Nüvə fizikası —fizikanın bölünməsi;nüvənin quruluşunu, xassələrini, radioaktiv çevrilmə proseslərinin vənüvə reaksiyalarının mexanizmini öyrənir. Bəzən nüvə fizikasına elementar zərrəciklər fizikası vənüvə energetikası da daxil edilir. Nüvə fizikasıastrofizika, bərk cisimlər fizikası,kimya,biologiya,tibb və s. elmlərin inkişafında mühüm rol oynayır.
Nüvə fizikasının inkişaf tarixi şərti olaraq üç dövrə ayrılır:
Radioaktivliyin kəşfindən nüvənin tərkibi müəyyən olunanadək (1896–1932)
1932–1949-cu illər
Müasir dövr (1949–indiyədək)
Nüvə fizikasında hər bir atomun izotoplarını təmsil edən diaqram.
Birinci dövrdə nüvə haqqında yalnız ümumi faktlar tapılmış,uran və başqa nüvələrinradioaktivliyi kəşf edilmiş, α, β və γ radioaktivlik növləri aşkara çıxarılmış, 1911-ci ildə atomun planetar modeli verilmiş, sonradan nüvənin varlığı haqqında fikir söylənilmiş, nüvələrin süni çevrilməsi (nüvə reaksiyaları) və nüvə daxilindəhidrogen atomununun nüvəsi (proton) kəşf edilmiş, kütlə-spektrometri vasitəsilə stabilizotoplar alınmış, yüklü zərrəciklər sürətləndiriciləri qurulmuşdur.[1]
1932-ci ildəneytronun kəşfi ilə başlayan ikinci dövrdə nüvənin proton və neytronlardan ibarət olması haqqında model verilmiş, sürətləndirilmiş protonların köməyi ilə nüvə reaksiyaları alınmış, 1934-cü ildə süni radioaktivlik və nüvəizomerləri, 1939-cu ildə uran nüvəsinin neytronların təsiri ilə və 1940-cı ildə spontan bölünməsi kəşf edilmiş, zəncirvarı nüvə reaksiyalarının mümkün olması aşkara çıxarılmış, 1942-ci ildə ilknüvə reaktoru qurulmuş, nüvə energetikasının əsası qoyulmuşdur. Güclü sürətləndiricilərin qurulması vəkosmik şüaların tərkibində bir çox elementar zərrəciklərin kəşfi nüvə energetikası və elementar zərrəciklər fizikasının inkişafına və nüvə fizikasının sərbəst bölmələrinə çevrilməsinə zəmin yaratmışdır.[1]
Üçüncü dövr (müasir dövr) 1949-cu ildən başlanır, alçaq, orta və yüksək enerjilər fizikası kimi 3 bölməyə ayrılır. Birincidə nüvənin quruluşu problemləri, radioaktiv çevrilmə prosesləri və 200 mev.-dən kiçik enerjili zərrəciklərin yaratdığı nüvə reaksiyalarının tədqiqi; ikincidə 200 mev.-dən 1 qev.-dək enerjilərdəgedən proseslər, üçüncüdə isə 1 qev.-dən yüksək enerjilərdə gedən proseslər öyrənilir.[1]
Nüvə fizikası eksperimental və nəzəri nüvə fizikasına ayrılır. Eksperimental nüvə fizikasının əsasını yüklü zərrəciklər sürətləndiriciləri, nüvə reaktorları və nüvə şüalanmaları detektoru təşkil edir. Nəzəri nüvə fizikasında nəzəri fizikanın riyazi aparatından istifadə edilir.[1]