Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Mutasiya

Vikipediya, azad ensiklopediya
Bu məqaləböyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlımüzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələrəlavə edərək təkmilləşdirə bilərsiniz.(fevral 2024)
Məlumatı yoxla.
Bu məqalədə verilənfaktların dəqiqliyini və məlumatlarınetibarlılığını yoxlamaq lazımdır.
Müzakirə səhifəsində aydınlaşdırılmalıdır.

Mutasiya (lat.mutatio — dəyişiklik) — dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmişorqanizm forması. Mutant təbii seçmədə ilk material sayılır. Məhsuldarlığın artırılmasında və sünimutagenezin nəzəri məsələlərinin həllində mutantlardangeniş istifadə edilir.[1]

Tarixi

[redaktə |vikimətni redaktə et]

Mutasiya orqanizmin istərsomatik, istərsə də cinsiyyət hüceyrələrində əmələ gəlir. Mutasiya terminini ilk dəfə biologiyaya daxil edənHuqo-de Friz olmuşdursa, lakin bu haqqda olan anlayışa ondan da əvvəlki alimlərin əsərlərində rast gəlirik. HələÇ. Darvin öz əsərində bu cür gözlənilmədən, qəflətən baş verən irsi və xırda dəyişmələr haqqında yazırdı. Darvin bədəni uzun, ayaqları qısa“ankon” qoyunları, tükləri incə və uzun “moşan” qoyunları haqqında məlumat verir və bu cür dəyişilmələri “sport” və ya tək-tək baş verən dəyişkənlik adlandırırdı. Q.Friz 1880-cı ildən başlayaraq təcrübə apardığıEnotera Lamarkiana adlanan bitkilərin içərisində mutasiya baş vermiş formalar aşkar etdi. Bəzi bitkilər öz əlamətləri ilə enotera növündən elə kəskin fərqlənmişdir ki, hətta de Friz onları yeni növ adlandırmışdı.

Mutasiyanın təsnifatı

[redaktə |vikimətni redaktə et]

Mutasiyalar mikroorqanizmlərdən başlayaraq insanlara qədər bütün canlılarda baş verən hadisədir. Mutasiyalar orqanizmlərin daxili və xarici orqanlarında, morfoloji əlamətlərində fizioloji funksiyalarında baş verir.

Mutasiyalar mənşə baxımından 2 cür təsnifləşdirilə bilər:

1 .spontan mutasiyalar

2 .induksiya olunan mutasiyalar .

Təbii faktorların, daxili fizioloji və biokimyəvi dəyişikliklərin təsiri altında baş verən mutasiyalara spontan mutasiyalar, müxtəlif faktorların (rentgen şüaları, kimyəvi madddələr, temperatur və s.) təsiri altında eksperimental şəraitdə əmələ gələn mutasiyalara induksiya olunan mutasityalar deyilir.

Canlılar aləmində təbii yolla baş verən mutasiyalara spontan mutasiyalar deyilir. Sonralar alimlər süni yolla da yeni müxtəlif mutagen amillərin təsirilə mutasiyalar almışlar. Belə mutasiyalar induksion mutasiyalar adlanır. Spontan və induksion mutasiyalar arasında prinsip etibarı ilə bir fərq yoxdur.

Mutasiyalar əmələ gəldiyi yerə görə generativ (cinsi hüceyrələr) və somatik (bədən hüceyrələri) mutasiyalara bölünür. Bunlardan əlavə mutasiyalar bir sıra səbəblərə görə də təsnif olunur.

Xromosomların sayı və strukturunda və ya bir sıra əsashüceyrə orqanoidlərində baş verən dəyişikliklər mutasiyalara səbəb olur.

Genotipə görə aşağıdakı mutasiyalar var

:

1) Gen və ya nöqtəvi mutasiyalar: Xromosomlarda sitoloji görünməyən dəyişikliklərdir.

2) Xromosom mutasiyaları:xromosom daxili və xromosomlar arası dəyişilmələr.

3)Genom mutasiyaları: xromosom sayının dəyişilməsi.

4) Sitoplazmatik mutasiyalar: plazmogenlərin dəyişilməsi.

Mutasiyaların aşağıdakı tipləri ayırd edilir :

1 .Xromosom dəstinin dəyişilməsi və ya genom mutasiyaları

2 .Xromosom sayının dəyişilməsi və ya aneuploidiya

3 .Xromosomların quruluşunda baş verən dəyişikliklər, xromosomdaxili və xromosomarası mutasiyalar

4 .Gen və ya nöqtəvi mutasiyalar .

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm"nəşriyyatı. Bakı: 2003. 516 s.

Xarici keçidlər

[redaktə |vikimətni redaktə et]
⛭
Bölmələri
Həyatın iyerarxiyası
Əsasları
Prinsiplər
Təkamül
Ekologiya
Molekulyar
biologiya
Biokimya
 Bu şablona bax 
  Lüğətlər və ensiklopediyalar
Normativ yoxlama
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Mutasiya&oldid=7727221"
Kateqoriyalar:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp