Movatterモバイル変換


[0]ホーム

URL:


Məzmuna keç
Vikipediya
Axtar

Molyusklar

Vikipediya, azad ensiklopediya
(Molyuska səhifəsindən yönləndirilmişdir)
Molyusklar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tipüstü:
Tip:
Molyusklar
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  69458
NCBI  6447
EOL  2195
FW  7805

Molyusklar (lat.Mollusca) —heyvanlar aləminə aid heyvan tipi.Xaricdən çanaq ilə örtülmùşdür

Molyuskaların bədəni üçqatlı çanaq içərisində yerləşir. Bədən manti adlanan nazik dəri ilə örtülür. Manti hüceyrələrinin ifraz etdiyi mayedə olan kalsium duzlarından çanaq əmələ gəlir. Heyvanın bədəni ilə manti arasında manti boşluğu vardır. Bədən üç hissədən – baş, gövdə və ayaqdan ibarətdir. Molyuskalar həzm, ifrazat, qan-damar, tənəffüs və sinir sisteminə malikdir.Molyuskaların bir hissəsi quruda, əksəriyyəti isə şirin sularda, dənizlərdə və okeanlarda yaşayır.

Hazırda 130000 növü məlumdur. Onlardan Xəzərdə 118 növü qeyd edilmişdir.Mytilaster lineatus növü Xəzərə 1928-ci ildəQara dənizdən gəmilərlə gəlmişdir. Gəmilər XəzərəBatumi şəhərindən dəmir yolu ilə gətirilmişdir. Dəniz suyunun təmizlənməsində süzgəc kimi mühüm rolu vardır. Bioloji örtüklərin əmələ gəlməsində böyük əhəmiyyətə malikdir. 1959-cu ildə Şimali Xəzərdə Hypanis colorata ilbizi qeydə alınmışdır. Bu növ Xəzərə Azov dənizindən gəlmişdir. 1939–1940-cı illərdə rus alimi L. A. Zenkeviç rəhbərliyi altında Xəzərə Abra ovata iqlimləşdirilmişdir. Bu növ də Xəzərə Azov dənizindən gətirilmişdir. Hazırda abra ilbizinə dənizin bütün sahələrində rast gəlinir və bentik heyvanlar arasında biokütləcə mühüm rol oynayır. Abra ilbizi nərə və uzunburun balıqların qidasında mühüm rol oynayır. Cerastoderma ilbizi də geniş yayılmışdır. Xəzərdə onun 2 növü var (C.rhombodies, C.isthmicum) vardır. Ehtimal ki onlar Xəzərə Xvalın dövründə Qara dənizdən gəlmişlər. Xəzərdə dreyssena ilbizi də geniş yayılmışdır. Molyuskalar yosunlar və üzvi çürüntülərlə qidalanırlar, özləri isə balıqların qidasında mühüm rol oynayırlar.

Təsnifatı

[redaktə |vikimətni redaktə et]

Şəkillər

[redaktə |vikimətni redaktə et]

İstinadlar

[redaktə |vikimətni redaktə et]
  1. Integrated Taxonomic Information System (ing.). 2001.
  2. Ruggiero M. A.,Gordon D. P.,Orrell T. M.,Bailly N.,Bourgoin T.,Brusca R. C.,Cavalier-Smith T.,Guiry M. D.,Kirk P. M.A Higher Level Classification of All Living Organisms (ing.). //PLOS ONE /PLOS ONE EditorsPLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN1932-6203doi:10.1371/JOURNAL.PONE.0119248PMID:25923521

Mənbə

[redaktə |vikimətni redaktə et]
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

Həmçinin bax

[redaktə |vikimətni redaktə et]
Takson
eyniləşdirmələri
Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Molyusklar&oldid=7048421"
Kateqoriya:
Gizli kateqoriyalar:

[8]ページ先頭

©2009-2025 Movatter.jp