Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Nasional sosializm

Vikipediya, azad ensiklopediya
(Nasional Sosializm səhifəsindən istiqamətləndirilmişdir)
"Nasizm" və "nasist" bura istiqamətləndirir. İdeologiyanın adlandırıldığı partiya üçün bax:Nasional Sosialist Alman Fəhlə Partiyası.
İkinci Dünya müharibəsindən sonrakı nasizm üçün bax:Neonasizm.
Nasional sosializm
Əsas anlayışlar
İdeologiya
Tarix
Şəxslər
Təşkilatlar
Nasist partiyası və hərəkatı
Yaxın anlayışlar
Alman nasional-sosialistlərinin bayrağı

Nasional sosializm (alm.Nationalsozialismus‎) və ya qısacaNasizmtotalitar[1],ekstremist, ultrasağ,irqçiantisemitalman ideologiyası[2], 1919-1945-ci illərdə mövcud olan hərəkat,faşizmin bir forması[3];Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəniyəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya[4][5], "ari" (alman milli) sosializmi,antikommunizm, antiliberalizm, antidemokratiya[6] ideyalarını özündə birləşdirir.Nasist Almaniyasının rəsmisiyasi ideologiyası[7][8][9][10][11][12][13][14][15], Almaniyadanasist rejiminin (1933-1945) əsası olmuşdur.

Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş .ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi[16].

Tarix

[redaktə |vikimətni redaktə et]

Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsiniBirinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.

Əsas simaları

[redaktə |vikimətni redaktə et]

Bu ideologiyanın ən məşhur simalarından biriAdolf Hitler olmuşdur. Bu ideologiyanın inkişaf etməsində təkcə Adolf Hitlerin rolu olmamışdır. Bu işdə ona bir sıra şəxslər kömək etmişdirlər.

Onlardan biri də Hitlerin 1920-ci ildən etibarən yaxın münasibətlər qurduğu ən yaxın dostlarından və köməkçilərindən biri olanRudolf Hessdir. Həmçinin eyni zamanlarda tanış olduğu vəməşhur 1923-cü ildə Münhendə təşkil olunmuş pivəxana üsyanı zamanı ona yaxından yardım etmiş olan Ernst Röhm,Herman GörinqHenrix HimmlerAlman Nasional Sosialist Fəhlə Partiyasının təşkilati işlərində mühüm rol oynamışdırlar.

Yozef Gebbelsin 1924-cü ildə partiyaya qatılması ilə partiya sürətli bir şəkildə inkişafa başladı. Ağlı, məntiqi və uzaqgörənliyi ilə heç də Hitlerdən geri qalmayan Gebbels qısa zaman ərzində partiyanın nüfuzunun yüksəlməsində və partiyanın böyüyərək 1933-cü ildə hakimiyyətə gəlməsində əvəzsiz rol oynamışdır.

Bu ideologiyanınanti-semit fikirlərinə və irqçi ideyalarına istiqamət verən şəxsAlfred Rozenberqdir. Son dərəcə olaraq qatı bir Alman irqçisi və milliyətçisi olaraq tanınmış olan Alfred Rozenberqin ən tanınmış işi"Der Mythus Des 20 Jahrhunderts"in ("XX əsrin mifi") və 1919–1933-cü illərdə yazdığı bəzi məqalələrinin toplandığı"Blut und Ehre" ("Qan və Qürur") adlı dörd cildlik əsəri də vardır. Onun görmüş olduğu ən böyük işlər isə 1934-cü ilə qədər fəaliyyət göstərmiş və nasional-sosialist sənət anlayışının təməllərini qoymuş olan Alman Mədəniyyətini Müdafiə Cəmiyyəti vəİkinci dünya müharibəsi zamanı ələ keçirilmiş olan Şərq torpaqlarının naziri olmasıdır. O, xristianlığa qarşı barışmaz mövqeyi ilə seçilən və paqan mədəniyyətini yüksəltməyə çalışmış bir nasional-sosialist ideoloqudur. Belə ki, bu şəxs kilsələrin dəyişdirilməsinə, Skandinaviya mifologiyasına aid olan simvol və ritualların yenidən yayılmasına çalışmışdır. Alman irqinə ən böyük düşmən olaraq Semitləri, Rus tatarlarını, Yəhudiləri, Xristianlığı, Latın xalqlarını görmüşdür.

