neft həllediciləri aiddir.
Beşinci qrupa vazelin, petrolatun, serezin, parafin, ozokerit və s. kimi bərk karbohidrogenlər daxil edilmişdir. Neft pirolizin bu məhsullarının istifadə sahəsi çox genişdir: tibb, yeyinti, kağız, rezin, elektrotexniki, plastik sürtgülərin istehsalı və s. Altıncı qrupa neft kimyasında xammal kimi istifadə olunan-benzol, toluol, naftalin, ksilol, yaşıl yağ və s.kimi maddələr aiddir.
Neft emalının bir çox üsulları mövcuddur, lakin piroliz ən perspektivlisidir. Çünki bu üsul vasitəsilə altıncı qrupa daxil olan neft məhsullarının maksimum miqdarda alınmasını təmin edir. Piroliz prosesi neft kimya sənayesini lazımlı qədər xammalla təmin etməyə imkan verir. Onu da qeyd etmək lazımdır ki, hal-hazırda neft olmadan da müxtəlif neft məhsullarını almaq üçün daha bir üsul var. Adi zibildən sintetik yanacaq alınır ki, bu da neft kimi təbii ehtiyatların qənaət edilməsinə imkan verir.
Neft əsasənparafinli (adi halda 30–35, bəzi hallarda 40–50%)vəparafinsiz (25–75%) olmaqla iki qrupa bölünür. Az miqdarda aromatik birləşmələrə (aromatik karbohidrogenlər) malik olurlar.
Neftin tərkibinəkarbohidrogenlərlə bərabərkükürdlü birləşmələr, mono vədisulfidlər,tioefenlər və həmçininpolitsiklik maddələrdə daxildirlər. Element tərkibi (%): С — 82–87,Н2 — 11–14,5, S — 0,01–6 (nadir hallarda 8-ə qədər), N — 0,001–1,8, O2 — 0,005–0,35 (nadir hallarda 1,2-yə qədər) və s. Neftin tərkibində 50-dən artıq kimyəvi element vardır. Qeyd olunanlarla bərabərV (10−5 — 10−2%),Ni (10−4−10−3%),Cl (2•10−2%-ə qədər) və başqaları. Bu tərkib neft hasil olunan ərazilərdən asılı olaraq dəyişir. Ona görə də, bu haqda ümumi fikir söyləmək çətindir.
Cədvəl 1. Müxtəlif neft yataqlarından hasil olunan neftin elementar tərkibi (% ilə))
Əgər neft yerin üst qatına yaxın yerləşirsə onda o sadə üsulla əldə edilə bilər. Dərinlikdə yerləşən laylara çatmaq üçün isə quyu qazılir və oraya borular salınır. Dənizdə nefti çıxarmaq üçün xüsusiqazma plarformalarının tətbiqi lazım gəlir.
Yer təkini qazmaq üçün qazma baltalarından istifadə edilir.Qazma baltası uzun, bir-birinə bağlanmış boruların uc hissəsinə bağlanılır. Əksər hallardaQazma baltası bir-brinə nisbətən bucaq altında yerləşmiş 3 dişli konus formalı diyircəkdən ibarət olur. Belə baltalar nisbətən yumşaq süxurların keçilməsi üçün tətbiq edilir.
Başqa konstruksiyalarda hərəkətli hissələr olmur. Onların kəsici hissəsialmaz, kəsicikeramika və ya bərk xəlitədən hazırlanır. Baltanı dəyişmək üçün bütün borular qazılmış quyudan yerin səthinə çıxarılmalıdır. Alətin dəyişilməsinin səbəbi onun sınması və ya kəsicilik qabiliyyətinin itməsi ola bilər. Qazma baltasi qırıldıqda əvvəlcə çalışırlar ki, qazma borularının daxilinə tutqac sallasınlar ki, sınmış hissəni xaric etsinlər.
Baltapoladdan hazırlanmış qazma boruları ilə birlikdəelektrikmühərriki vasitəsilə dəqiqədə 100 dövr sürətlə saat əqrəbi istiqamətində fırladılır. Qazma borularının soyudulması və əsasən də qazılmış suxur hissəciklərinin yerin səthinə qaldırmaq üçün xüsusi mayelərdən (əsasən gil məhlulundan) istifadə edirlər. Maye qazma boruları ilə quyuya vurulur, beləki, o, baltanın deşiklərindən çıxıb boru ilə quyu divarları arasında yaranan həlqəvi fəza ilə quyu ağzına doğru hərəkət edir. Süxur hissəciklərinin maye ilə quyu ağzina doğru hərəkətini təmin etmək üçün o, yüksək özlülüyə malik olmalıdır. Bu maye sudan, polimerdən və gil məhlulundan ibarət olur.
