Moldova və ya rəsmi adı iləMoldova Respublikası (rum.Republica Moldova), keçmiş mənbələrdəMoldaviya[5] —Şərqi Avropada dövlət. Moldovadənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubdaUkrayna, qərbdə isəRumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəriKişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildəSSRİ tərəfindənRumıniyadan qoparılmışBessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. MoldovanınDnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamışDnestryanı Moldov Respublikasının nəzarətindədir.
Hal-hazırda Moldovada rəsmi dilMoldovan dilidir. Bu dilRumın dili ilə eynidir, lakin rumınlardan fərqli olaraq, Moldovanların öz xüsusi dialekti var. Ölkədə, əsasən də paytaxtKişinyovda moldovanlar rus dilində də danışırlar.
Əsas etnik qruplar və ana dili üzrə Moldova əhalisi, 2004 s.a.[10]
Moldaviyanın təsərrüfatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. K/t-da üstün yeri bitkiçilik tutur, onun aqrar sahələri üzümçülük-şərabçılıq, meyvə-tərəvəz konservi, aqrar-sənaye kompleksidir (ASK). Üzümçülük-şərabçılıq mərkəzi-Kodrlarda, tərəvəzçilikDnestr subasarlarında, meyvəçilik hər yerində yayılmışdır, əsas dənli bitkisi buğda və qarığdalıdır. Meşə-çöl zonasında şəkər çuğunduru becərilir. Öz tələbatını taxılla tam ödəyir. Heyvandarlıq şimalı və mərkəzində südlük-ətlik və donuzçuluq, cənubunda qoyunçuluqdur. ASK-si tərkibində müxtəlif maşınqayırma (bağçılıq traktorları, soyuducular, yeyinti avadanlıqları) sahələri inkişaf etdirilmişdir. İstilik və su-elektrik stansiyaları fəaliyyət göstərir.
Moldovada seçkilər milli qanunvericiliyə uyğun olaraq keçirilir. Moldovanın parlamenti (Parlamentul) 4 ildən bir keçirilən seçkilərdə vətəndaşlar tərəfindən seçilir. Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidenti parlament üzvləri tərəfindən seçilir. Moldova konstitusiyasına uyğun olaraq bir namizəd iki dəfə prezident seçilə bilər. İlk dəfə prezident seçilmək üçün parlamentin 61 deputatının dəstəyi, ikinci müddətə seçilmək üçün isə 51 deputatın səsi lazımdır. Heç bir namizəd prezident seçilmək üçün lazımi qədər səs toplaya bilməsə parlament seçkiləri yenidən keçirilir. Moldovanın hazırli prezidentiNikolae Timofti 23 mart 2012 tarixində Moldovanın prezidenti seçilib.
↑Молдавија Совет Сосиалист Республикасы //Азәрбајҹан Совет Енсиклопедијасы:[10 ҹилддә]. VII ҹилд:Мисир—Прадо.Бакы:Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.Баш редактор:Ҹ. Б. Гулијев. 1983.С. 25.