Bu məqalədəki məlumatlarınyoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyəetibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçünməqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Montana (ing.Montana) —Amerika Birləşmiş Ştatlarında ştat. Ştatın qərb hissəsində çoxlu dağ silsilələri yerləşir. BunlarQayalı dağlar silsiləsinə aid dağ silsilələridir. Ştat ərazisindəki dağ silsillərinin ümumi sayı 77-dir və ştatın ərazisinin 1/3-ni əhatə edir. Ştatın coğrafi xarakteristikası onun adına da yansıyıb. Montanaispan dilindən tərcümədə dağ deməkdir. MərkəziHelena şəhəridir. Montana ərazisinə görə Amerikada dördüncü, əhalisinin sayına görə isə 44-cü ştatdır. Buna uyğun olaraq, Montana Amerikadakı ştatlar arasında 3-cü ən aşağı əhali sıxlığına malik ştatdır. İqtisadiyyatı əsasən şərq hissəsindəkənd təsərrüfatı, ranço təsərrüfatı,neft vədaş kömür hasilatı, qərb hissəsində isə ağac kəsilməsi və emalatı,turizm və dağ-mədən sənayesindən ibarətdir. Hər il milyonlarla turist burada yerləşən milli parkları ziyarət etmək üçün Montanaya gəlir.