Həmçinin məşhur alman filosofu olanMartin Haydeqqer də bu ideologiyanın ən məşhur simalarından biri olmuşdur. O,"Metafizikaya giriş" adlı əsərində nasional-sosializmi"daxili bir həqiqət və böyüklük" kimi qiymətləndirmişdir. 1953-cü ildə özündən bu nasional-sosializmi tərifləyən sətirləri silməsi tələb edilmişdir, ancaq o, bu tələbi qətiyyətlə rədd etmişdir.

Mənbə

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Bracher K. D.Totalitarism. (ing.)
  2. Rachael Krishna."The Nazis were not socialists". Full Fact.7 may 2020 tarixindəarxivləşdirilib.İstifadə tarixi:14 may 2020.
  3. Neocleous, Mark.Fascism. Minneapolis, Minnesota, USA, 1997 p. 23.
  4. Cecil, R.The myth of the Master Race: Alfred Rosenberg and Nazi ideology. London: B. T. Batsford, 1972. P. 19, 22, 61—63, 82—83, 90–92, 187—190.
  5. Joseph W. Bendersky.A concise history of Nazi Germany. Plymouth, England, UK: Rowman & Littlefield Publishers Inc., 2007. P. 161—162.
  6. Фрай Н.Государство фюрера. Национал-социалисты у власти: Германия, 1933—1945Arxivləşdirilib 2017-07-02 at theWayback Machine. М.: Росспэн, 2009. С. 32—41.
  7. National SocialismArxivləşdirilib 2008-06-20 at theWayback Machine //Encyclopædia Britannica.
  8. National SocialismArxivləşdirilib 2009-10-28 at theWayback Machine//Microsoft Encarta Online Encyclopedia 2007. 2009-11-01.
  9. Raymond W. J.Dictionary of Politics. (1992). p. 327.ISBN 1-55618-008-X
  10. National SocialismArxivləşdirilib 2022-01-28 at theWayback MachineColumbia Encyclopedia, Sixth Edition. 2001-07.
  11. Fritzsche P.Germans into Nazis. Cambridge, Mass.:Harvard University Press, 1998
  12. Kele M. H. Nazis and Workers: National Socialist Appeals to German Labor, 1919—1933. Chapel Hill: The University of North Carolina Press, 1972
  13. Eatwell, Roger. . «On Defining the ‘Fascist Minimum,’ the Centrality of Ideology»,Journal of Political Ideologies, 1996 1(3):303-19
  14. Eatwell R.Fascism: A History. New York: Allen Lane.1997
  15. Payne S. G. A History of Fascism, 1914—45. Madison, WI: University of Minnesota Press, 1995.
  16. Философия: Энциклопедический словарь / Под ред. А. А. Ивина. — М.: Гардарики, 2004. — 1074 с. — ISBN 5–8297–0050–6.

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
VikianbardaNasional sosializm ilə əlaqəli mediafayllar var.
⛭
İnkişaf
Növünə görə
Təşkilatlar
Əlaqəli konsepsiyalar
⛭
Rəhbəri
Anton Dreksler (1919–1921)  •Adolf Hitler (1921–1945)  •Martin Borman (1945)
Tarixi
Nəşrləri
Völkischer Beobachter  •Das Schwarze Korps  •Das Reich  •Innviertler Heimatblatt  •Arbeitertum  •Der Angriff  •Panzerbär
Görkəmli üzvləri
Törəmələri
Əlaqəli
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Nasional_sosializm&oldid=8354178"
Kateqoriyalar:
Gizli kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp