Əvvəlcə ainuların ən güclüsü idi, zamanla o, şər və qaranlığın təcəssümü oldu. Başda qardaşı Manve olmaqlavaların qalan hissəsi Melkora həmişə müqavimət göstərib. Ainur Musiqisi yaranmazdan əvvəl, Melkorvala Vardanı həyat yoldaşı etmək istəyirdi, lakin o, onu qəbul etmir, bundan sonra Melkor Vardaya böyük nifrət bəslədi. Gecə Qapıları vasitəsiləArdadan kənara qovulana qədər Eäda ən çox məhz Vardadan qorxurdu.
Valara qarşı müharibədə həm də bir çox maiar Melkorun tərəfinə keçir, hansılar ki onun əzəmətli vaxtlarında dəbdəbəsi ilə cəlb olunmuşdu və zülmətdə ona sadiq qalmışdılar; başqalarını isə yalan və xain hədiyyələrlə ona xidmət etməyə məcbur etmişdi. Bu ruhlar arasında Valaraukar da var idi, o ruhlar kiOrta Dünyadabalroqlar[ing.] – «dəhşət iblisləri» kimi adlanırdılar.[1]
Melkorun dönüklüyü ilə bağlı “Valakventada” deyilir ki «əzəmətdən təkəbbürə düşən, ondan sonra özündən başqa hər kəsə nifrət etməyə başlayan, dağıdıcı və amansız bir ruha çevrildi. O, hikməti hiylə ilə əvəz etdi, istifadə etdiyi hər şeyi təhrif edib öz iradəsinə tabe edərək nəticədə şərəfsiz yalançı oldu. Əvvəlcə o, İşığa həsrət qalırdı, ancaq təkcə özü üçün onun yiyəsi olmağı bacarmayanda, alov və qəzəbi keçərək odlu uçuruma, Zülmətə endi. Ardadaki pis işlərində ən çox istifadə etdiyi şey qaranlıq idi, onu bütün canlıların qorxusuna çevirmişdi».[2]