Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Nauru

Vikipediya, azad ensiklopediya
Bu məqalədəheç bir məlumatın mənbəsigöstərilməmişdir.
Lütfən,etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.
Bu məqalənivikiləşdirmək lazımdır.
Lütfən, məqaləniümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Nauru
Repubrikin Naoero
Republic of Nauru
BayraqGerb[d]
BayraqGerb[d]
God’s Will First
Tanrının iradəsi hər şeydən vacibdir
Himn: Nauru Bwiema
Nauru nəğməsi
Rəsmi dilləri
PaytaxtRəsmi paytaxtı yoxdur (de-fakto:Yaren)
İdarəetmə formasıParlamentli respublika
PrezidentLionel Ainqimea
Parlament spikeriMarkus Stepen
SahəsiDünyada 240-cı
 • Ümumi21 km² km²
Əhalisi
 • Əhali11,000 nəfər (226-cı)
 • Siyahıyaalma (2002)10 065 nəf.
 • Sıxlıq455 nəf./km²
 • Ümumi145.536.603 $[2], 150.922.211 $[2]
ÜDM(AQP)
 • Ümumi60 mln $ dollar  (223-cü)
 • Adambaşına5 000 $ dollar  (158-ci)
ValyutaAvstraliya dolları
İnternet domeni.nr
ISO koduNR
BOK koduNRU
Telefon kodu+674[3]
Saat qurşaqları
Nəqliyyatın yönüsol[d][4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nauru (nauru.Naoero;ing.Nauru) və ya rəsmi adı iləNauru Respublikası (nauru.Repubrikin Naoero;ing.Republic of Nauru) —Sakit okeandaOkeaniya regionundaada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. NauruMikroneziyada yerləşənmikrodövlətdir. Ada-dövlətin ən yaxın qonşusu 300 km şərqdəKiribatinin Banaba adasıdır. NauruTuvaludan şimal-qərbdə,Solomon Adalarından 1300 km şimal-şərqdə,Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə,Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə,Marşall Adalarından isə cənubda yerləşir. İnzibati mərkəziYaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir. Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət,Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir. Bu ölkə həm dəVatikanTuvaludan sonra ən az əhaliyə malik dövlətdir.

Nauru ilk olaraq ən az 3000 il əvvəlMikroneziyaPolineziyalılar tərəfindən məskunlaşma yeri olaraq istifadə edilmişdir. Keçmişdə Nauru üzərində 12 qəbilə var idi və indi rəsmi bayraqlarındakı 12 bucaqlı ulduz da bu qəbilələri təmsil edir.

Nauru iqtisadiyyatı, 1980-ci illərin əvvəllərində yüksəlmişdir. Nauru'da dəniz quşlarının nəcislərində ibarət guano ehtiyatları mövcuddur və bu ehtiyatlarfosfatkalium baxımından zəngindir. Nauru iqtisadiyyatı bu guano ehtiyatlarına bağlıdır. Əhəmiyyətli ehtiyaclar idxal edilir. Kiçik ölçülü mədənçilik hələ Nauru fosfat Şirkəti olaraq bilinənRONPhos tərəfindən edilməkdədir.

Tarixi

[redaktə |vikimətni redaktə et]

Nauruya ilk məskunlaşma Mikronezyalılar və ya Polinezyalılar tərəfindən ən az 3000 il əvvəl edilmişdir. Ənənəvi olaraq Nauruda 12 qəbilə mövcuddur və bu qəbilələr ölkənin 12 ulduzu olan bayrağında təmsil edilir. Naurulular soy ağaclarını anasoyluluk əsasında çıxarırlar.

Coğrafiyası

[redaktə |vikimətni redaktə et]

NauruSakit Okeanın cənub-qərbində oval formalı adadır, sahəsi 21 kvadrat kilometrdir.Ekvator xəttindən 42 kilometr (26 mil) cənubda yerləşir. Adamərcan rifi ilə əhatə olunub, hansı ki, adada bir dəniz limanının yaradılmasına imkan vermir. Buna baxmayaraq rifdə olan kanallar vasitəsiylə kiçik qayıqlarla adaya getmək mümkündür. Adada ən yüksək nöqtə Command Ridge adlanır və dəniz səviyyəsindən 71 metr hündürlükdədir.

İnzibati ərazi bölgüsü

[redaktə |vikimətni redaktə et]

Nauru 14 inzibati bölgəyə bölünür. Ən çox əhalisi olan Denigomodu bölgəsidir (1,804 nəfər).

NBölgəƏrazi, haƏhali (2011)Sıxlıq

Nəfər/ha

Yaşayış

məntəq

ələrinin

sayı

1Ayvo11,22011.18
2Anabar14523.015
3Anetan15875.912
4Anibar3102260.717
5Baitsi1205134.315
6Boe5085117.04
7Buada2607392.814
8Denigomodu1181,80415.317
9Eva1204463.712
10Iyuv1101781.613
11Meneng3101,3804.518
12Nibok1604843.011
13Uaboe803183.06
14Yaren1507474.07
Nauru2,12010,0844.8169

Mədəniyyəti

[redaktə |vikimətni redaktə et]

İdmanı

[redaktə |vikimətni redaktə et]

İqtisadiyyatı

[redaktə |vikimətni redaktə et]

Əhalisi

[redaktə |vikimətni redaktə et]

Naurunun qarışıq əhalisi naurululardan (58%) ibarətdir. Əhalinin 26 %-i digər Okeaniya adalarından gəlmişdir , çinli və avropalılar hər biri 8 % təşkil edirlər.

Din

[redaktə |vikimətni redaktə et]

Ölkədə rəsmi din Xristian dinidir. Xristianların 3-də 2-si Protestant, qalanı isə Katolikdir. Bundan başqa Naurunun 8 %-i Buddist, 2 %-i isə müsəlmandır.

Şəkillər

[redaktə |vikimətni redaktə et]
Nauru Anibar körfəzi
Nauru Parlament binası

Mənbə

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
⛭
Okeaniya dövlətləri və bölgələri
Avstralasiya
Melaneziya
Mikroneziya
Polineziya
Qeyd
Müstəqil dövlətlər qalın, asılı torpaqlar italik şəkildə yazılmışdır
 Nauru ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləniredaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. Central Intelligence Agency, Center N. F. A.The World Factbook (ing.).Washington, D.C.:Central Intelligence Agency,U.S. Government Printing Office, 1981. ISSN0277-1527;1553-8133
  2. 12https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD.Dünya Bankı.
  3. Vikisəyahət. 2006.
  4. http://chartsbin.com/view/edr.
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Nauru&oldid=8047378"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp