Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Myspace

Vikipediya, azad ensiklopediya
Bu məqalədəki və ya bölmədəkiməlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
Myspace
Myspace
URLmyspace.com
TipiSosial şəbəkə
Dilləri15 dildə
Ziyarətçi sayı
Serverin yeri
SahibiChris DeWolfe
Tom Anderson
Açılma tarixi12 avqust 2003
Alexa reytinqi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MySpace — əsası 2003-cü ildə qoyulan, virtual aləmdə internet istifadəçiləri arasında ünsiyyət qurulmasına xidmət edən, istifadəçilərə fərdi profillər, bloqlar yaratmağa, şəkillər, musiqi və videolar paylaşmağa imkan verənsosial şəbəkə. Qurulduğu dövrdə sosial şəbəkənin baş ofisi Beverly Hillsdə yerləşmişdir. 16 mart 2007-ci ildən etibarən isə baş ofis şəbəkənin mənsub olduğuNews Corporation şirkətininNyu-Yorkdakı ofisinə köçürülmüşdür. Myspace xüsusilə hələ tanınmayan musiqiçilərə məşhurlaşmaları üçün geniş imkanlar yaradır. Bu musiqiçilər heç bir ödəniş etmədən öz mahnılarını sayta yerləşdirib internet istifadəçilərinin ixtiyarına verə bilirlər. Myspace yüklənən musiqi əsərlərinin müəllif hüquqlarını musiqini yükləyən istifadəçidən tələb etmir, yəni bu sayt bir növ pulsuz reklam saytıdır. Sayta şəkillər və şəxsi məlumatlar da əlavə oluna bilər. Bu cür məlumatlar "gizlilik" prinsipinə əsasən qorunur. Sayt istifadəçiləri profillərindəki məlumatların yalnız özləri müəyyənləşdirdikləri kəslər tərəfindən oxuna bilməsi inkanına malikdirlər. AncaqABŞ-də qəbul olunan "Patriot Act" qanunu ABŞ hökumətinə məlumatları gizli saxlanılan profillərə belə giriş hüququ tanımışdır. Çox sayda tənqidlərə məruz qalan bu qanun hələ də qüvvədədir.

MySpace saytı 18 iyun 2008-ci ildə öz dizaynını dəyişmişdir. Saytın quruluşunda ASP. NET 2.0-dan istifadə olunmuşdur.

Statistika

[redaktə |vikimətni redaktə et]
  • fevral 2009-cu il — MySpace dünyada 5-ci yerdə.
  • noyabr 2010-cu il — MySpace dünyada 42-ci yerdə.
  • aprel 2011-ci il — MySpace dünyada 73-cü, ABŞ-də 41-ci, Rusiyada 203-cü yerdə.
  • mart 2012-ci il — MySpace dünyada 158-ci yerdə.

İstinadlar

[redaktə |vikimətni redaktə et]
VikianbardaMyspace ilə əlaqəli mediafayllar var.
⛭
Saytlar
Şəxsi
Peşəkar
Bağlanmış
White Label
Alətlər
Ümumi
Tətbiqlər
İstifadəçi interfeysi
İştirak
Əlaqəli konsepsiyalar
Protokollar

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
Foto, video və audio
Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
GND: 7615445-2 ·LCCN: n2006073001 ·VIAF: 183232941 ·WorldCat VIAF: 183232941
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Myspace&oldid=7136885"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2026 Movatter.jp