Müəyyən hallarda quyunu yatağa şaquli istiqamətdə deyil, ona müəyyən bucaq altında maili qazırlar. Bu cür quyu maili quyu adlanır. Maili quyuların qazılması üçün müasir texnika və texnologiya tətbiq olunur.
Adətən neftlaydasuxurların təzyiqi, yataqda olan fluidlərin və qazma zamanı quyuya vurulan maye tərəfindən yaradılan təzyiq altında yerləşir. Quyu ilk neftli-qazlı layı keçdikdə neft və ya qaz axını burğu ştanqasının yuxarı hissəsində yerləşdirilmiş xüsusi qurğunun köməyi ilə dayandırılır. Sonrakı qazmalarda neft adətən öz təzyiqi ilə xaric olunur. Neftin miqdarı azaldıqca quyuda da təzyiq aşağı düşür. Bu zamannasoslardan istifadə edilir. Bu nasoslar mancanaqlar vasitəsilə hərəkətə gətirilir.
Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI–X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir.
İtalyan səyyəhıMarko Polo (XIII–XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır.
AZƏRBAYCAN neft sənayesinin inkişaf tarixində bir neçə mərhələlər ayrılır ki, bunların da hər birinin özünəməxsus nailiyyətləri olmuşdur.
I mərhələ: 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847–1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır. XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir.
1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. 1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir. 1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi. 1883-cü ildə Bakı-Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi.
II mərhələ: 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə edir. 1921-ci ildə neft hasilatı azalaraq 2,4 mln. tona enir. II mərhələdə axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yenineft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır.
Bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edir. 1941–1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşür. 7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur.
III mərhələ: 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanır və bu 1969-cu ilə kimi davam edir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilir (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış — kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir.
IV mərhələ: 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. 1970–80-ci illərdə neft sənauyseində tətbi ediləcək tenikanın inkişafı sayəsində dənizdən neft çıxarma prosesi genişlənir. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80–350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
V mərhələ: SSRİ dağıldıqdan sonra Azərbaycanda Neft hasilatı sahəsi yeni mərhələyə qədəm qoyur. Respublikada baş verən gərgin ictimai-siyasi proseslər ərəfəsində hökumət bir çox xarci investrorların Azərbaycana cəlb edilməsinə nail olur. 1994-cü il sentyavrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yatatqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır.
Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko,BP,MakDermott,Yunokal,ARDNŞ,LUKoyl,Statoyl,Ekson,Türkiyə petrolları,Penzoyl,İtoçu,Remko,Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. Hal-hazırda bu müqaviləyə əsasən çalışan müəssisəslərlə bilrikdə əldə edilən neftin hesabına Azərbaycan bir dövlət kimi dünyada öz mövqeyini möhkəmlətməyə nail olmuşdur.
Neftin mikrobiologiyası bir elm kimi yüz ildən artıqdır ki, fəaliyyət göstərir. Bu müddət ərzində 200-ə yaxın mikroorqanizmlərin növləri ədəbiyyatda qeydə alınıbdır. Bunlar karbohidrogenlərə təsir edərək (bərk, maye, qaz) neft məhsullarının tərkibini dəyişdirir. Mikroorqanizmlərin bir çox növləri yaşamaları üçün müxtəlif qida mühitində çoxalıb arta bilirlər. Mikroorqanizmlərin həyat fəaliyyəti ümumi bioloji qanunlar üzrə gedir. Onların hamısı fəal orqanizmlər olub, qida mühitinə eyni vaxtda xaric olunan fermentlərlə təsir göstərir və katalitik rol oynayırlar.Mikroorqanizmlər öz həyat fəaliyyətini təmin etmək üçün neft məhsullarında olan karbohidrogenlərə təsir etməklə neftin istehsalında, onun çıxarılmasında, istismarında problemlər yaradırlar mikroorqanizmlər karbohidrogenlərdən istifadə edərək, yağın, sürtkünün və yanacağın tərkibini dəyişərək onun istismar müddətini aşağı salır. mənfi halların qarşısını almaq üçün mikroorqanizmlər tərəfindən yüksək biosabit neft məhsulları yaratmaq üçün bu istiqamətdə neftdə həll olan yüksək effektli məlum antimikrob aşqarların seçilməsi, yaxud yeni tərkibdə biosidlərin sintezi üzrə tədqiqatların aparılması lazımdır.