Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Nəqşi-Rüstəm

Vikipediya, azad ensiklopediya
Nəqşi-Rüstəm (pers cross).

Nəqşi-RüstəmPersepol yaxınlığında Nəqşi-Rüstəm dərəsində yerləşən arxeoloji sahə.

I Şapurun (241–272) dövründəimperiyanın tərkibi haqqında Nəqşi-Rüstəmdə "Zərdüştün Kəbəsi" adlı qədim od məbədindəki kitabədəSasanilər dövlətinə tabe "İran olan" və "İran olmayan" iyirmi yeddi "şəhrin" içində "İran olmayan"Adurbadaqan,İberiya,Ermənistan,Sisakan,Albaniya,"Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da adları çəkilir.

Nəqşi Rüstəm (Farsca: نقش رستم Næqš-e Rostæm)İranınFars əyalətində, Persepolun 12 km şimal-qərbində yerləşən bir arxeoloji sahədir. Fars mifologiyasının qəhrəmanı Rüstəmin təsvir edildiyi düşünülən abidə məzarların altındakı Sasani oymalarına görə Nəqşi Rüstəm, yəni "Rüstəmin Rəsmi" adlandırılır.

Nəqşi-Rüstəm dəƏhəmənikrallarına aid yeddi türbə var. Üzərindəki yazılar onlardan birininI Daraya aid olduğunu açıq şəkildə göstərir. I Daradan başqa o biri üç məzarın,I Xerxes,I ArtaserhasII Daraya aid olduğu düşünülür. Persepolun arxasında tamamlanmamış vəziyyətdə tapılan iki məzar, ehtimal ki,II ArtaserhasIII Artaserhasa məxsusdur. Yarımçıq qalan bir dənəsi, ən uzun iki il hökmdarlıq etmiş Arsesə, daha güclü ehtimalla isəMakedoniyalı İsgəndər tərəfindən taxtdan salınmış son Əhəmənilər hökmdarıIII Daraya aiddir.

Nəqşi-Rüstəmdəki qəbirlərdən əlavə, məzarların alt hissəsində Sasanilər padşahlarına aid yeddi nəhəng qayaüstü təsvir vardır.

Əhəməni krallarının məzarları.

Ədəbiyyat

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Nəqşi-Rüstəm&oldid=6651874"
Kateqoriya:

[8]ページ先頭

©2009-2025 Movatter.jp